Vikipediya Heftenin Yaxsi Meqalesi May 2018 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 18. Həftə
Cinevra de Bençinin portreti — məşhur rəssam Leonardo da Vinçi tərəfindən təxminən 1474–1476-cı illlərdə çəkilmiş erkən əsəridir; rəsm əsəri gecikmiş kvatroçento dövrünün (yəni erkən İntibah dövrünün) və Florensiya portret rəssamlıq məktəbinin parlaq nümunəsidir. Ekspertlər tərəfindən müəyyən edilmişdir ki, rəsm əsərində təsvir olunmuş qadın, XV əsrdə yaşamış məşhur florensiyalı şairə və intellektual Cinevra d'Ameriqo de Bençidir. Cinevra italiyalı humanist və Venesiya şəhərinin görkəmli dövlət xadimi Bernardo Bembonun platonik sevgilisi olmuşdur; bu porterin rəssama sifarişi məhz Bernardo tərəfindən edildiyi ehtimal olunur.
Bu Leonardonun Avropadan kənarda saxlanılan və müharibədən sonrakı dövrdə satışa çıxarılan yeganə əsəridir; hal-hazırda o Vaşinqtondakı Milli Sənət Qalereyasında nümayiş olunur, bundan bir neçə əsr öncə isə, o Lixtenşteyn knyazlarının kolleksiyasında saxlanılırdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 19. Həftə
Madaqaskar 3: Avropanın ən çox axtarılanları — 6 iyun 2012-ci ildə istehsal edilmiş qısametrajlı animasiya filmidir. Filmin rejissorları Erik Darnell, Konrad Vernon və Tom MakQratdır.
"DreamWorks" kompaniyasının başçısı Ceffi Katsenberqin sözlərinə görə ikinci filmin prokata satışının uğurundan sonra üçüncü filmin üzərində işləməyə başlamışdır. Filmin rejissoru Tom Makqrat deyir ki, mütləq cizgi filminin baş qəhrəmanlarını Mərkəzi Nyu-York parkına geri qaytaracaqdır. Cizgi filmi 3D formatında çəkilmişdir. "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyasının mövzusu əvvəlki frenşizalara yaxındır. Baş qəhrəmanlar Aleks, Marti, Melman və Qloriya doğma Mərkəzi Nyu York Zooparkına geri qayıtmaq niyyətindədirlər. Lakin onların bu planlarına Kapitan Şantell Dübua mane olur. Bu səbəbdən baş qəhrəmanlar bütün Avropa yollarını keçəcək sirk heyətinə qoşulurlar. Baş qəhrəmanlar uzun müddət davam edən əhvalatlarla qarşılaşdıqdan sonra artıq sirkı doğma evlər kimi görür və geri qayıtmırlar. "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiya filminin büdcəsi $145 milyon ABŞ dollarıdır. ABŞ-da göstərilən ilk gün $20,5 milyon dollar əldə etmişdi. Bu isə birinci ($13,9 milyon) və ikinci ($17,6 milyon) seriyalardan nisbətən çox idi. İlk həftədə isə $60,3 milyon ABŞ dolları gəlir toplamışdı. Bu gəlir isə ilk seriyadan nisbətən çox ($47,2 milyon), ikinci seriyadan ($63,1 milyon) isə az idi. Beləcə, bu animasiya ilk iki uikenddə ən çox gəlirən gətirən filmlər arasında birinci yer tuturdu. Dünya ölkələrində baxıldıqdan sonra animasiyanın gəliri $746 921 274 milyona çatmışdı. Əldə etdiyi gəlirə görə "Ən çox gəlir gətirən qısametrajlı cizgi filmləri" və "Ən çox gəlir gətirən filmlər" sırasında mühüm yerlərdən birini tutur. Animasiya tənqidçilər tərəfindən müsbət qarşılanmış və yüksək səs toplamışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
Moqadişo — Somalinin paytaxtı, ən iri şəhəri və əsas portu, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır. 2015-ci ilin qeydlərinə görə, Moqadişoda 2,120,000 sakin yaşayır.
Moqadişonun X əsrdə yaradılması hesab olunsa da, şəhərin daha qədim olduğu güman edilir. Orta əsrlərdə şəhər Ajuran dövlətinin vassalı olan Müzəffər sülaləsi tərəfindən idarə olunmuşdur. Sonradan Moqadişo Geledi Sultanlığı və Omanın Zanzibar Sultanlığının birgə nəzarəti altında olmuşdur. 1905-ci ildə İtaliya Moqadişonu İtalyan Somalisinin paytaxtı etdi. 1960-cı ildə Somali müstəqil olanda, şəhər "Hind okeanının ağ mirvarisi" adlandırılırdı. Siad Barre rejiminin devrilməsindən sonra Moqadişoda vətəndaş müharibəsi başlamış, 2006-cı ildə İslam Məhkəmələr Birliyi tərəfindən idarə olunmuşdur. Bir müddət sonra, şəhər əş-Şəbab və digər radikal qruplar qruplarının döyüş meydanına çevrilmişdir. 2010-cu ildə yeni hökumətin seçilməsində sonra, əş-Şəbab şəhərdən çıxarılmş və şəhərdə sabitlik olmuşdur. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Tor: Raqnarök — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüsserliyi və Walt Disney Studios Motion Picturesin distribyutorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor: Qaranlıq dünya" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir.
Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor:Qaranlıq dünya" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir. Filmin çəkilişləri Avstraliyanın Brisben və Sidney şəhərlərində, həmçinin Village Roadshow Studiosda aparılmış və 2016-cı ilin oktyabrında tamamlanmışdır. "Tor: Raqnarok"un premyerası 10 oktyabr 2017-ci ildə Los-Ancelesdə keçirilmiş, ABŞ-da 3 noyabr 2017-ci ildə 3D, IMAX və və IMAX 3D formatlarında çıxarılmışdır. Film, tənqidçilər tərəfindən əsasən müsbət qiymətləndirilmiş, Tor trilogiyasının ən yaxşı filmi olması vurğulanmış, Vaititinin rejissorluğu, aktyor heyətinin işi, yumor və musiqisi yüksək qiymətləndirilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Fallout Shelter — "Bethesda Game Studios" və "Behaviour Interactive" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan free-to-play simulyasiya video oyunu. "Fallout" video oyun seriyasınının bir parçası olaraq dünya səviyyəsində 14 iyun 2015-ci ildə iOS platforması, 13 avqust 2015-ci ildə Android platforması, 14 iyul 2016-cı ildə Microsoft Windows platforması və son olaraq 7 fevral 2017-ci ildə Xbox One platforması üçün buraxılmışdır. "Fallout Shelter" oyunçulara öz sığınacaqlarını (ing. Vault) tikmək və təşkil etmək tapşırığını verir.
Buraxılmasından sonra "Fallout Shelter" əsasən müsbət rəylər almışdır. Tənqidçilər oyunun "Fallout" kainatının bir uzadılması olmasını, əsas qeympleyini və vizual üslubunu tərifləmişdir. Adi tənqidlər arasında oyunda dərinlik azlığının olması, lazımsız mikro-ödənişlərdən istifadəsi və sonluq azlığı var idi. Oyun buraxılışının ilk iki həftəsində mikro-ödənişlərlə 5.1 milyon ABŞ dolları qazanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə