Vikipediya Heftenin Yaxsi Meqalesi Noyabr 2016 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 45. Həftə
No Game No Life — Yuu Kamiya tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası doqquz cilddən ibarət olub MF Bunko J imprinti altında 25 aprel 2012-ci ildən 25 dekabr 2015-ci ilə kimi nəşr olunmuşdur. Müəllif və Yuu Kamiyanın həyat yoldaşı Maşihiro Hiiraqi 2013-cü ildə ranobe seriyasının manqa adaptasiyasını hazırlamışdırlar və manqa "Monthly Comic Alive" jurnalında nəşr olunmuşdur. Növbəti il Madhouse studiyası tərəfindən eyniadlı anime adaptasiyası anons edilmişdir. Anime serialı Yaponiyada 2014-cü ilin aprelindən iyuluna kimi AT-X kanalında, Yaponiyadan xaricdə isə Crunchyroll tərəfindən bərabər zamanlı yayımlanmışdır. "No Game No Life" franşizi bir neçə ABŞ şirkəti tərəfindən yerliləşdirilmişdir: Seven Seas Entertainment manqa adaptasiyasını, Sentai Filmworks anime adaptasiyasını, Yen Press isə ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır.
Seriya "Boşluq" (空白, Ku:haku?, 「 」) ləqəbi ilə tanınan iki məğlubedilməz oyunçu və hikikomori — Sora və onun kiçik ögey bacısı Şirodan bəhs edir. Bir gün tanrı onlara şahmat oyununda meydan oxuyur və "Boşluq" qalib gəlir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 46. Həftə
Boksçu Homer — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün üçüncü seriyasıdır və ilk dəfə 10 noyabr 1996-cı ildə yayımlanmışdır. Bu seriyada Homer aldığı zərbələrdən yıxılmamaq kimi qəribə xəstəliyinin olmasını öyrənir və bundan sonra dostu Mo Sizlakın menecerliyi ilə boksçu karyerasına başlamaq qərarına gəlir. Seriyanın rejissoru Mark Kirklend, ssenari müəllifi isə Conatan Koler olub. Seriyanın dəvət olunmuş qonaq ulduzları öz rolunu ifa edən Maykl Baffer və Lüsius Svit rolunda çəkilən Pol Uinfild olub. Seriyanın ssenarisi boks azarkeşi olan Conatan Koler tərəfindən yazılıb.
Müəlliflər insanların onlara internetdə verdikləri — Homerin boks üzrə superağır çəkidə çempion titulu uğrunda necə mübarizə aparacağı sualına cavab vermək üçün böyük səylər göstəriblər. Homerin seriyada səfillərə qarşı döyüşməsi ideyası Con Şvarsvelder tərəfindən verilib. Lüsius Svit obrazı boks promouteri Don Kinqə parodiyadır. Bu obrazı keçmişdə Kinqi HBO Tyson bioqrafik filmində çıxış edən aktyor Pol Uinfild səsləndirib. Svit ssenaridə tip olaraq "Don Kinq kimi görünən və danışan" kimi təsvir olunub. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 47. Həftə
Çövkən — Qarabağ atları ilə idman komanda oyunu və müasir polo oyununun bir versiyası. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunurdu. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir.
2013-cü ildə çövkən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar. Rəssam Elçin Muxtar Elxan "El-oba oyunu, xalq tamaşası" kitabında yazır: Professor Kamran İmanovun sözlərinə görə, müasir Azərbaycan dilində "çövkən" termini "çovqan" kimi də səslənir və "Azərbaycan dilinin izahlı lüğət"lərində bu sözün mənası "at üstündə ucu əyri çomaqla top-top oyunu" kimi təsvir edilir. O, "çövkən" sözünün və oyununun türk mənşəli olması türklər yaşayan arealda böyük izlər buraxaraq digər xalqlar tərəfindən mənimsənilib və geniş yayıldığını qeyd edib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 48. Həftə
Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı ənəvi Azərbaycan qadın baş örtüyü. Azərbaycanın qərb zonasında kəlağayıya bəzən çarqat da deyilir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb.
2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərdə İran şahı I Daranın zamanında saray qadınları arasında geniş yayıldığı barədə bəzi mənbələrdə qeyd olunub. X əsrdə yazılan Hüdud əl-aləm coğrafi traktatında, Bərzənd şəhərində baş örtüyünün istehsal olunduğu qeyd edilib. |
bax – müzakirə et – redaktə et – tarixçə