Vikipediya Heftenin Yaxsi Meqalesi Mart 2024 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 10. Həftə
İnternetdə heç kim sizin it olduğunuzu bilmir — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir.
Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Kərim xan İrəvanski — Rusiya imperiyasnın və Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimi, polkovnik.
Birinci Dünya Müharibəsində iştirak edib. 1915-ci ildə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni və üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə) ordeni ilə, 1916-cı ildə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə, 1917-ci ildə dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla birlikdə), ikinci dərəcəli Müqəddəs Anna (qılınclarla birlikdə) ordeni, Rumın kralı I Ferdinand tərəfindən Rumıniyanın ulduzları ordeni və Georgi silahı ilə təltif edilib. Azərbaycan Cümhuriyyəti dövründə Naxçıvana gəlib. Yerli əhalini erməni dəstələrinin hücumlarından qorumaq üçün könüllü döyüşçülərə rəhbərlik edib. 1919-cu ildə yaradılmış Cənub-Qərbi Azərbaycan general-qubernatorluğunda, qubernatorun hərbi işlər üzrə köməkçisi təyin edilib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Əlirza Fərşi — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu.
2014-cü ilin fevral ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Sonradan məhkəmənin qərarı ilə 15 il həbs və Xuzistan vilayətinin Bağ Məlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilib. Fəaliyyətində heç bir cinayət tərkibi olmadığı üçün, eləcə də insan haqları və ana dili haqlarını müdafiə etdiyi üçün Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib və bir sıra başqa təşkilat və qurumlarla birlikdə dərhal azad edilməsi tələb edilib. O, həm də Cənubi Azərbaycanda müxtəlif bölgə və kəndlərə uşaqlar üçün kitab toplayıb onların çatdırılmasını təşkil edən Kəndimiz Fondunun qurucusudur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Salmas zəlzələsi (1930) — 7 may 1930-cu ildə, Tehran vaxtı ilə saat 01:34:26-da Pəhləvilər İranının Qərbi Azərbaycan ostatında baş tutmuş zəlzələ. İranın ən böyük zəlzələlərindən biridir. Moment maqnitudası üzrə 7,1 bal gücündə olmuş və maksimum Merkalli intensivliyi IX olmuşdur. Zərərli foreşok əsas hadisədən on beş saat əvvəl baş vermiş və bunu güclü hiss edən insanlara xəbərdarlıq olmuşdur. Seysmoloqların və seysmoloji təşkilatların hesabatları göstərir ki, İranın şimal-qərbində və Türkiyənin cənub-şərqində 3,000-ə qədər insan həlak olmuşdur.
Salmas düzündə və ətraf dağlıq rayonlarda altmış kənd (o cümlədən əhalisi köçürülüb Salmas adı ilə yenidən qurulan Dilman qəsəbəsi) məhv edilmişdir. Dağıdıcı afterşok ardıcıllığı bir çox kəndlərə təsir etmiş və bəzi hallarda əsas təkan zamanı dağıntılardan xilas olan bəziləri kəndlərə ziyan dəymişdir. Regionda təftiş aparılmışdır, lakin onilliklər sonra o zaman əhəmiyyətli səth qırılmaları və digər yerüstü təsirlər sənədləşdirilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə