Vikipediya Heftenin Yaxsi Meqalesi Mart 2021 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 10. Həftə
Abxaziyada müharibə (1992-1993) — 1992-1993-cü illərdə Gürcüstan hökumət qüvvələri ilə Abxaziya separatçı qüvvələri, Rusiya hökumət silahlı qüvvələri və Şimali Qafqaz silahlıları arasında olan hərbi münaqişə. Müharibə zamanı Abxaziyada yaşayan etnik gürcülər əsasən Gürcüstan hökumət qüvvələrinin tərəfində çıxış etmişdilər. Abxazlar, erməni və ruslar isə müharibədə Abxaz separatçıları tərəfdə döyüşmüşdülər. Müharibə zamanı separatçılar minlərlə Şimali Qafqaz və Kazak yaraqlılarından və Abxaziya sərhədində yerləşən Rusiya Federasiyası hərbi qüvvələrindən dəstək almışdılar.
Bu münaqişənin alovlanması Gürcüstanda vətəndaş müharibəsi (devrilmiş Gürcüstan prezidenti Zviad Qamsaxurdiya tərəfdarları arasında - 1991-1992-ci illərdə və dövlət çevrilişindən sonra Eduard Şevardnadzenin rəhbərliyi ilə) gedişində baş verdi və Abxaziyada gürcülərin vəziyyətini daha da ağırlaşdırdi. Hələ üstəlik 1989-cu ildən bəri Cənubi Osetiya münaqişəsi də davam edirdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Abdullah Battal — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Battalın həyatı ilə bağlı tarixi faktlar azdır. Lakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Battal Qazi kimi həm ərəb, həm də sonrakı türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
[[Şəkil:|left|150px]] Polad Həşimov — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020-ci illərdə).
2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, senyabr ayında 2-ci Qarabağ müharibəsinin başlamasına aparan dövrdə mühüm rol oynamışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. |
bax – müzakirə et – redaktə et – tarixçə