Vikipediya Heftenin Yaxsi Meqalesi Oktyabr 2024 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 41. Həftə
Ülviyyə Sultan — 34-cü Osmanlı sultanı II Əbdülhəmidin ilk xanımı Nazikəda Qadınəfəndidən olan yeganə övladı və ilk qızı. Ülviyyə Əbdülhəmidin sevimli qızı idi. O, təxminən 7–9 yaşlarında ikən bir yanğında ölmüşdür.
Ülviyyə Sultan 1864 və ya 1868-ci ildə Konstantinopoldakı (indiki İstanbul) Dolmabağça sarayında anadan olmuşdur. Anası Əbdülhəmidin ilk xanımı olan çərkəzəsilli Nazikəda Qadınəfəndidir. Ülviyyə Nazikəda Qadınəfəndinin yeganə övladı idi, lakin onun ən azı 16 ögey qardaşı və bacısı var idi. Mənbələr onun Əbdülhəmidin ən sevimli qızı olduğunu bildirir. Ülviyyə zahirən çox gözəl uşaq olaraq təsvir edilmişdir: "çox şirin, çox ağıllı, yaşına görə çox gözəl qız idi… qaragözlü, uzun kirpikli, ağdərili, çəhrayı yanaqlı olan o, bir mələk kimi idi". |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
İsmayıl xan Ziyadxanov — Azərbaycan Cümhuriyyəti hökumətinin üzvü, diplomat, Azərbaycan Cümhuriyyəti ordusunun podpolkovniki. Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri.
Türk Ədəmi-Mərkəziyyət Firqəsinin və "Müdafiə" təşkilatının qurucularındandır. Mart soyqırımı dövründə Şamaxı və Göyçay qəzalarında daşnak qüvvələrinə qarşı mübarizə aparıb. 1918-ci ilin sentyabr ayında başlamış Qarabağ hərəkatında iştirak edib. Aprel işğalından sonra bolşeviklər tərəfindən məhkəməsiz güllələnib. İsmayıl xan Gəncə xanı Cavad xanın nəticəsi, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin isə nəvəsidir. Çar ordusunun və Azərbaycan Cümhuriyyəti Ordusunun zabiti olmuş Şahverdi xan Ziyadxanın və Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirinin müavini və Azərbaycan Cümhuriyyətinin İrandakı səfiri olmuş Adil xan Ziyadxanovun qardaşıdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Zeynəb Bəyim — Səfəvi şahı I Təhmasibin (1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur) dördüncü qızı. O, Səfəvi dövrünün ən nüfuzlu və güclü şahzadələrindən biri hesab olunur. Zeynəb Bəyim ardıcıl beş Səfəvi monarxının hakimiyyəti dövründə yaşamış, müxtəlif funksiyaları yerinə yetirmək və imperiyanın bürokratik sisteminin zirvəsində olmaqla yanaşı, həm də uzun illər saray hərəmində baş matriarx kimi fəaliyyət göstərmiş və bəzi dövrlərdə taxt-tac uğrunda münaqişələrdə mühüm rol oynamışdır. O, şah I Səfinin erkən hakimiyyəti dövründə (1629–1649-cu illərdə hakimiyyətdə olmuşdur) nüfuzunun zirvəsinə çatmışdır. Zeynəb Bəyim çoxsaylı müasir mənbələrdə "Səfəvi saray siyasətində siyasi mötədillik və müdriklik sütunu" kimi təriflənmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Robinzon Kruzo iqtisadiyyatı — iqtisadiyyatda bəzi fundamental məsələləri daha dərindən tədqiq etmək üçün istifadə olunan sadə struktur. Burada bir istehlakçı, bir istehsalçı və iki əmtəənin formalaşdırdığı iqtisadiyyat təsəvvür edilir. "Robinzon Kruzo" başlığı, 1719-cu ildə Daniel Defo tərəfindən qələmə alınmış eyniadlı romanın adından götürülmüşdür. İqtisadiyyatdakı düşüncə eksperimenti kimi, bir çox beynəlxalq ticarət iqtisadçıları, sadələşdirilmiş və idealizə edilmiş bu fərziyyəni real dünyadakı mürəkkəb halları sadə formada izah etmək qabiliyyətinə sahib olması səbəbindən vacib hesab etməkdədir. Nəzərdə tutulan fərziyyə odur ki, bir agentin olduğunu iqtisadiyyatın təhlili, çoxsaylı iqtisadi agentlərin olduğu real dünya iqtisadiyyatının işləmə prinsiplərini öyrənmək üçün faydalı məlumatlar aşkara çıxarır. Bu anlayış mikroiqtisadiyyatın bir hissəsi kimi istehlakçı və istehsalçı davranışlarını, o cümlədən iqtisadi tarazlığın daha yaxından öyrənilməsi üçün münasibdir. Əslində, iqtisadiyyatın digər sahələrində də Robinzon Kruzo iqtisadiyyatı strukturu eyni məqsəd üçün istifadə olunur. Məsələn, dövlət maliyyəsində Robinzon Kruzo iqtisadiyyatı, ictimai əmtəələrin müxtəlif növlərini və həmçinin müştərək mənfəətlərin müəyyən xüsusiyyətlərini təhlil etmək məqsədi güdür. Artım iqtisadiyyatında isə bu, zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin qənaət və investisiya vasitələrindən istifadə edərək daha davamlı inkişaf yoluna qədəm qoyması məqsədilə artım modelləri təkmilləşdirmək üçün istifadə olunur.
bax – müzakirə et – redaktə et – tarixçə