Vikipediya Heftenin Yaxsi Meqalesi Mart 2022 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 10. Həftə
Almaniya–Yaponiya münasibətləri (alm. Deutsch-japanische Beziehungen; yap. 日独関係) — Almaniya Federativ Respublikası ilə Yaponiya İmperiyası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əlaqələr rəsmi olaraq 1861-ci ildə Prussiyadan Yaponiyaya ilk səfirin səfər etməsi ilə qurulmuşdur (1866–1870-ci illərdə Almaniya imperiyasının yaranmasından əvvəl). Yaponiya 1867-ci il Meyci islahatından sonra intensiv elmi-mədəni mübadilə vasitəsilə alman modelini tətbiq edərək sürətlə müasirləşmişdir.
1900-cü ildə Yaponiya İngiltərə ilə müttəfiqlik əlaqələri yaratdıqdan sonra Almaniya və Yaponiya Birinci Dünya müharibəsində düşmən oldular. Yaponiya 1914-cü ildə Almaniya imperiyasına müharibə elan etmiş və Çin və Sakit okeandakı mühüm alman mövqelərini ələ keçirmişdi. 1930-cu illərdə hər iki ölkə öz bölgələrinə qarşı təcavüzkar hərbi yanaşma ortaya qoydular. Bu da onların yaxınlaşmasına və nəticə olaraq İtaliyanın da daxil olduğu Məhvər dövlətləri adlı yeni hərbi-siyasi ittifaqın qurulmasına səbəb oldu. Lakin İkinci Dünya müharibəsi zamanı Məhvər dövlətləri arasındakı məsafələrin böyük olması səbəbindən ittifaq məhdudlaşdı; belə ki, Yaponiya və Almaniya əsas etibarilə ayrı-ayrı cəbhələrdə mübarizə aparırdılar və ən sonda ayrı-ayrı təslim oldular. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.
Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon o dövrdə qərbdən Ermənistannın Basarkeçər şəhəri, şimaldan Daşkəsən və Xanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən Goranboy və Şaumyan rayonları, şərqdən Ağdərə və Əsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi, Ermənistan və seperatçı Qondarma Dağlıq Qarabağ Respublikası arasında yerləşirdi. Müharibədən əvvəl təxminən 60 min əhalisi olan bölgədə əsasən etnik azərbaycanlılar və kürdlər məskunlaşmışdı. Strateji əhəmiyyətə malik olan Kəlbəcər qızıl və xrom yataqları ilə zəngindir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Qasımov qardaşları — XIX əsrin sonları, XX əsrin əvvələrində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin tikintisini həyata keçirmiş "Qasımov qardaşları və K" şirkətinin sahibləri. Qasımov qardaşları tərəfindən Bakıda İsmailiyyə Sarayı, Səadət Sarayı, Yeni Avropa otelinin binası, Mitrofanovun sarayı kimi monumental binalar tikilmişdir. Musa Nağıyevin Bakıda tikdirdiyi əksər binaların tikintisini həyata keçirən qardaşlar Fuad Axundova görə İstiqlaliyyət küçəsi və 28 May küçəsində yerləşən və həmin dövrdə tikilən bütün binaların tikinti işlərini həyata keçiriblər.
Qasımov qardaşlarının atası Hacı Məmməd Əli Molla Qasım oğlu Ordubadda yerləşən xalça yununun rənglənməsi üzrə emalatxananın sahibi olub. Qardaşlar Bakıya gələrək burada işləməyə başlayırlar. Böyük qardaş Hacı Qasımov 1867-ci ildə anadan olub. Bakıya gələrək xarratlıqla məşğul olub. O, qısa bir zamanda ətrafına peşəkar ustaları yığaraq tikinti arteli yaradır. Daha sonra Hacı Qasımov qardaşları ilə birgə tam tikinti işlərini yerinə yetirən şirkət yaradır. Sifarişçi layihə ilə tanış olduqdan sonra ödəniş edib və təyin olunmuş vaxtda işi təhvil alırdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Talış-Muğan böhranı — Azərbaycanda Birinci Qarabağ müharibəsi illərində, 1993-cü ilin iyunundan avqustuna qədər davam edən böhran.
Vəzifəsindən azad edilmiş keçmiş hərbçi Surət Hüseynov Ermənistanla müharibə zamanı gerçəkləşən məğlubiyyətlər ardıcıllığı və hakimiyyətlə bağlı narahatlıqlar səbəbilə Gəncə şəhərində milisləri silahlandıraraq qiyam qaldırmış, bu əsnada digər bir hərbçi, Əbülfəz Elçibəy rəhbərliyindəki Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinə müxalif, İrana meylli və eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən Ələkrəm Hümbətov 704-cü hərbi hissənin köməyi ilə Azərbaycanın cənub-şərqində yerləşən yeddi rayonda Talış-Muğan Muxtar Respublikasını (TMMR) elan etmişdir. Ələkrəm Hümbətovun məqsədi devrilmiş Mütəllibovun dövlət başçısı kimi vəzifəsini bərpa etmək idi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə