Vikipediya Heftenin Yaxsi Meqalesi Iyun 2019 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 23. Həftə
Braziliya yaponları — Cənubi Amerika qitəsində yerləşən Braziliyada məskunlaşmış yapon əsilli əhali. Braziliyada 1,600,000 nəfərə yaxın yapon əsilli vətəndaşın yaşadığı təxmin edilir. Bu rəqəm ölkə əhalisinin 1 % təşkil edir. İlk yapon icması 1908-ci ildə Braziliyaya gəlib. Bu gün Yaponiyadan sonra ən çox yaponların yaşadığı ikinci ölkə Braziliyadır.
XIX əsrin sonları XX əsrin əvvəllərində qəhvə Braziliyanın əsas ixrac məhsulu hesab olunurdu. XIX əsrdə fermərlər öz plantasiyalarında əsasən Afrikadan olan qara dərililərin əməyindən istifadə edirdilər. 1850-ci ildə ölkədə qul əməyindən istifadənin qadağan edilməsindən sonra bu üsul aradan qalxdı. Quldarlığın qadağan edilməsi plantatorları çətin vəziyyətə salmaqla yanaşı, ümumi məhsuldarlığın aşağı düşməsinə də səbəb olurdu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Şahzadə Uilyam və Ketrin Middltonun toyu (ing. Wedding of Prince William and Catherine Middleton) — Kembric hersoqu şahzadə Uilyam və Ketrin Middltonun toyu 29 aprel 2011-ci ildə Londonda Vestminster abbatlığında baş tutdu. Uels şahzadəsi Çarlzın böyük oğlu – şahzadə Uilyam Ketrin (Keyt) Middltonla 2001-ci ildə Sent-Endryus Universitetində bir yerdə oxuyanda tanış olublar. 20 oktyabr 2010-cu ildə baş tutmuş nişanları 16 noyabr 2010-cu ildə elan olundu. Toya hazırlıq və hadisənin özü kütləvi informasiya vasitələrinin çox böyük diqqətini çəkdi; toy bütün dünyada canlı yayımlandı və bir çox cəhətdən Uilyamın valideynlərinin – şahzadə Çarlz və ledi Diana Spenserin 1981-ci ildə bağlanmış nikahı ilə müqayisə edilmişdir. Sıravi insanlardan olan Ketrin Middltonun (aristokrat olmayan) kral ailəsinin bir üzvünə ərə getməsi xeyli diqqət çəkdi.
Şahzadə Uilyam taxt-tacın birbaşa varisi olmadığına görə toy tam dövlət hadisəsi deyildi, 1900 nəfərlik qonaq siyahısının böyük hissəsi kimi bir çox detallar cütlüyün öhdəsinə buraxıldı. Toy günü Böyük Britaniyada dövlət bayramı kimi elan olundu. Hadisənin təmtəraqlı cəhətləri çox oldu - kral qarajından, piyada və atlı qvardiyasından istifadə olundu. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Ələkbər Məmmədov — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor, "Şöhrət" ordeni lauretı.
Məmmədov Bakının "Neftyanik" (1948-1953, 1960-1961), və Moskvanın "Dinamo" (1953-1959) komandalarında top qovub. O, SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. "Dinamo"nun heyətində dörd dəfə — 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. İki dəfə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında qərarlaşıb (1956, 1957). SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Ktulhunun çağırışı — Hovard Fillips Lavkraft tərəfindən 1926-cı ildə yazılmış hekayə və ya noveletta Lavkraft qorxu janrıında nəşr edilmişdir, ancaq Lavkraftın digər əsərlərində olduğu kimi hekayə müəllifin ölümündən sonra məşhurlaşmışdır. Hekayə Ktulhu mifologiyasının ilk buraxılışıdır. 2005-ci ildə hekayənin ilk film adaptasiyası nümayiş etdirilmişdir.
Frensis Turston babasının qardaşı olan Braun Universitetinin dilşünaslıq üzrə professoru Corc Encellin 1926-cı ildə müəmmalı ölümündən sonra onun qeydlərini tapır. Qeydlər arasında "insanabənzər oktapod və əjdaha qarışığı" bir məxluqu təsvir edən barelyef də var idi. Bu barelyef rod-aylendli həvəskar heykəltəraş Uilkoks tərəfindən 1925-ci ilin mart ayında hazırlanmışdı. Heykəltəraş bu barelyefi yuxu vəziyyətində ikən hazırlanmışdı. Bu vaxtlarda Uilkoks "nəhəng bloklardan və havada uçan monolitlərdən təşkil olunmuş böyük siklop şəhərlər"dən ibarət əsrarəngiz qarabasmalar görürdü. Encell bütün dünyada kütləvi bir isteriyanın baş verdiyini öyrənir. Şəhər əhalisinin digər üzvləri də eynən bu cür qarabasmalar görürdü. Onlar əsasən rəssamlar, yazıçılar, heykəltəraşlar, memarlar və digər incəhissli ruha malik olan insanlar idi. |
bax – müzakirə et – redaktə et – tarixçə