Vikipediya Heftenin Yaxsi Meqalesi May 2019 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 18. Həftə
Laptevlər dənizi — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan dəniz. Sibirin şimalında, Taymır yarımadası, Şimal Torpağı (qərb) və Yeni Sibir adaları (şərq) arasında yerləşir. Dəniz rus qütb tədqiqatçıları, iki əmioğlu Dmitri və Xariton Laptevlərin şərəfinə adlandırılmışdır. Dəniz sərt kontinental iqlimə və 0° C-dən aşağı temperatura malikdir. Bütün Arktik dənizlərdə olduğu kimi duzluğu nisbətən zəifdir. İlin on ayı buzla örtülü olur. Əsasən avqust və sentyabr ayları buzdan azad olur. Kasıb flora və faunaya malikdir.
Adalarının bir çoxunda yaxşı qalmış mamont qalıqları vardır. Dəniz dibində zəngin faydalı qazıntıların olması ehtimalı yüksəkdir. Üstəlik o Şimal dəniz yolu üzərində yerləşir. Balıqçılıq və ov az miqdarda həyata keçirilsə də sənaye əhəmiyyəti yoxdur. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 19. Həftə
Leave Me Alone — Maykl Ceksonun 1987-ci ildə çıxarılmış yeddinci studio albomu olan Bad albomundan olan sinql. 1989–cu ildə çıxarılan sinql həmin albomdan olan səkkizinci sinqldır. "Leave Me Alone "Bad" albomunun yalnız CD versiyasında özüdə bonus parça olaraq satışa çıxarılıb. Mahnı Maykl Cekson tərəfindən yazılıb. Prodüsserliyini isə Cekson və Kuinsi Cons edib. Mahnının sözləri tez-tez dövri mətbuatda Cekson haqqında yayılan saxta və neqativ xəbərlər haqqındadır.
Mahnı bütün dünyada uğur qazanmış və sevilmişdir. Belə ki, İspaniyada birinci, Birləşmiş Krallıqda ikinci yerə qədər yüksəlmiş, Yeni Zellandiya və İtaliyada isə uzun müddət hit paradda qalmağı bacarmışdır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
Gürcü yazıları — gürcü dilində yazmaq üçün istifadə olunan üç yazı sistemidir: Asomtavruli, Nusxuri və Mxedruli. Hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur.
Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir. Lakin hazırda gürcü dilində 33 hərdfən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan filləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf və də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Tor: Raqnarök — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüsserliyi və Walt Disney Studios Motion Picturesin distribyutorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor: Qaranlıq dünya" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir.
Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor:Qaranlıq dünya" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir. Filmin çəkilişləri Avstraliyanın Brisben və Sidney şəhərlərində, həmçinin Village Roadshow Studiosda aparılmış və 2016-cı ilin oktyabrında tamamlanmışdır. "Tor: Raqnarok"un premyerası 10 oktyabr 2017-ci ildə Los-Ancelesdə keçirilmiş, ABŞ-da 3 noyabr 2017-ci ildə 3D, IMAX və və IMAX 3D formatlarında çıxarılmışdır. Film, tənqidçilər tərəfindən əsasən müsbət qiymətləndirilmiş, Tor trilogiyasının ən yaxşı filmi olması vurğulanmış, Vaititinin rejissorluğu, aktyor heyətinin işi, yumor və musiqisi yüksək qiymətləndirilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Fallout Shelter — "Bethesda Game Studios" və "Behaviour Interactive" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan free-to-play simulyasiya video oyunu. "Fallout" video oyun seriyasınının bir parçası olaraq dünya səviyyəsində 14 iyun 2015-ci ildə iOS platforması, 13 avqust 2015-ci ildə Android platforması, 14 iyul 2016-cı ildə Microsoft Windows platforması və son olaraq 7 fevral 2017-ci ildə Xbox One platforması üçün buraxılmışdır. "Fallout Shelter" oyunçulara öz sığınacaqlarını (ing. Vault) tikmək və təşkil etmək tapşırığını verir.
Buraxılmasından sonra "Fallout Shelter" əsasən müsbət rəylər almışdır. Tənqidçilər oyunun "Fallout" kainatının bir uzadılması olmasını, əsas qeympleyini və vizual üslubunu tərifləmişdir. Adi tənqidlər arasında oyunda dərinlik azlığının olması, lazımsız mikro-ödənişlərdən istifadəsi və sonluq azlığı var idi. Oyun buraxılışının ilk iki həftəsində mikro-ödənişlərlə 5.1 milyon ABŞ dolları qazanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə