Vikipediya Heftenin Yaxsi Meqalesi Noyabr 2015 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 45. Həftə
Sibir yupikləri — Sibirdə Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində və Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının Müqqədəs Lourens adasınnda yaşayan Yupik qoluna aid eskimos xalqıdır. Müqqədəs Lourens adasındakı Sibir yupikləri, Alyaskada qohumluq baxımından inyupiklərə ən yaxın xalqdır. Rusiyadakı Sibir yupikləri, çukçaların mədəni assimilyasiyasına məruz qalmış, onların mədəniyyətini mənimsəmişdir. Uzun müddət çukçalarla bir ərazidə yaşamaları Sibir yupiklərinin çukçalaşmasına səbəb olmuşdur. Sahil boyu ərazilərdə yaşayan çukçaların da çukçalaşmış yupik olduqları güman edilir. Yupiklərin böyük bir qismi özlərini çukçalarlarla eyniləşdirilməsinə qarşıdır. Ancaq sibir yupikləri və çukçalar arasında tək fərq dillərinin ayrı-ayrı olmasıdır. Qalan bütün mərasim və mədəniyyətləri isə eynidir.
Sibir yupiklərinin sayı 2000 nəfərdən çoxdur. 1980 və 1992-ci illərdə aparılan siyahıya alınmaya əsasən, sibir yupiklərinin 95%-nin sibir yupikcəsində danışdığı məlum olmuşdur. Lakin hhazırda bu nisbət daha aşağıdır. Sibir yupiklərinin ənənəvi inancı animizm və şamanizm olsa da 1887-ci ildən etibarən Xristianlıq da zorla yayılmışdır. Sibir yupiklərinin əsasən ovçuluq və yığıcılıqla məşğul olurlar.Fil dişindən hazırlanan müxtəlif əşyalar isə baha qiymətə satılır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 46. Həftə
Almaniya — Qərbi Avropada yerləşən dövlətdir. Şimalda Şimal dənizi, Danimarka və Baltik dənizi, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriya və İsveçrə, qərbdə isə Fransa, Lüksemburq, Belçika və Hollandiya ilə həmsərhəddir.
Almaniya 16 federal əyalətdən (alm. Bundesländer) ibarət parlamentli federal respublikadır. Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Dövlət kimi Almaniya 1871-ci ildə Fransa–Prussiya müharibəsindən sonra birləşdirilmişdir. İkinci dünya müharibəsindən sonra iki hissəyə bölünən ölkə, 1990-cu ildə yenidən birləşdi. Avropa Birliyinin yaradıcılarından biri olan Almaniya 81.8 milyon əhalisi ilə AB-də say etibarilə ilk yeri tutur. BMT (1973), NATO (1955), G8 və G4 təşkilatlarının üzvü olan Almaniya dünyanın öncül dövlətlərindən biridir. Ölkə ÜDM həcminə görə dünyanın üçüncü böyük iqtisadiyyatına malik olmaqla yanaşı əmtəə ixracatına görə birinci, idxalatına görə isə ikinci yeri tutur. 2007-ci ildə həm Avropa Birliyinin Nazirlər Şurası, həm də G8-in növbəli rəhbərliyi funksiyalarını həyata keçirib. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 47. Həftə
Əhliman Əmiraslanov — Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrah–onkoloq, tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi (2007–indi), SSRİ Dövlət Mükafatı (1986) və Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış (2010) deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (1992–indi), ATU Onkologiya kafedrasının müdiri (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014–indi), Yeni Azərbaycan Partiyasının üzvü.
Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakultəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971–1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb. 1974–1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 48. Həftə
[[Şəkil:|left|150px]] Müqəddəs Vit kilsəsi — qotik üslublu katolik prixod məbədidir və Çeske Budeyovitse yeparxiyasının Çeski Krumlov prixodunun tabeliyindədir. Kilsə Vltava çayının sahil burnunda, Çeski Krumlov şəhərinin tarixi mərkəzində yerləşir və Krumlov qəsri ilə yanaşı şəhərin iki memarlıq dominantlarından biri sayılır. Kilsə 1992-ci ildən "Çeski Krumlov şəhərinin tarixi mərkəzi" adı altında UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısının tərkibinə daxildi.
Çeski Krumlovun roma-katolik prixodu 1317-ci ildən öncə, Krumlov panlığının varisi və nüfuzlu çex feodalı Rojmberkli I Pyotr (1347-ci ildə vəfat edib) tərəfindən yaradılmışdı. Prixod ilə bağlı ilk sənədli məlumatlar 1329-cu ilə aid edilir. 1309 və 1317-ci illər arasında Rojberkli Pyotr kiçik müqəddəs Vit prixod kostyolunun, onun yanında isə müqəddəs Vatslav kapellasının əsasını qoymuşdu. Krumlov prixodunun inkişafı və şəhər əhalisinin xeyli artması, Rojmberkli Pyotrun ilkin Vit kostyolunun yerində qotik üslubda yeni, daha geniş və möhtəşəm məbədin tikintisinə vadar etdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə