Vikipediya Heftenin Yaxsi Meqalesi May 2020 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 18. Həftə
Marvel vs. Capcom: Clash of Super Heroes — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq video oyunu. "Marvel vs. Capcom" video oyun seriyasındakı 3-cü əsas epizoddur və 1997-ci ildə satışa çıxarılan "Marvel Super Heroes vs. Street Fighter" video oyununun davamıdır. Video oyun ilk dəfə 1998-ci ildə arkada oyunu kimi buraxılmışdır.
Video oyun daha sonra 1999-cu ildə Dreamcast, 2000-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır. Oyun "Marvel vs. Capcom Origins" kompilyasiyasının bir parçası olaraq 2012-ci ildə PlayStation 3 və Xbox 360 platformaları üçün yenidən buraxılmışdır. "Marvel vs. Capcom: Clash of Super Heroes" video oyununun geympleyi və estetikası "Marvel Super Heroes vs. Street Fighter" video oyununa çox oxşayır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 19. Həftə
Böyük simfonik orkestr üçün uvertüra — bəstəkar Soltan Hacıbəyov tərəfindən 1956-cı ildə simfonik orkestr üçün yazılmış uvertüra əsəri.
Milli simfonik uvertüra nümunələri arasında bəstəkər Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında xüsusi seçilir. Bu uvertüra musiqinin sevincli koloriti, inkişaf prosesinin ümumi dinamik məqsədyönlülüyü, forma yığcamlığı və orkestrovkası ilə seçilir. Uvertüra ilk dəfə 1956-cı ildə Bakıda — Azərbaycan bəstəkarlarının birinci qurultayında dirijor Niyazinin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrində səsləndirilmişdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
Arazın o tayında — bəstəkar Cahangir Cahangirov tərəfindən 1949-cu ildə yazılmış vokal-simfonik poema. Əsərdə 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələr təsvir olunmuşdur. Bəstəkarın bu əsəri azadlıq mübarizəsi mövzusunda yazılmışdır.
Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema Cənubi Azərbaycandan olan şairlər – Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Osetin-inquş münaqişəsi — 31 oktyabr — 4 noyabr 1992-ci il tarixlərində silahlı toqquşmalara səbəb olan Şimali Osetiyanın (Rusiya Federasiyası) Priqorodnı rayonu ərazisində osetin və inquş xalqlarının çox sayda qurbanlarına səbəb olan etno-siyasi qarşıdurma. Münaqişənin dərin siyasi və etnik kökləri vardır.
Hər iki xalq həm osetinlər, həm də inquşlar bir — birlərini bu ərazilərə gəlmə hesab edir və Vladiqafqaz şəhərini və ətrafını öz doğma torpaqları sayırdılar. Çar Rusiyası tərəfindən bölgənin işğalına qədər hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır. Çar höküməti bölgəni ələ keçirdikdən sonra inquşlarla müqayisədə xristian dininə malik olan osetinlərə daha geniş hüquqlar tanımışdı. Nəticədə inquşlar malik olduqları torpaqların bir hissəsindən məhrum oldular. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstüdür. Büstün e.ə. 1345-ci ildə heykəltəraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi.
Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hazırda İkinci Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir. Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi. Nefertitinin özü də bir simvola çevrildi. Nefertiti həm gözəlliyi, həm də bacarıqlı olması ilə tanınır. |
bax – müzakirə et – redaktə et – tarixçə