Vikipediya Heftenin Yaxsi Meqalesi May 2016 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 18. Həftə
QULAQ — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD troykaları və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur.
QULAQ, Гла́вное управле́ние лагере́й ("Baş Düşərgə İdarəsi") üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний ("İslah Əmək Düşərgələri Baş İdarəsi") rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi. Məcburi əmək düşərgələri, təşkilat funksiyasını itirənə qədər – 1980-ci illərin sonuna qədər fəaliyyət göstərdi. Sovet təfriqəçilərinin çoxu, rəsmən bağlandıqdan sonra QULAQ-ın davamını təsvir edirdilər: Anatoli Marçenko (1986-cı ildə faktiki olaraq düşərgədə öldü), Vladimir Bukovski, Yuri Orlov, Natan Şaranskiy QULAQ-dan buraxıldı və Sovet rəhbər orqanlarına olan beynəlxalq təzyiqin nəticəsi olaraq, onlara Qərbə emiqrasiya etməyə icazə verildi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 19. Həftə
Kuk adaları mədəniyyəti — Sakit okeanda 1.800.000 km2 ərazidə yayılmış 15 adadan ibarət Polineziya ada ölkəsi olan Kuk adalarının mədəniyyəti. Kuk adaları Yeni Zelandiyanın müstəmləkəsidir. Adaların mədəniyyəti bir neçə əsr əvvəl burada məskunlaşmış əhali tərəfindən formalaşdırılıb. Kuk adalarında VI əsrdə Taitidən gəlmiş polineziya xalqı məskunlaşıb. Portuqal gəmi kapitanı Pedro Fernandes Kiros XVII əsrdə adalarda ilk avropalıların məskunlaşdığını qeyd edib. XVIII əsrdə Böyük Britaniya dəniz səyyahı Ceyms Kuk adalara çatıb və adalara öz adını verib. Adalara gələn əcnəbilər adaların yazı sistemini inkişaf etdiriblər, adalara xristianlığı və Avropa məktəblərini gətiriblər. Kuk dili (Māori Kūki 'Āirani) və ya Rarotonqa dili ölkənin rəsmi dilidir.
Kuk Adaları Hökümət Mədəniyyət Dairəsi ölkənin mədəni irsinin qorunması işi ilə məşğuldur. Kuk adalarının ən məşhur xalq rəqslərindən biri Uradır. Bu rəqsin ifası qadın rəqqaslar tərəfindən azı 5 təbilçalanın şiddətli təbil səsləri altında həyata keçirilir. Yerli əhalinin bacarığını və qabiliyyətini paltarlarda, saronqlarda, balıqqulağı məmulatlarında, qadınların toxuduqları tivaivailərdə görmək mümkündür. Kuk adaları mətbəxini dəniz məhsulları (molyusk, osminoq), donuz və quzu əti, meyvə (xüsusilə kokos) təşkil edir. Reqbi və boulinq Kuk adalarında ən məşhur idman növləridir. Kuk adalarında 1986-cı reqbi üzrə Sakit Okean Kuboku, 1998-ci ildə futbol üzrə Polineziya Kuboku yarışları keçirilib. Kuk adalarının parlament orqanı Ariki Evi adlanır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
Elnur Hüseynov — azərbaycanlı estrada müğənnisi.
Elnur 2003-cü ildən musiqi fəaliyyətinə başlayıb. O, 2003-cü ildə Lider TV-də yayımlanan "Sing Your Song" müsabiqəsini qalibi olub. 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Samir Cavadzadə ilə birlikdə "Day After Day" mahnısı ilə Azərbaycanın ilk təmsilçisi olublar. Onlar müsabiqədə 8-ci yeri tutublar. Avroviziya iştirakından sonra qısa müddət Ukraynada fəaliyyət göstərib və daha sonra bir müddət Azərbaycanda müxtəlif konsert və şoularda çıxış edib. Elnur karyerasında növbəti uğurunu 2015-ci ildə qazanıb. O, 2014-2015 mövsümündə TV8 kanalında yayımlanan "O Səs Türkiyə" müsabiqəsində qalib olub. 2015 Avroviziya Mahnı Müsabiqəsində yenidən Azərbaycanı təmsil etmək hüququ əldə edib. Bu dəfə o, "Hour Of The Wolf" mahnısı ilə çıxış edib və yekunda 12-ci olub. Elnur Hüseynov 1987-ci ildə martın 3-də Türkmənistan SSR-in Aşqabad şəhərində hərbçi ailəsində anadan olmuşdur. Anası musiqi nəzəriyyəçisidir, atası isə hərbçi həkimdir. Elnurun özündən kiçik bir qardaşı da var. O, 1992-ci ildə Türkmənistan Konservatoriyası yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olub, fortepiano sinfi üzrə təhsil almışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Gəncə qalasının işğalı — Rusiya imperiyası əsgərlərinin 3 yanvar 1804-cü ildə Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirməsi.
Gəncə xanlığı Kür çayının sağ sahilində Alazan çayının mənsəbinə qədər yerləşirdi. Xanlıq şərq və cənub-şərqdə Qarabağ xanlığı ilə, cənubda İrəvan xanlığı ilə həmsərhəd idi. Qərbdə Zəyəm çayı xanlığın ərazisini Şəmşədil sultanlığından və şimalda Kür çayı xanlığın ərazisini Gürcüstandan ayırırdı. Gəncə 8 metr hündürlüyündəki iki divarı və 6 bürcü olan güclü qala idi. 2 dekabr 1803-cü ildə dən blokadada olan Gəncə qalası Nikolay Dubrovinə görə bütün Adərbicanda ən yaxşı hesab edilirdi. Bu zaman şəhər onun Gürcüstan kraliçası Böyük Tamaranın dövründən bəri Gürcüstana aid olması və Gürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edən general-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı. Sisianova görə “Gəncə qalasının yerli mövqeyi bütün Adərbican üzərində hökmran" idi. Bax, buna görə də "bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik" idi. Sisianov Qacarlar nəslindən olan V Gəncə xanı Cavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etdi və Tamaradan bəri Gəncənin Gürcüstana aid olmasını rədd etdi. Gəncəyə yaxınlaşarkən Cavad xan onlarla savaşdı və məğlub oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Qafqaz Albaniyasının incəsənəti — Qədim Şərqin tarixi və regional incəsənəti olmaqla Azərbaycan incəsənətinin ən qədim mərhələlərindən birini təşkil edir.
Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi tendensiyaların üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi. |
bax – müzakirə et – redaktə et – tarixçə