Vikipediya Heftenin Yaxsi Meqalesi Sentyabr 2015 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Lomonosov (şəhər) — Rusiya ərazisində yerləşən şəhər. Lomonosov Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Lomonosov şəhərinin Leninqrad vilayətinin tərkibinə daxil olmamasına baxmayaraq, burada Lomonosov və Leninqrad bölgələrinin yerli hakimiyyət orqanları yerləşir.
Şəhər Fin körfəzinin sahilində və Karasta çayının mənsəbində yerləşir. Lomonosov mühüm dəniz limanıdır. Oranienbaum və Oranienbaum II dəmir yolu stansiyaları, həmçinin "Martışkino" və "Kronştadskaya koloniya" dayanacaq məntəqələri Oktyabr Dəmir yolunun Baltik dənizi istiqamətində yerləşir. Şəhərin əsası 1710-cu ildə, knyaz Aleksandr Menşikovun şəhərətrafı iqamətgahı olaraq qoyulmuşdur, 1780-ci ildə isə Lomonosova şəhər statusu verilmişdir. Lomonosovda XVIII əsrə aid "Oranienbaum saray-park kompleksi" yerləşir. Lomonosov Böyük Vətən müharibəsi I dərəcəli və Hərbi şöhrət ordeni ilə təltif olunmuşdur. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Kim Possibl — əsası Mark MakKorkl və Bob Şuli tərəfindən qoyulmuş, 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatı qazanmış ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və beləliklə hissələrin sayı 87-ə çatmışdır. İlk dəfə Disney Channel kanalında yayınlanmışdır. Türkiyədə TRT 1 və Disney Channel, Rusiyada Pervıy Kanal, STS, "Disney Channel (Russia)" kanallarında nümayiş olunmuşdur. Serial həm kiçiklərin, həm də böyüklərin böyük rəğbətini qazanmışdır.
Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. Serial əslində uşaqlar üçün düşünülmüşdü, amma gülməli səhnələri və bir çox hərəkətləri sayəsində bir çox yetkin tamaşaçıların böyük rəğbətini qazanmışdır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni, Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir. Bəzən elə hallar olur ki, Kim Possibl dostlarının köməyi olmadan tapşırıqları yerinə yetirməyə məcbur olur. İlk dəfə "Kim Possibl" serialı 7 iyun 2002-ci ildə bütün dünya ölkələrinə yayınlanmışdır. "Kim Possibl" serialının yayım tarixi 7 sentyabr 2007-ci il tarixində başa çatmışdır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Aromatik karbohidrogenlər — molekullarında bir və ya bir neçə benzol həlqəsi olan karbohidrogenlərə deyilir. Aromatik karbohidrogenlər dedikdə benzol və xassəcə ona bənzər birləş-mələr nəzərdə tutulur. Belə ki, aromatik karbohidrogenlər onları başqa birləşmələrdən fərqləndirən və adətən aromatik xassə adlanan bir sıra xüsusiyyətlərə malikdir. Tərkibinə daxil olan benzol nüvəsinin sayından və onların arasındakı əlaqənin xarakterindən asılı olaraq aromatik karbohidrogenlər iki qrupa bölünür:
Aromatik karbohidrogenlərin beynəlxalq adı Arenlər-dir. Aromatik karbohidrogenlərin ən sadə nümayəndəsi benzoldur. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə — rus rəssamı İlya Repinin 1883-1885-ci illərdə çəkdiyi rəsm əsəridir.. Əsərdə İvan Qroznının həyatından ən əfsanəvi epizodu təsvir edilib; qəzəb tutmasında olan çar öz oğluna, yəni şahzadə İvana öldürücü zərbə vurur (bu hadisənin tarixi əsası indiyə kimi tam olaraq qəbul edilməyib). Qroznının üz cizgilərində olan peşmançılıq iztirabı və göz yaşları içərisində dərddən ağlını itirmiş atasını bağışlayan mülayim şahzadə rəsm əsərində çox aydın və ekspressiv formada göstərilir. Əsər, Moskvanın Dövlət Tretyakov qalereyasının toplusunda saxlanılır.
3 iyul 1583 və yaxud 16 noyabr 1581-ci ildə (bəzi tarixçilər güman edirlər ki, hadisə 1581-ci ilin noyabrında baş verib, digər tədqiqatçılar 1582-ci ilin noyabr ayına istinad edirlər) Çar palatalarında bu vaxta qədər Avropanın heç bir hakim sülaləsi arasında görünməyən XVI əsrin ən müəmmalı qətl hadisəsi baş verir. İvan Qroznı emosiyalarını cilovlaya bilməyərək, var gücü ilə öz əsasını oğlu çareviç İvanın gicgahına vurur. Zərbə güclü və dəqiq idi - yazıq şahzadə yerindəcə dünyasını dəyişir. Deyilənlərə görə, İvan Qroznı baş verənlər barədə çox həyəcan keçirirdi, axı bu onun böyük və ən sevimli oğlu idi. İkinci oğlu ölkəni idarə etmək üçün elə əvvəlcədən hazır deyildi. Yeri gəlmişkən, ötən bu andan yəni 450 ildən artıq bir müddət ərzində, hadisə barədə bir neçə maraqlı versiya yaranmışdı. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə