Vikipediya Heftenin Yaxsi Meqalesi May 2017 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 18. Həftə
İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə — rus rəssamı İlya Repinin 1883-1885-ci illərdə çəkdiyi rəsm əsəridir.. Əsərdə İvan Qroznının həyatından ən əfsanəvi epizodu təsvir edilib; qəzəb tutmasında olan çar öz oğluna, yəni şahzadə İvana öldürücü zərbə vurur (bu hadisənin tarixi əsası indiyə kimi tam olaraq qəbul edilməyib). Qroznının üz cizgilərində olan peşmançılıq iztirabı və göz yaşları içərisində dərddən ağlını itirmiş atasını bağışlayan mülayim şahzadə rəsm əsərində çox aydın və ekspressiv formada göstərilir. Əsər, Moskvanın Dövlət Tretyakov qalereyasının toplusunda saxlanılır.
3 iyul 1583 və yaxud 16 noyabr 1581-ci ildə (bəzi tarixçilər güman edirlər ki, hadisə 1581-ci ilin noyabrında baş verib, digər tədqiqatçılar 1582-ci ilin noyabr ayına istinad edirlər) Çar palatalarında bu vaxta qədər Avropanın heç bir hakim sülaləsi arasında görünməyən XVI əsrin ən müəmmalı qətl hadisəsi baş verir. İvan Qroznı emosiyalarını cilovlaya bilməyərək, var gücü ilə öz əsasını oğlu çareviç İvanın gicgahına vurur. Zərbə güclü və dəqiq idi - yazıq şahzadə yerindəcə dünyasını dəyişir. Deyilənlərə görə, İvan Qroznı baş verənlər barədə çox həyəcan keçirirdi, axı bu onun böyük və ən sevimli oğlu idi. İkinci oğlu ölkəni idarə etmək üçün elə əvvəlcədən hazır deyildi. Yeri gəlmişkən, ötən bu andan yəni 450 ildən artıq bir müddət ərzində, hadisə barədə bir neçə maraqlı versiya yaranmışdı. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 19. Həftə
İngiltərə Federasiya Kuboku finalı 1965 — 1964/65-ci il İngiltərə Federasiya Kuboku uğrunda final matçı may ayında London şəhərində yerləşən Uembli stadionunda "Liverpul" və "Lids" klubları arasında keçirilmişdir. Bu matç 1964/65 mövsümünün kubok yarışmasında son matç olmuşdur. "Liverpul" bundan öncə 1914-cü və 1950-ci illərdə iştirak etdiyi hər iki kubok finalında məğlub olmuşdur. "Lids" isə ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdır.
Hər iki klub turnirə üçüncü mərhələdən başlamışdır. "Liverpul" keçirdiyi oyunların əksəriyyətində 2 qoldan artıq top vura bilməmişdir. "Lids" isə keçirdiyi ilk oyunda "Stokport Kauntri" klubunu 3-0 hesabı ilə məğlub etmişdir. Daha sonra yarımfinal matçında Mançester Yunaytedə qarşı ilk matçda 0-0 bərabərə qalsa da, cavab oyununda 1-0 hesabı ilə qalib gəlmişdir. 100.000 tamaşaçının izlədiyi final matçında tərəflər çox çalışsa da, əsas vaxtda hesab açılmamışdır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
I Axsartan — (gürc. აღსართან I), yaxud I Axsitan – Şəki- Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1062-ci, sonuncu dəfə isə 1082-ci ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi I Axsartanın konkret olaraq 1058-ci ildən 1084-cü ilə qədər hakimiyyətdə olduğunu və 1084-cü ildə vəfat etdiyini göstərsə də XII əsr erməni tarixçisi 1082-ci il üçün Şəki çarı II Kverikenin adını çəkir. I Axsartanın hakimiyyətə başladığı ilk illərdə Şəki-Kaxeti qərbdən gürcü çarı IV Baqratın (1027—1072), cənubdan Şəddadilərin, şərqdən isə Şirvanşahların təcavüzünə məruz qalırdı.
IV Baqratın əbədi rəqibi, Şəki-Kaxetinin isə müttəfiqi olan Kldekari eristavı Liparitin (1021—1059) Konstantinopolda vəfat etməsindən sonra IV Baqrat Şəki-Kaxeti qalalarını bir-bir ələ keçirməyə başladı. XII əsrdən gec olmayaraq yazılmış “Kartli salnaməsi”nə görə Alp Arslanın birinci Gürcüstan yürüşünə (1064-1065) qədər IV Baqrat Kvetera və Naxçivani qalaları istisna olmaqla, artıq bütün Hereti və Kaxeti qalalarını tutmuşdu. Mənbələrə görə bu dövrdə Şəddadilər Xornabuci, Aradeti və Vecini qalalarını (1065), Şirvanşahlar isə Maluq qalasını (1053) əllərində saxlayırdılar. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Çaykənd əməliyyatı — və ya "Halqa" əməliyyatı (rus. Операция «Кольцо», Operatsiya Koltso; erm. «Օղակ» գործողություն, Oghak gortsoğutyun) — 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi hərbi əməliyyat. Rəsmi olaraq "pasport yoxlanılması" adlanan əməliyyat, Sovet İttifaqının daxili işlər və müdafiə nazirliklərinin əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırması idi.
Əməliyyatda Sovet Quru Qoşunları hərbi nəqliyyat vasitələri, artilleriya və vertolyotlarla müşayiət olunurdu və özünü fədai adlandıran erməni silahlı dəstələrini məhv etmək nəzərdə tutulurdu. Çaykənd əməliyyatı strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti fədailəri təcrid edib, onların təchizat yollarını kəsməyə çalışırdı, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən "halqa" yaratmaq istəyirdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Qaraqoyunlular — Oğuz tayfalarından olan Qaraqoyunlulara Baharlılar başçılıq edirdilər. Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlar. Qaraqoyunlu sülaləsinin banisi Bayram xoca olmuşdur. Onun xələfi Qara Məhəmməd Cəlairilərlə ziddiyyəti aradan qaldırmaq üçün Cəlairi Sultan Əhmədlə qohum oldu. Buda Azərbaycanın Təbrizdə daxil olmaqla qərb hissəsinin Qaraqoyunluların əlinə keçməsinə səbəb oldu.
Qaraqoyunluların geniş ərazili imperiyaya çevrilməsi Qara Yusif dövründə olmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan Şərqi Gürcüstan, Ərəb İraqı və Əcəm İraqını öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub. Qara Yusifin oğlu Qara İsgəndər 1421-ci ildə Qaraqoyunlu hakimiyyətini bərpa etdi və Sultan Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu.1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə