Vikipediya Heftenin Yaxsi Meqalesi Sentyabr 2021 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Murasaki Şikibu — Heyan dövründə yaşamış Yaponiya roman yazıçısı, şairi və saray dayəsi. Ən tanınmış əsəri 1000 və 1012-ci illər aralığında yapon dilində yazdığı "Gencinin hekayəsi" romanıdır. Murasaki Şikibu onun təxəllüsüdür, şəxsi adı məlum deyil. Lakin 1007-ci ilə aid bir saray gündəliyindəki Fucivara no Kaoruko (yap. 藤原 香子) adının əsl adı olduğu düşünülür.
Heyan dövründə qadınlar dövlət dili olan Çin dilini öyrənə bilməzdilər. Lakin təhsilli ailədə yetişən Murasaki kiçik yaşlardan etibarən Çin klassiklərinə maraq göstərmiş və Çin dilində səlis danışmağa başlamışdır. 25–30 yaşlarında evlənmiş, evliliyindən 2 il sonra - əri ölməmişdən öncə qızı olmuşdur. "Gencinin hekayəsi"ni nə vaxt yazmağa başladığı dəqiq məlum deyil, amma o, evli ikən və ya dul qaldıqdan qısa müddət sonra baş verdiyi güman olunur. Təxminən 1005-ci ildə Murasaki çox güman ki, yazıçı kimi reputasiyasına görə imperatorluq sarayında İmperatriça Şoşinin dayəsi olmağa dəvət edilmişdir. Xidməti boyunca yazmağa davam etmiş və əsərinə saray həyatından səhnələr də əlavə etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Müqəddəs Vit kilsəsi — qotik üslublu katolik prixod məbədidir və Çeske Budeyovitse yeparxiyasının Çeski Krumlov prixodunun tabeliyindədir. Kilsə Vltava çayının sahil burnunda, Çeski Krumlov şəhərinin tarixi mərkəzində yerləşir və Krumlov qəsri ilə yanaşı şəhərin iki memarlıq dominantlarından biri sayılır. Kilsə 1992-ci ildən "Çeski Krumlov şəhərinin tarixi mərkəzi" adı altında UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısının tərkibinə daxildi.
Çeski Krumlovun roma-katolik prixodu 1317-ci ildən öncə, Krumlov panlığının varisi və nüfuzlu çex feodalı Rojmberkli I Pyotr (1347-ci ildə vəfat edib) tərəfindən yaradılmışdı. Prixod ilə bağlı ilk sənədli məlumatlar 1329-cu ilə aid edilir. 1309 və 1317-ci illər arasında Rojberkli Pyotr kiçik müqəddəs Vit prixod kostyolunun, onun yanında isə müqəddəs Vatslav kapellasının əsasını qoymuşdu. Krumlov prixodunun inkişafı və şəhər əhalisinin xeyli artması, Rojmberkli Pyotrun ilkin Vit kostyolunun yerində qotik üslubda yeni, daha geniş və möhtəşəm məbədin tikintisinə vadar etdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Doqmit — postapokaliptik mövzulu rol video oyunlarından ibarət "Fallout" seriyasında it qeyri-oyunçu personaj (NPC). Doqmit ilk dəfə orijinal "Fallout" (1997) video oyununda oyun personaj üçün qeyri-məcburi bir yoldaş kimi təqdim edilmiş, daha sonradan oyunun sikveli olan "Fallout 2" (1998) və başqa video oyunlarda kameo etmişdir. Doqmitin eyni rolu canlandıran başqa versiyaları "Fallout 3" (2008) və "Fallout 4" (2015) video oyunlarından mövcuddur. Personajın bütün inkarnasiyaları müsbət reaksiyaya səbəb olmuş və seriyanın ən yaddan qalan hissələrindən biri olaraq qəbul edilmiş, eləcə də video oyun sahəsindəki ən populyar saydkiklərdən biri hesab edilmişdir.
"Black Isle Studios"un istehsal etdiyi və "Interplay Entertainment" tərəfindən yayımlanan orijinal "Fallout" video oyununda "Sığınacaq sakini" adlanan oyunçu personaj Doqmit ilə ilk dəfə Canktaun adlı bir şəhərdə qarşılaşır. Doqmitin keçmiş sahibi yerli qanqster Gizmo tərəfindən işə alınan cinayətkarlar tərəfindən öldürülən, Maks Rolatanskiyə yaxından bənzəyən adsız bir şəxs idi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Aslan bəy Qardaşov — Azərbaycan Xalq Cümhuriyyətinin əkinçilik və dövlət əmlakı naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar fraksiyasının sədri, Əhrar Partiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Rusiya imperiyası II Dövlət Dumasının üzvü. Sovet hökumətinə qarşı qaldırılmış Zaqatala üsyanının liderlərindən biri.
Aslan bəy Qardaşov Zaqataladan nümayəndə olaraq Zaqatalanı müxtəlif qanunverici orqanlarda təmsil etmişdir. O, əvvəlcə Zaqatalanın Dağlılar Respublikasına, sonra Osmanlı İmperiyasına, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini dəstəkləmişdir. Lakin aprel işğalından sonra Gürcüstan Demokratik Respublikası ilə anlaşaraq Zaqatalanın Gürcüstana birləşdirilməsini dəstəkləmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə