Vikipediya Heftenin Yaxsi Meqalesi Sentyabr 2016 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Dəniz inəyi — insan tərəfindən nəsli kəsilən (1768), Sirenlər dəstəsinə daxil olan məməli növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır.
Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan (ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı. 7-8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olmuşlar. Az hərəkətli həyat tərzi keçirən canlı olması ehtimal edilir. Bədən quruluşuna və böyük ölçülərinə görə onların sürətli üzməsi imkansız olmuşdur. Əsasən sahil boyu ərazilərdə yayılmışlar. Dəniz inəkləri yosunlar və əsasən dəniz kələmi ilə qidalanırdılar. Astagəl, qorxaq və insana tez öyrəncəli olmaları ilə seçilirdilər. Bu xüsusiyyətlər onların insanlar tərəfindən asanlıqla ovlanmasına gətirib çıxarırdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Fatimə — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmmədin əmisi oğlu, IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əlinin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Müsəlmanlara görə Əhli-beytin 5 üzvündən biri.
Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö. 280) Fatiməyə aid xütbələri "Bəlağatun-Nisa" adlı kitabda nəql etmişdir. Fədək haqqındakı ona məxsus xütbəni Əbu Talib sülaləsi öz uşaqlarına öyrədirdilər. İsmaili şiələrinin sülaləsi olan və X-XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən Fatimilər sülaləsinin adı məhz Fatimə ilə bağlıdır və bu onların Fatimənin nəslindən olduğunu göstərir. Müsəlmanlar ondan danışarkən "Məsumə", "Cənnət qadınlarının seyyidəsi", və ya "Peyğəmbər qızı" deyirlər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Coker — Kristofer Nolanın 2008-ci ildə çıxarılmış "Qara cəngavər" adlı superqəhrəman filmində Avstraliya aktyoru Hit Ledcer tərəfindən canlandırılmış DC Comics uydurma mənfi obrazıdır. Ledcerin personaj interpretasiyası Betmen: Öldürən zarafat və Arkham Asylum: A Serious House on Serious Earth qrafik romanlarından təsirlənmişdir. Onun fiziki xüsusiyyətinə Qlazqo gülüşünü əhatə edən kloun makiyajı aiddir.
Anarxiya və xaos fəlsəfi ideyalarını rezümə edən bu canlandırma, Ledcerin Terri Gilliamın "Qrim qardaşları" fantastik filmindəki kloun səhnəsi də daxil olmaqla, əvvəlki rolları ifa texnikasını da ehtiva edir. Bundan başqa o, Frensis Bekonun rəsm əsərlərinə, Entoni Bercessin "Qurulan portağal" romanına və müxtəlif pank-rok ifaçılarına istinad edir. Müasir dövrün ən ikonik performanslarından biri kimi qəbul edilən Coker, Ledcerin ən yaxşı işlərindən biri hesab edilir; aktyor özü bu rolu ən xoş rolu hesab edirdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
[[Şəkil:|left|150px]] Mello — Tsuqumi Oba və Takeşi Obata tərəfindən yaradılmış "Death Note" animanqa seriyasından personaj. Seriya boyunca Mello Nia ilə birlikdə L-in əvəzedicilərindən biri kimi təqdim olunur. Həm Mello, həm də Nia L-in köməkçisi olan Vatarinin əsasını qoyduğu "Wammy's House" yetimxanasında böyümüşdülər. Lakin Mello Kira adlı qatili tapmaq üçün Nia ilə birlikdə işləməyi rədd edir. Cərəyan edən hadisələr zamanı Mello mafiyaya qoşulur, Ölüm dəftərini tapır, bir neçə nəfərin ölümünə bais olur, ölməzdən qabaq isə Kiranın əsl şəxsiyyətini ifşa edə bilir. Anime və manqadan əlavə Mello video oyunlarda və ranobelərdə də peyda olmuşdur.
Mello Nia ilə birlikdə dedektiv L ilə Kira adı ilə cinayət işləyən Layt Yaqami arasındakı sonsuz davam edən qarşıdurmanı dayandırmaq üçün yaradılmışdılar. Həm Mello, həm Nia L-dən sonra dizayn olunmuşdular və ilk öncə L-in oğulları olan əkizlər kimi təsəvvür edilmişdilər. Sonda, bu ideyadan istifadə olunmamış və orijinal dizaynlar seçilmişdir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə