Vikipediya Heftenin Yaxsi Meqalesi Oktyabr 2019 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
İnanılmaz Halk — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2008-ci ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. “İnanılmaz Halk” Marvel Kinematoqrafiya Kainatının (MKK) ikinci filmidir. Film, Zak Pennin ssenarisi əsasında Lui Leteryenin rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Edvard Norton Brüs Benner rolunu canlandırmış, eyni zamanda Liv Tayler, Tim Rot, Tim Bleyk Nelson, Ti Byurrel və Uilyam Hört də rol almışlar.
“İnanılmaz Halk”da superədgər hazırlamaq istəyən ordu rəhbərliyinin gizli təcrübəsinə əsasən qamma radiasiyasına məruz qalan Brüs Benner Halka çevrilir. Halkı hərbi məqsədlər üçün tədqiq və istifadə etmək istəyən General Sanderbolt Ross, ondan gizlənən Benneri tapmaq üçün təcrübəni başqa bir əsgərin – Emil Blonski üzərində davam etdirir və nəticədə Blonski, İyrənc adlı varlığa çevrilir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstüdür. Büstün e.ə. 1345-ci ildə heykəltəraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi.
Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hazırda İkinci Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb. Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir.
Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Materikə il ərzində 20 santimetr yağıntı düşür. Materik bütün qitələrin ən yüksək orta yüksəkliyinə malikdir. Antarktidanın daimi məskunları yoxdur və qədim insan məskənlərinin izlərinə də rast gəlinmir. Yalnız pinqvin və suiti kimi soyuğadavamlı canlılar Antarktidanın daimi sakinləridir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Rusiya-Gürcüstan müharibəsi (2008) — 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibə. Bu müharibə iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci ilin avqust ayında başlamışdır. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutmuşdur. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.
Gürcüstan Respublikası Sovet İttifaqının dağılmağa başladığı 1991-ci ilin əvvəllərində öz müstəqilliyini elan etmişdir. Bu fonda Gürcüstanla faktiki olaraq Rusiya tərəfindən nəzarət olunan keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin separatçıları arasında ilk müharibə baş verdi. Müharibənin ardınca bölgədə gürcü, rus və osetin qoşunlarından ibarət birgə sülhməramlı qüvvə yerləşdirildi. Eyni zamanda, oxşar hərbi toqquşmalar ölkənin Abxaziya regionunda da baş verdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
İvan Urqant — (rus. Иван Ургант) — rusiyalı aktyor, şoumen, teleradio aparıcısı, müğənni, musiqiçi, prodüser. Hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biridir. Əvvəllər "Superradio", "Rus radiosu", "Hit-FM" radiostansiyalarında və "Rossiya" və "MTV" telekanallarında işləyib. Dəfələrlə "TEFİ" mükafatının laureatı olub. 2008-ci və 2011-ci illərdəki sorğuların nəticələrinə görə, Rusiyanın ən populyar televiziya aparıcısı seçilib.
İvan Urqant 1996-cı ildən günümüzədək müxtəlif filmlərdə aktyor kimi çəkilib. Onun filmoqrafiyasında — "Yolkalar" və "Vısotski. Sağ ol ki, yaşayırsan" kimi filmlər var. Ümumilikdə aktyorun filmoqrafiyasında 25-dən çox film var. Urqant bədii filmlərlə yanaşı, sənədli filmlərdə də çəkilib. O, Vladimir Poznerlə birlikdə müxtəlif ölkələrdən bəhs edən çox seriyalı 7 sənədli filmdə aparıcı kimi çıxış edib. Urqant Alsu ilə birlikdə Moskvada keçirilmiş 2009 Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsinin aparıcısı olub. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə