Vikipediya Heftenin Yaxsi Meqalesi Oktyabr 2016 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
Vrangel — Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə аdlandırılmışdır.
Vrangel şərq və qərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir. Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Arxeoloji qazıntılar zamanı adada yaşayış məntəqələrinin qalıqları aşkarlanmışdır. Adanın ilk əhalisi Paleoeskimoslar olmuşlar və orada ov etmişlər. Burada ilk yaşayış 1750 il b.e. əvvələ aiddir. Paleoeskimosların daimi dayanacaq yeri Çyortov ovraq adlı ərazidə aşkarlanmışdır. Rusların ada yaxınlıqlarından keçməsi hələ XVII əsrin əvvəllərində baş verməsinə baxmayaraq, adanın xəritəyə salınması 200 il sonraya aiddir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüsserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək.
Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
[[Şəkil:|left|150px]] Müqəddəs Ruh kilsəsi — Haydelberq şəhərinin köhnə hissəsində, daha doğrusu Bazar meydanının (de) tam mərkəzində və məşhur Haydelberq qəsrinin yaxınlığında yerləşən ən böyük və ən əhəmiyyətli dini tikilidir (şəhər meydanına kilsənin apsida hissəsi baxır). Səkkizbucaqlı qala istehkamları ilə birlikdə, kilsənin zəng qülləsi şəhər obrazını formalaşdıran və onun üzərində hökmranlıq edən ən mühüm elementlərdən biri hesab edilir. Kilsə 1398-ci ildən 1515-ci ilə qədər Pfalts kurfürstlərin məqbərəsi və həmin sülaləyə məxsus iqamətgahın təmtəraqlı kilsəsi olaraq yüksəldilirdi. Pfalts mirası uğrunda gedən müharibənin gedişatı zamanı kilsə əhəmiyyətli dərəcədə dağıntıya məruz qalmış, dəfn yerləri isə talan edilmişdir.
Məhz buna görə də, indiyədək kilsə sərdabəsində ancaq kurfürst III Ruprextin qəbiri mühafizə olunmuşdur (bundan başqa, Vittelsbax sülaləsinin nümayəndəsi olmuş III Ruprextin hakimiyyəti dövründə kilsə binasına xor otaqları əlavə edilmişdir). Kilsə həmçinin Palatin kitabxanasının ən birinci saxlanğıc yeri kimi də məşhurdur. Onun tarixi Haydelberq şəhərinin ziddiyyətli tarixi ilə sıx bağlıdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Belçikada holokost — Nasist Almaniyası tərəfindən işğal edilmiş Belçikada 1940-1944-cü illərdə yəhudilərin və qaraçıların təqib edilməsi və məhv edilməsi.
Müharibənin başlanğıcında Belçika əhalisinin çox böyük hissəsi katolik idi. Bu dövrdə əhalisi 8 milyon olan Belçikada yəhudilərin sayı 70–75.000 nəfər idi və Belçikada qeyri-xristian əhalinin ən böyük təbəqəsini təşkil edirdilər. Yəhudilərin məskunlaşdığı əsas şəhərlər Antverpen, Brüssel, Şarlerua və Leyj idi. Yəhudilərin böyük əksəriyyəti Almaniya və Şərqi Avropada təqiblərə məruz qalanlardan ibarət idi və çox az qismi Belçika vətəndaşlığını ala bilmişdi. Belçikanın işğalından qısa müddət sonra Hərbi Hökumət 1940-cı ilin oktyabrında anti-yəhudi qanunlarını verdi. Belçika Sədrlər Komitəsi hər hansı anti-yəhudi tədbirindən ötrü əməkdaşlıq etməkdən imtina etdi və Hərbi Hökumət əlavə qanunlar verməkdə həvəssiz görünürdü. Almaniya hökuməti yəhudilərin ticarət fəaliyyətlərini mənimsəməyə və yəhudiləri dövlət xidmətindən uzaqlaşdırmağa başladılar. 1941-ci ilin aprelində Almaniyanın səlahiyyətli şəxslərinin əmri olmadan flamand kollaborasionistlər Antverpen şəhərində iki sinaqoqu çapıb-taladılar və Antverpen qırğınında baş rabbinin evini yandırdılar. Almanlar ölkədə Yudenrat — Belçika Yəhudilərinin Assosiasiyasını (BYA; fr. Association des Juifs en Belgique) yaratdılar. Yəhudilər bu assosiasiyaya qoşulmağa məcbur idilər. 1942-ci ildəki yəhudi sualının son həllinin bir hissəsi kimi Belçika yəhudilərinin təqibi kəskinləşdi. 1942-ci ilin mayından etibarən yəhudilər ictimaiyyət arasında seçilmək üçün sarı Davud ulduzu taxmalı idilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Şirvanşahlar sarayı — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.
Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Murad darvazası tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir. Müxtəlif dövrlərdə həyata keçirilən tikintilər həm ölçülərin vəhdəti, həm də əsas memarlıq formaları olan kubik şəkilli binalar, günbəzlər və portalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə