Vikipediya Heftenin Yaxsi Meqalesi Mart 2016 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 10. Həftə
Hellouin — 1978-ci ildə istehsal olunmuş ABŞ filmidir. Film 2006-cı ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Filmin rəssam və montajçılarından biri Tommi Li Uollesdir. Tommi Li Uolles 1982-ci ildə filmin ayrıca davamı olan Hellouin 3: İfritələrin vaxtı filminə və 1990-cı ildə ABŞ yazıçısı Stiven Kinqin yazdığı eyniadlı əsəri əsasında çəkilən O filminə rejissorluq etmişdir.
"Hellouin" filmi 1978-ci ildə çəkilmiş və həmin ildə qiymətləndirməyə $300 və ya 325 min büdcə ilə ABŞ-da 47 milyon, dünya ölkələrində isə $60 milyon ABŞ dolları həcmində gəlir əldə etmişdir. Bir müddət sonra filmin gəliri $70 milyona çatmışdır. Beləcə, "Hellouin" filmin ən çox qazanc gətirən müstəqil filmlərdən biri olmuşdur. Filmin əsas ilham mənbəyi ingilis əsilli ABŞ rejissoru Alfred Hiçkok tərəfindən çəkilən Psixo filmidir. Filmdə göstərilən hadisələr İllinoys ştatının film üçün uydurulan Heddonfild şəhərciyində baş verir. Əslində, Heddonfild adlı şəhərcik Nyu Cersi ştatına mənsubdur. "Hellouin" filmi bir sıra mükafatlar və nominasiyalara layiq görülmüşdür. Tənqidçilərin sözlərinə görə bu film, qatil ilə tamaşaçı arasında əlaqə yaradaraq sadizm və qadın düşmənliyini təşviq edir. Digər tənqidçilərə görə filmin 1970-ci illərdə Amerikan gənclərinin əxlaqsızlığının ictimai tənqidi olduğunu söyləyirlər. Çünki Maykl Mayersin qurbanlarının çoxu narkotik asılılığından əziyyət çəkir və daha çox şəxsi həyatlarına fikir verən şəxslərdir. Filmin baş qəhrəmanı filmdə günahsız biri olaraq tanıdılmışdır. Lakin səhnələrin birində onun marixuana çəkərkən göstərilir. Filmin rejissoru və ssenaristlərindən biri olan Con Karpenter isə bütün bu fikirləri inkar edir. Onun sözlərinə görə filmin mövzusu həmin vaxtda çəkilən sleşer janrlı filmlərə uyğun variantda hazırlanmışdır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dәstgahlarını icra edən ənənəvi sazәndәlәr ansamblı; xanəndə və sazəndə dəstəsi.
Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır. İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur. Beləliklə, bu dəstə yalnız 3 nəfərdən ibarət olur. Bu dəstəyə tarzәn, kamançaçı vә xanəndə daxildir ki, həmin üçlük XIX əsrin ikinci yarısından başlayaraq ta bu günə qədər fəaliyyət göstərir. Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir. Üçlüyün başlıca icraçısı qavalda çalan müğәnni - xanəndədir. O, öz zövqünә vә fәrdi imkanlarına görә kompozisiya qurur. Daha doğrusu, dәstgaha hansı şöbәlәrə hansı guşələrin daxil edilməsi, onların hәcmi, rәng vә ya tәsniflәrin yerlәşdirilmәsini mәhz xanәndə hәll edir. Xanәndә muğamı oxuyarkәn qavalı üzünә yaxınlaşdırır, sәsinin dinlәyicilәrә yönәlmәsini, rezonanslanmasının tәmin edir. Rәng və tәsniflәrin ifası zamanı isә xanәndә tәrәf müqabillәrini vә özünü qavalla müşayiәt edir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Allahverdi Bağırov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi; "Qarabağ" klubunun futbolçusu və keçmiş baş məşqçisi.
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb adını Allahverdi qoymuşdular. Bu ad həmdə onun babasının (anası tərəfdən) adıdır. O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də davakar kimi tanınırdı. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Sinif rəhbəri və dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova da onunla qürrələnirdi. Məmmədova hər yerdə fəxrlə deyirdi ki, "mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm". Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından böyük təşkilatçılıq istedadı vardı. Hamını başına yığmağı bacarırdı. Kiçik yaşlarından idmana, xüsusəndə futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda Ağdam - Cəbrayıl oynunda kapitan olmuşdur. Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Vəfa Quluzadə — Azərbaycanın görkəmli dövlət xadimi, politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti. Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri (1990-1999).
Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda ən kasıb ailələrindən birində anadan olmuşdur. Onun atası ədəbiyyatşünas, filologiya elmləri doktoru və professor Mirzəağa Quluzadə idi. Anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır. O, Qazaxın Dilboz bəylərindən olan ruhani şair olan Seyid Nigarinin nəslindəndir. İkinci dünya müharibəsi illərində Qazaxın Aslanbəyli kəndində böyümüşdür. Uşaqlıqda tərbiyəsi ilə əsasən nənəsi Cəvahir Dilbazi məşğul olub. Bakıda öz sözlərinə görə, "beynəlmiləl bir həyətdə" böyümüş və rus dilini yaşadığı həyətdə "mükəmməl öyrənmişdir". Evləri zəbt olduğundan, 1946–cı ilə kimi ailəsi ilə Bakının Şors küçəsində (indi ki, Bəşir Səfəroğlu küçəsində) kommunal evlərdə yaşamışdır. 1958-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur. Universtitetdə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəylə bir yerdə oxumuş və onunla yaxşı dost olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə