Vikipediya Heftenin Yaxsi Meqalesi Sentyabr 2018 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
2017–2018-ci il İran etirazları — 28 dekabr 2017-ci il tarixində İran İslam Respublikasının müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları dalğası. İranın ən böyük ikinci şəhəri olan Məşhəd şəhərində keçirilən etiraz aksiyasında minlərlə, ölkənin paytaxtı Tehran şəhərində isə yüzlərlə insan iştirak etmişdir. İranın Nişapur, Kaşan, Kirman, Kirmanşah, Kaşmər, Rəşt, İsfahan, Ərak, Bəndər-Abbas, Ərdəbil, Qəzvin, Həmədan, Sari, Amul, Şahinşəhr, Şəhrikürd, Şiraz, Xürrəmabad, Zəncan, Gürgan, Zahidan, Urmiya, Dürud, Yəzd və Şahrud şəhərlərində də göstərişlər keçirilmişdir. İddialara görə etiraz aksiyaları sosial şəbəkələrdə insanların mesajlaşması vasitəsilə təşkil edilmişdir. Etirazda iştirak edənlər tez-tez "Ruhaniyə ölüm" və "diktatora ölüm" şüarlarından istifadə etmişdir.
Etiraz aksiyaları ilk olaraq ölkənin iqtisadi problemləri barədə idi, ancaq bu çox vaxt keçmədən etirazçıların İranın Orta Şərqdəki münaqişələrə daxil olması və ölkənin İslamçı hökumətini pisləməsiylə nəticələnmişdir. Bir çox etirazçı "İslam Respublikasına ölüm!" demişdir. Dekabrın 29-dan 30-a keçən gecə mərkəzi İranda gerçəkləşən etiraz aksiyalarında polisin 4 nəfərə atəş açmasıyla etirazlar gərginləşmiş, nəticəsində 3 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. Yanvarın 2-də baş verən gərginlikdə isə etirazçılardan 21, təhlükəsizlik qüvvələrindən isə 2 nəfər ölmüşdür. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Meduza salı — romantizm dövrünün ən tanınmış nümayəndələrindən biri olan fransız rəssamı Teodor Jerikonun rəsm əsəri. Rəsmin yaradılmasına səbəb 1816-cı ilin iyulunda Meduza freqatının qəzaya uğraması olmuşdur. Beləki 1816-cı il 2 iyul tarixində Mavritaniya sahillərindən yan alan “Meduza” freqatı 5 iyulda qəzaya uğrayır. Qəza nəticəsində 147 nəfər ekipaj üzvü tərk edərək sala mindirilmişdir. 15 nəfərdən savayı qalan hamı xilas olma gününə qədər həlak olmuşdur. Sağ qalanlar isə aclıqla mübarizə aparmaq üçün hətta kannibalizmə də yol vermişdilər. Bu hadisə beynəlxalq qalmaqala səbəb olmuşdur. Qəzanın baş verməsi fransız kapitanının səriştəsizliyi ilə əlaqələndirilmişdir.
Gənc Teodor Jeriko böyük ictimai marağa səbəb olan bu hadisəni təsvir etməklə karyerasına başlamaq qərarına gəlmişdir. O, rəsm əsərini çəkməyə başlamamışdan əvvəl ətraflı araşdırma aparmış, çoxsaylı eskizlər hazırlamışdır. Qəzadan sağ çıxmış iki nəfərdən müsahibə alaraq salın müvafiq miqyaslı modelini yaratmışdır. O, artıq dünyasını dəyişmiş və ölüm ayağında olanların rəngini, bədənlərinin teksturasını görmək üçün xəstəxanalar və morqlara baş çəkmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Avropa 51 — 1952-ci ildə İtalyan rejissoru Roberto Rossellini tərəfindən İtaliyada çəkilən ağır psixoloji dramatik janrında olan filmdir. Bu film digər xarici ölkələrdə müxtəlif adlarla tanınır.
İtalyan neorealizmi kino axınının başladıcısı və ən əhəmiyyətli xarakterlərdən biri olan Roberto Rossellininin idarə etdiyi filmin ssenarisini də yenə Rosselini öz hekayəsindən bir neçə insanla birlikdə uyğunlaşdırıb yazmışdır. Film heyətlərinin 10-nun içində Federiko Fellini də vardır. Rosselini ayrıca Karlo Ponti və Dino de Laurentislə birlikdə filmin prodüserliyini də öz öhdəliyinə götürmüşdür. Filmdə çəkilən İnqrid Berqman, Aleksander Noks, Ettore Cannini, Cülyetta Mazina (Federiko Fellininin arvadı) və Tereza Pellatininin oynadıqları ağ-qara filmin görünüşlərini məşhur italyan rejissoru Aldo Tonti çəkmişdir. Filmin xüsusi musiqisi isə bəstəkar, eyni zamanda rejissorun qardaşı olan Renzo Rosselliniyə aiddir (Roberto Rossellininin oğlunun adı da qardaşınınkı kimi Renzodur və kinoda prodüser olaraq çalışır). |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
[[Şəkil:|left|150px]] Mello — Tsuqumi Oba və Takeşi Obata tərəfindən yaradılmış "Death Note" animanqa seriyasından personaj. Seriya boyunca Mello Nia ilə birlikdə L-in əvəzedicilərindən biri kimi təqdim olunur. Həm Mello, həm də Nia L-in köməkçisi olan Vatarinin əsasını qoyduğu "Wammy's House" yetimxanasında böyümüşdülər. Lakin Mello Kira adlı qatili tapmaq üçün Nia ilə birlikdə işləməyi rədd edir. Cərəyan edən hadisələr zamanı Mello mafiyaya qoşulur, Ölüm dəftərini tapır, bir neçə nəfərin ölümünə bais olur, ölməzdən qabaq isə Kiranın əsl şəxsiyyətini ifşa edə bilir. Anime və manqadan əlavə Mello video oyunlarda və ranobelərdə də peyda olmuşdur.
Mello Nia ilə birlikdə dedektiv L ilə Kira adı ilə cinayət işləyən Layt Yaqami arasındakı sonsuz davam edən qarşıdurmanı dayandırmaq üçün yaradılmışdılar. Həm Mello, həm Nia L-dən sonra dizayn olunmuşdular və ilk öncə L-in oğulları olan əkizlər kimi təsəvvür edilmişdilər. Sonda, bu ideyadan istifadə olunmamış və orijinal dizaynlar seçilmişdir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə