Vikipediya Heftenin Yaxsi Meqalesi Noyabr 2023 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 45. Həftə
Azərbaycan–Ermənistan sərhəd toqquşması (may, 2023) — Azərbaycan və Ermənistan silahlı birləşmələri arasında 10 may 2023-cü ildə, axşam saatlarında Azərbaycan–Ermənistan şərti sərhədində – Ermənistan tərəfdən Vardenis rayonu, Azərbaycan tərəfdən isə Kəlbəcər rayonu istiqamətində başlanan və beş gün davam edən silahlı toqquşma. Silahlı toqquşmaların başlamasında tərəflər bir-birlərini ittiham eləmişdir.
Qarşıdurma zamanı Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ümumi olaraq 3 hərbçisi öldürülmüş, 8 hərbçisi isə yaralanmışdır. 14 mayda gərginliyin səviyyəsinin aşağı düşməsi isə bölgədə silahlar susmuşdur. Bu cari il ərzində tərəflər arasında baş verən üçüncü silahlı toqquşma idi. Silahlı toqquşmalar 14 mayda Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşün fonunda baş vermişdir. 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 46. Həftə
Edqar Fernandes — Boliviya taksi sürücüsü, siyasətçi və həmkarlar ittifaqı üzvü. O, 2010-cu ildən 2015-ci ilə qədər Santa-Krus departamentindən Deputatlar Palatasının partiya siyahısı üzvü kimi fəaliyyət göstərmişdir.
Totorada anadan olan Fernandes həyatının çox hissəsini Santa-Krus-de-la-Syerrada yaşamışdır. O, şəhərin 3,000-ci plan rayonunda məskunlaşmış, burada taksibus xidmətləri göstərməyə başlamışdır. Fernandes 18 yaşında yerli sürücülər sindikatına qoşulmuş və 2000-ci illərin əvvəllərində ittifaqın sıralarında tədricən yüksəlmişdir. 2001-ci ildən Sosializmə doğru hərəkatın üzvü olan Fernandes öz sektorunun ittifaqlarını partiya ilə uyğunlaşdırmaq üçün fəal şəkildə çalışmış, onun fəaliyyəti nəticəsində uzunmüddətli siyasi ittifaq yaranmışdır. 2004-cü və 2005-ci illərdə dövlət vəzifəsinə iki dəfə uğursuz olaraq namizədlik göstərmiş Fernandes 2009-cu ildə Deputatlar Palatasında Santa-Krus departamentinin təmsilçisi kimi seçilmişdir. Onun vəzifə müddəti bitdikdən sonra yenidən seçilməsi üçün namizədliyi irəli sürülməmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 47. Həftə
Krım Kommunist Partiyası — Ukraynada, Krımda fəaliyyət göstərmiş kommunist partiyası. 1993-cü ildə Krım Kommunistlər İttifaqının (ukr. Союз Комуністів Криму), 1997-ci ildə partiya Ukrayna Kommunist Partiyasının bir hissəsi olmuşdur. Krım Kommunist Partiyasının lideri Leonid Qraç idi. Partiyanın üzvləri 57 min nəfərdən ibarət idi. Çap orqanı "Kommunist Krıma" qəzeti idi.
SSRİ-nin dağılmasından və 1991-ci ildə SİKP-ninfəaliyyətinin qadağan edilməsindən sonra Ukrayna Kommunist Partiyası Krım Respublika Komitəsinin keçmiş birinci katibi Leonid İvanoviç Qraç yarımadada kommunist təşkilatı yaratmağa başlamışdı. Krım Kommunist Partiyasının yaradılmasında Leonid Qraçın köməkçiləri Sergey Vorobyov və Yuri Aksyutin əhəmiyyətli rol oynamışdır. 1992-ci ilin yayında Ukraynada o dövrdə ilk və yeganə marksist–leninist partiyası "Krım Kommunistləri İttifaqı" qeydiyyata alınmışdır. Onun lideri Leonid Qraç idi. Yeni partiyaya yarımadanın 14 şəhər və rayon təşkilatı daxil idi, onun 10 min üzvü var idi. Ukrayna Xristian-Demokrat Partiyası (UXDP) bəyan etmişdi ki, o, "Kommunistlər İttifaqı"nın tanınmasını irtica qüvvələrinə böyük dərəcədə güzəşt və köhnə rejimin reanimasiyasının başlanğıcı hesab edir. UXDP müstəqil demokratik Ukraynanın inkişafına mane olan kommunistlərə qarşı mübarizənin başladığını da elan etmişdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 48. Həftə
Həbib Sahir — azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tədqiqatçısı. İranda Azərbaycan türkcəsində sərbəst şeirin banisi.
Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazıb. Mətbuatda "Aydın", "Ülkər", "Ağ" kimi imzalarla yazılar yazıb. Fəaliyyətinə görə dəfələrlə sürgün olunub. İran İslam İnqilabından sonra özünü asaraq intihar edib. Mir Həbib Qəvami 1903-cü ildə Təbrizin Sırxab məhəlləsində anadan olub. Əvvəlcə "Sərdabə üstü" molla məktəbində ərəb dilində yazıb-oxumağı öyrənib. İbtidai təhsilini bitirdikdən sonra "Mədrəseyi Mübarək-e Məhəmmədiyyə" liseyinə daxil olub. Və burada Məhəmmədhüseyn Şəhriyarla sinif yoldaşı olub. Liseydə təhsil aldığı illərdə fransız dili və ədəbiyyatı müəllimi olan Mirzə Tağıxan Rafət Təbrizi onun müəllimi olub. Mirzə Tağıxanın təsiri ilə Həbib Sahirdə Qərb ədəbiyyatına maraq oyanır. Türkiyədə nəşr olunan "Rəsmli ay" və "Sərvəti-fünun" nəşrləri ilə tanış olur. |
bax – müzakirə et – redaktə et – tarixçə