Vikipediya Heftenin Yaxsi Meqalesi Iyun 2024 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 23. Həftə
Birinci Türkoloji Qurultay — 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Qurultayda qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu.
Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Ziya Bünyadovun qətli — Azərbaycan şərqşünası, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun siyasi sui-qəsdə məruz qalması. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilmişdir. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi. Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmış, prezidenti Heydər Əliyev isə bunu "Azərbaycan xalqı və elmi üçün böyük itki" adlandırmışdır. Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah" və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinmişdir. Onlardan Qalib Babayev qətlin əsas icraçısı kimi təqdim olunmuş və Azərbaycan–İran sərhədində öldürülmüşdür. Azərbaycan hüquq-mühafizə orqanlarına görə, Ziya Bünyadov "Albaniya tarixi" kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir etmiş, bu səbəbdən də İran müştehidləri onun ölümünə fətva vermişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Fatimə — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö. 280) Fatiməyə aid xütbələri "Bəlağatun-Nisa" adlı kitabda nəql etmişdir. Fədək haqqındakı ona məxsus xütbəni Əbu Talib sülaləsi öz uşaqlarına öyrədirdilər.
İsmaili şiələrinin sülaləsi olan və X–XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən Fatimilər sülaləsinin adı məhz Fatimə ilə bağlıdır və bu onların Fatimənin nəslindən olduğunu göstərir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
İntibah dövrü — Avropa tarixinin XV və XVI əsrlərini əhatə edən, Orta əsrlərdən müasirliyə keçid dövrü. O, son orta əsrlər dövrü böhranından sonra baş vermişdir və böyük sosial dəyişikliklərlə səciyyələnir. Standart dövrləşdirməyə əlavə olaraq uzun renessans dövrü fikrini dəstəkləyənlər bu dövrün XIV əsrdə başlayıb, XVII əsrdə sonlandığını irəli sürürlər. Ənənəvi baxış renessansın daha çox erkən müasir aspektlərinə yönələrək onun keçmişdən bir qırılma olduğunu iddia etsə də, bu gün tarixçilərin əksəriyyəti bu dövrü orta əsrlər aspektindən dəyərləndirərək, renessansın orta əsrlərin davamı olduğunu düşünür.
İntibah dövrünün intellektual əsası onun öz humanizm versiyasıdır. Humanizm roma mənşəli humanitas anlayışı və hər şeyin ölçüsü insandır deyən Protaqorun fəlsəfi fikirləri kimi, klassik Yunan fəlsəfəsinin yenidən kəşf edilməsindən törənmişdir. Bu yeni düşüncə incəsənət, memarlıq, siyasət, elm və ədəbiyyatda manifestə çevrildi. Dövrün ilk örnəkləri yağlı boya rəsmlərində perspektivin inkişafı və beton hazırlamadakı yenilənən biliklərdə görülür. Baxmayaraq ki, daşına bilən metal növünün ixtirası 15-ci əsrin sonundan başlayaraq sürətli şəkildə yayılmışdı, renessans dəyişiklikləri bütün Avropada eyni deyildi: İtaliyada renessansın ilk izlərinə 13-cü əsrin əvvəllərində, xüsusilə Dantenin yazılarında və Cottonun rəsm əsərlərində rast gəlmək olur. |
bax – müzakirə et – redaktə et – tarixçə