Vikipediya Heftenin Yaxsi Meqalesi Sentyabr 2024 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 36. Həftə
Antropoid əməliyyatı — Nasist Almaniyasının siyasətçisi və dövlət xadimi, Bohemiya və Moraviyanın imperiya protektorunun müavini (vəzifəsini icra edən; 1941–1942) SS Oberqruppenfüreri və Polis generalı (1941-ci ildən) Reynhard Heydrixin məhv edilməsi əməliyyatı. Əməliyyatı Britaniya kəşfiyyat idarəsi Xüsusi Əməliyyatlar Müdirliyi və Çexoslovakiyanın Azadlığı üzrə Milli Komitəsi (Mühacir Çexoslovakiya hökuməti) birgə hazırlayıb həyata keçirib. Çexoslovaklar sürgündə olan hökumətə legitimlik verməyə kömək etmək və Heydrixin qəddar hakimiyyətinə son vermək üçün əməliyyatı öz üzərinə götürürlər. Sui-qəsd 27 may 1942-ci ildə Praqada Çexoslovakiya Müqavimətinin iki üzvü, slovak Yozef Qabçik və çex Yan Kubiş tərəfindən həyata keçirilib. Əməliyyat İkinci Dünya müharibəsi zamanı yüksəkrütbəli nasist liderinin məhvinin hökumət tərəfindən maliyyələşdirməsi təsdiqlənmiş yeganə hadisədir. Heydrixin ölümü kəndlərin dağıdılması və dinc əhalinin kütləvi şəkildə öldürülməsi də daxil olmaqla SS qoşunlarının repressiya dalğasına səbəb oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Neftçi–Qarabağ 0:6 — 2020/21 Azərbaycan Premyer Liqası mövsümünün 8 noyabr 2020-ci ildə keçirilən IX turunda "Neftçi" Bakı PFK-nin öz meydanında, "Neftçi Arena"da "Qarabağ" Ağdam FK-nı qarşıladığı matç. Matçdan əvvəl "Neftçi" 2-ci yerdə qərarlaşmış, 2020/21 UEFA Avropa Liqası mövsümündə iştirak etdiyindən ölkə çempionatında bir oyun geridən başlamış "Qarabağ" isə 3-cü pilləni tutmuşdu. Avroliqa mövsümündəki məğlubiyyətlərindən qayıdan "Qarabağ" öz meydanında "Keşlə"yə 6:1 hesabla qalib gəlmiş, "Neftçi" isə çempionatın lideri "Sumqayıt" ilə heç-heçə etmişdi. Bu, Azərbaycan derbisinin 81-ci matçı, "Qarabağ"ın isə "Neftçi" üzərindəki 30-cu qələbəsi idi. Koronavirus pandemiyası səbəbilə Peşəkar Futbol Liqasının aldığı qərarə əsasən, mövsüm boyunca keçirilən oyunlar azarkeşsiz keçirilmiş, bu qayda 11 min azarkeş tutumuna malik "Neftçi Arena"da da icra olunmuşdur. Həmçinin, oyunun keçirildiyi tarixdə Şuşanın işğaldan azad edildiyi açıqlanmışdı, bu səbəbdən futbolçular meydana üzərində "Bayrağı yenilməz edən millətin övladlarıdır" yazılan banner ilə çıxmışdır. Matçın baş hakimi Rəhim Həsənov, köməkçi hakimləri isə Namiq Hüseynov, Cəmil Quliyev və Orxan Məmmədov olmuşdur. Oyunda hesabı "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç 20-ci dəqiqədə açmış, birinci taym isə 29-cu dəqiqədə özünün penalti ilə və 38-ci dəqiqədə Mahir Emrelinin vurduğu qollar isə 0:3 olmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Lorenso Sotomayor — 2013–2021-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2016-cı il XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı, 2015-ci il I Avropa Oyunlarının qalibi. 2013-cü ildə Azərbaycan yığmasınn heyətinə cəlb edilən Kuba əsilli Lorenso Sotomayor, qısa müddət ərzində ciddi uğurlara imza atdı. 2015-ci ildə Azərbaycanda baş tutan I Avropa Oyunlarının final görüşündə İtaliya nümayəndəsi Vinçenzo Manciaçapre üzərində qələbə qazanaraq (3:0), birinci ciddi nailiyyətinə imza atan Lorenso Sotomayor Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Avqustun 19-da Rio-de-Janeyro Olimpiadasının yarım-final mərhələsində Almaniya nümayəndəsi Artyom Arutyunyan üzərində qələbə qazanaraq (3:0) final görüşünə vəsiqə qazanan Lorenso Sotomayor bu idman növü üzrə Olimpiadaların finalında rinqə çıxacaq birinci idmançı oldu. Avqustun 21-də baş tutan həlledici görüşdə isə Sotomayor Fazliddin Qaibnəzərova məğlub olaraq (1:2) turnirin gümüş medalına sahib oldu. Həmin final görüşündən sonra Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyi referiləri qərəzli qərarlarda ittiham etmişdir. Olimpiadadan sonra Dünya və Avropa Çempinatlarında uğursuz nəticə göstərən Lorenso Sotomayor 2021-ci il Olimpiadasından sonra idmanla vidalaşmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Anadolu bəylikləri — XI–XVI əsrlərdə Anadoluda bəy tərəfindən idarə olunan feodal dövlətlər. Türkman tayfalarının Anadoluya kütləvi köçü nəticəsində baş tutmuş Malazgird döyüşündən (1071) sonra Rum sultanlığı ilə birlikdə Şərqi Anadoluda ilk bəylik qrupu meydana gəlmişdir. Bəyliklərin ikinci qrupu Rum sultanlığının ucları kimi meydana çıxmışdır. Onlar monqollardan qaçaraq Mərkəzi Asiyadan Anadoluya gəlmiş tayfalar tərəfindən qurulmuşdur. Kösedağ döyüşündən (1243) sonra səlcuq sultanları Elxanilər dövlətinə tabe olmuşdurlar. Təxminən 1300–1308-ci illərdə Anadoluda yaranan vəziyyətə görə daxili münaqişələr nəticəsində süquta uğrayan Rum sultanlığı öz uc bəylərini nəzarətdə saxlamaq gücünə malik deyildi. Buna baxmayaraq, həmin bəylər Elxanilərə xərac ödəyirdi və bu dövrdə hələ müstəqillik əldə etməmişdilər. 1335-ci ildə elxan Əbu Səidin vəfatından sonra uc bəylərinin əksəriyyəti müstəqil hökmdar – bəy olmuşdurlar. Osmanlı bəyliyinin (sonradan Osmanlı imperiyası) hökmdarları dövlətləri genişlədikcə qonşu bəylikləri də işğal etmişdilər. 1608-ci ildə onlar sonuncu bəylik olan Ramazanoğulları bəyliyi osmanlılar tərəfindən ihlaq edilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 40. Həftə
Eldəniz Əzizli — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 3 dəfə Dünya, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan titullu güləşçidir.
Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub. |
bax – müzakirə et – redaktə et – tarixçə