Vikipediya Heftenin Yaxsi Meqalesi Iyun 2018 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 23. Həftə
[[Şəkil:|left|150px]] Çövkən — Qarabağ atları ilə idman komanda oyunu və müasir polo oyununun bir versiyası. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunurdu. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir.
2013-cü ildə çövkən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar. Rəssam Elçin Muxtar Elxan "El-oba oyunu, xalq tamaşası" kitabında yazır: Professor Kamran İmanovun sözlərinə görə, müasir Azərbaycan dilində "çövkən" termini "çovqan" kimi də səslənir və "Azərbaycan dilinin izahlı lüğət"lərində bu sözün mənası "at üstündə ucu əyri çomaqla top-top oyunu" kimi təsvir edilir. O, "çövkən" sözünün və oyununun türk mənşəli olması türklər yaşayan arealda böyük izlər buraxaraq digər xalqlar tərəfindən mənimsənilib və geniş yayıldığını qeyd edib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
UEFA Kuboku finalı 2001 — 2001-ci ilin mayın 16-da Almaniyanın Dortmund şəhərində yerləşən Siqnal İduna Park stadionunda İngiltərənin "Liverpul" və İspaniyanın Alaves klubları arasında keçirilmiş UEFA Kuboku final matçı. Seyr edilməyə dəyər olan bu hadisə 2000-01 mövsümündə avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" 1973 və 1976-cı illərdən sonra tarixində üçüncü dəfə turnirin finalına vəsiqə qazanırdı. Onlar həmçinin Heyzel faciəsindən sonra üzləşdikləri qadağadan sonra ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdılar. Alaves isə tarixi ərzində ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdı.
Hər iki klub 6 mərhələni, ümumilikdə 12 matçı uğurla bitirərək finala vəsiqə əldə etdilər. "Liverpul" heç bir rəqibini 2 qoldan artıq fərqlə məğlub etmədi. Yarım final mərhələsində "Barselona" klubu 1-0 hesabı ilə məğlub edildi. Əvəzində isə Alaves bu mərhələdə asan qələbə qazandı. İlk mərhələdə Türkiyənin "Qaziantepspor" klubunu 1 qol fərqlə üstələyən Alaves, yarım final mərhələsində Almaniyanın Kayzerslautern klubunu ümumilikdə 9-2 hesabı ilə üstələdilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Mona Liza — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza Gerardininin yarım boy ölçülü portreti. Mona Liza, "dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir." Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zaman kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır.
Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503-1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir. Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu.
Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!". Daha sonra Herodot yazır ki, sonradan Dara xidmətçilərindən birinə hər nahardan sonra bu sözləri onun qarşısında təkrar etməyi əmr etmişdir: "Ağam! Afinalıları yadına sal!". |
bax – müzakirə et – redaktə et – tarixçə