Vikipediya Heftenin Yaxsi Meqalesi Sentyabr 2023 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Folsom küçəsi yarmarkası — 1984-cü ildən etibarən San Fransisko şəhərində hər il sırf könüllülük əsasında sentyabr ayının son bazar günü qeyd olunan kütləvi festival. Bu, BDSM submədəniyyətinin ən geniş və kütləvi tədbirlərindən biri hesab olunur; belə ki, həmin festival çərçivəsində, yetkin yaşlı və alternativ seksual düşüncəyə malik insanlar, təhlükəsiz şəkildə özünüifadə etmək azadlığına sahibdirlər. Burada həmçinin müxtəlif seks oyuncaqlar, sadomazoxizm, flagelyasiya, bondaj üçün dəri materiallardan əşyalar satılır. Folsom küçəsində daim şənlik, bayram, flirt və azad seks ruhu hökm sürür, festivaldan əldə olunan vəsait gəlirləri isə, ənənəvi olaraq yerli xeyriyyə təşkilatlarına ianə edilir.
Bəzən qısaca olaraq FSF adlandırılan bu festival-yarmarka, San Fransisko şəhərinin cənubunda yerləşən Market (ing. South of Market, SoMa) rayonun 8-ci və 13-cü küçələri arasında qərarlaşmış reprezentativ Folsom küçəsində keçirilir. Onunla perpendikulyar şəkildə məşhur Embarkadero liman sahil şossesi və Alleman bulvarı kəsişir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Ayətullah Şəriətmədari hərəkatı — böyük ayətullah Məhəmməd Kazım Şəriətmədari və onun tərəfdarlarının İranın Azərbaycan vilayətlərinin muxtariyyəti uğrunda hərəkatı. Müsəlman Xalq Respublikası Partiyasının (MXRP) İran İslam İnqilabından sonra yeni qurulan hökumətə etirazları, nəhayət, ikisi arasında kütləvi qarşıdurmaya səbəb olmuşdur.
Bu qarşıdurma xüsusilə Azərbaycanın mərkəzi sayılan Təbriz şəhərində özünü büruzə vermişdir. Liberal fikirləri ilə tanınan və ruhanilərin hakimiyyətdə roluna qarşı çıxan Şəriətmədari və MXRP 1979-cu ildə yeni konstitusiya ilə bağlı referendumu boykot etmiş, yeni rejimə qarşı aksiyalar keçirilmişdir. Şəriətmədarinin evinə hücumdan və onun mühafizəçilərindən birinin ölümündən sonra bu nümayişlər şiddətlənmiş, qiyam xarakteri almışdır. Vilayətlərin yerli özünüidarəetməsini dəstəkləyən İran azərbaycanlıları və kürdləri Təbrizdə, Urmiyada, Ərdəbildə və Germidə çox sayda hökumət binası etirazçılar tərəfindən ələ keçirilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Rayt qardaşları — dünyanın əksər ölkələrində dünyanın ilk mühərrikli, ilk idarə olunan, uçuş qabiliyyətinə malik təyyarəsinin layihələndirilməsi və qurulmasında prioritet kimi tanınan amerikalılar. Bəlkə də qardaşlar eksperimental təyyarəni ilk uçuranlar deyildilər, lakin ilk olaraq təyyarənin uçuşunu idarə edənlər idilər. Onların işi dünyada təyyarə yaratmaq üçün bütün sonrakı cəhdlərə, bütün aparıcı ölkələrin aviasiya sənayesinə birbaşa təsir etdi.
Rayt qardaşlarının əsas nailiyyəti, təyyarəni effektiv idarə etmək və uçuş zamanı tarazlığını qorumaq üçün təyyarənin üç fırlanma oxu boyunca praktiki idarəetmə və sabitlik sistemləridir. Onların yanaşması təyyarələrin dizaynı və qurulması üçün əsas oldu. Rayt qardaşları, digər eksperimentçilər kimi daha güclü mühərriklər quraşdırmaq imkanı tapmaq əvəzinə, daha çox uçuşun idarə edilməsi məsələlərinin öyrənilməsinə diqqət yetirdilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Karnunt yığıncağı — 11 noyabr 308-ci ildə Roma imperiyasında, Pannoniya vilayətinin inzibati mərkəzi olan Karnuntda (indiki Avstriyanın Petronell-Karnuntum kommunası) baş tutan yığıncaq. Qərbin avqustu titulu ilə bağlı mübahisəni həll etməyə çalışmaq üçün imperator Qaleri tərəfindən çağırılmışdır. Bu, 307-ci ildən Qaleri və Severin Maksensi və Maksimianın idarə etdiyi İtaliyanı işğal etdiyi vaxtdan bəri davam edən münaqişələrə son qoymuşdur. Bu yığıncaqda 305-ci ildə hakimiyyətdən istefa vermiş Diokletian və Maksensinin atası Maksimian da iştirak etmişdir.
Bu yığıncaqda Maksimianın öz imperatorluq vəzifəsindən həmişəlik uzaqlaşdırılması və qəsbkar hesab edilən Maksensini devirmək məqsədi ilə Qalerinin keçmiş sərkərdəsi Lisininin Qərbin avqustu təyin edilməsi haqqında razılığa gəlinmişdir. Buna baxmayaraq, I Konstantin və Maksimian kimi dövrün böyük nüfuzlu şəxslərinin əksəriyyətini qəbul edilən qərarlardan narazı qalmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə