Vikipediya Heftenin Yaxsi Meqalesi Mart 2017 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 10. Həftə
Cowboy Bebop — Yaponiyada film Cowboy Bebop: Knockin' on Heaven's Door adlanır (yap. カウボーイビバップ 天国の扉, lit. Kovboy Bebop: Cənnət qapısının döyülməsi) — 2001-ci ildə çəkilmiş speys vestern bədii anime filmidir. Film Hacime Yatate tərəfindən çəkilmiş və 1998-ci ildə Cowboy Bebop anime seriyasının əsasında qurulmuşdur. Orijinal seriyanın müxtəlif həyəti, rejisor Shiniçiro Vatanabe, yazıçı Keiko Nobumoto, xarakter dizaynerı Toşihiro Kavamoto, animasiya direktoru Hiroşi Osaka, və bəstəkar Yoko Kanno daxil olmaqla, filmin üzərində işləmişdir. Filmi orijinal yapon və ingiliscə səsləndirən heyət də rollarını davam etmişdir.
Film orijinal seriyanın 22-ci və 23-cü seriyası arasında qurulmuşdur. Filmin süjeti, Marsda insan əhalisini məhv etməyi planlaşdıran və naməlum patogendən istifadə edən sirli terrorist üzərində mərkəzlənir. Bebop kosmik gəmisində kəllə ovçu heyəti, terrorist tutmaq üçün işləyir və baş verə bilən hücumdan əvvəl, patogenin mənbəyini tapırlar. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Dərvişməhəmməd xan — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi. Dərvişməhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi. 1549-cu ildən etibarən isə Dərvişməhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı.
Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Amerikan qorxu hekayəsi: Qatil ev — FX telekanalında yayımlanan "Amerikan qorxu hekayəsi” serialının 5 oktyabr 2011-ci ildən 21 dekabr 2011-ci ilə kimi efirdə olmuş birinci mövsümüdür. “20th Century Fox Television” tərəfindən istehsal edilmiş mövsümün icraçı prodüsseri Dante Di Loreto, yaradıcıları isə Bred Falçuk və Rayan Mörfi olmuşdur.
Birinci mövsümdə baş verən hadisələrin mərkəzində Ben, Vivyen və onların qızı Vayaletdən təşkil olunmuş Harmonlar ailəsi durur. Vivyenin uşaq düşürməsi və Benin ailəsinə xəyanət etməsindən sonra, Harmonlar yeni həyata başlamaq üçün Bostondan Los-Ancelesə keçir və Viktorian dövrünə aid malikanədə məskunlaşırlar. Serialın birinci mövsümü televiziya tənqidçiləri və fanatlar tərəfindən müsbət qarşılanmışdır. Serialın aktyor heyəti, xüsusi Cessika Lanc və Frensis Konroyun oyunu yüksək qiymətləndirilmişdir. Serial FX kabel televiziyası üçün sabit yüksək reytinq gətirməklə, birinci mövsümdə ən böyük kabel serialı olmuşdur. Ən Yaxşı Teleserial – Drama nominasiyasında Qızıl Qlobus Mükafatı da daxil olmaqla bir çox mükafatlara namizəd göstərilmiş birinci mövsümEmmi mükafatı da daxil olmaqla on yeddi mükafata layiq görülmüşdür. Bunlardan əlavə serialda yaratdığı obraza görə Cessika Lanc İkinci dərəcəli rolda Ən yaxşı aktrisa nominasiyasında Qızıl Qlobus Mükafatı, Heyrətamiz qadın performansına görə Ekran Aktyorları Gildiyasının mükafatı, Miniserial və ya Filmdə İkinci dərəcəli qadın roluna görə Emmi mükafatına layiq görülmüşdür. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
İlisu — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır. |
bax – müzakirə et – redaktə et – tarixçə