Vikipediya Heftenin Yaxsi Meqalesi Iyun 2017 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 23. Həftə
Emin Əhmədov — Azərbaycanlı yunan-roma güləşçisi. Emin Əhmədov 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb, elə həmin ildəcə "Tərəqqi" medalı ilə təltif edilib. Emin Əhmədov Azərbaycan Çempionatlarında 2 dəfə qızıl, 6 dəfə isə bürünc medal qazanıb. Emin Əhmədov 6 oktyabr 1986-cı ildə Bakı şəhərində zavod işçisi Vidadi Əhmədov və ev xanımı Minayə Əhmədovanın ailəsində anadan olub.
Emin Əhmədovun 11 yaşı olanda, yəni 1997-ci ildə, dayısı onu güləşlə məşğul olmağ üçün "Xəzər" İdman Klubuna məşqlərə gətirdi.Onun şəxsi məşqçisi Rəşad Rəşidovdur. Emin Əhmədov 2004-2006-cı illərdə Yardımlı rayonunda yerləşən sərhəd qoşunlarında xidmət edib. Emin Əhmədov beynəlxalq səviyyədə birinci yarışına 2002-ci ildə, 15 yaşı olan zaman qatıldı. Ukraynanın Odessa şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında o, 15 güləşçi sırasında 5-ci yeri tutdu. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Azərbaycan–Portuqaliya münasibətləri — Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr hələ XVI əsrdə başlamış, XVII əsrdən sonra uzun müddət demək olar ki, mövcud olmamış, Sovet dövründə Portuqaliya–SSRİ münasibətlərinin tərkib hissəsi olmuş, Azərbaycanın müstəqilliyinin bərpasının ilk on ilində zəif inkişaf etmiş, hazırda isə yüksələn xəttlə inkişaf etməkdədir.
Səfəvilərin Portuqaliya ilə əlaqələrinin yaranması Avropadan Hindistana dəniz yolunun kəşf olunması və Portuqaliyanın Hind okeanı hövzəsində möhkəmlənməsi ilə bağlı idi. Amma Səfəvilər dövlətinin mənafelərinin bilavasitə toqquşduğu Avropa ölkələrindən birincisi də məhz Portuqaliya olmuşdur. Belə ki, 1507-ci ilin oktyabrında Alfonso de Albukerkenin başçılıq etdiyi Portuqaliya donanması, Səfəvilərdən asılı olan və Səfəvi xəzinəsinə illik xərac verən Hörmüz əmirliyinə hücum etdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Albaniyada holokost — yəhudilər, qaraçılar, slavyanlar və Böyük Albaniyada yaşayan digər azlıqlara qarşı törədilmiş qətlllər və deportasiyalardan ibarət idi, onun əsas təşkilatçıları Almaniya, İtaliya və Albaniya kollaborasionist qüvvələri olmuşdur və bütün hadisələr ölkənin İkinci dünya müharibəsi zamanı italyan və alman işğalı altında olduğu zamanda baş vermişdir. Müharibə boyu təxminən 2000 yəhudi Albaniyada sığınacaq axtarırdılar.
Ölkəni ilk öncə Faşist İtaliyası, sonra Üçüncü Reyx işğal etməsinə baxmayraq, yerli alban əhalisi yəhudi qaçqınların əksəriyyətinə qarşı yaxşı davranırdılar. Albanlar besa kimi tanınan ənənəvi qonaqpərvərlik adətlərinə riayət edərək, yəhudi qaçqınlarını dağ kəndlərində qoruyurdular və onları Adriatik limanlarına çatdırırdılar ki, oradan İtaliyaya qaça bilsinlər. Digər yəhudilər bütün ölkəni əhatə edən müqavimət hərəkatına qoşuldular. Albanların çoxluq təşkil etdiyi Kosovoda yaşayan 500 yəhudi üçün bu sınaq tamam başqa cür oldu, və çoxları müharibədən sağ çıxa bilmədilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Qlazqo — Şotlandiyanın ən böyük şəhəri və əhalisinin sayına görə Böyük Britaniyada (London, Birminhem və Lidsdən sonra) dördüncü ən böyük şəhər. Şəhər Qlazqo regionunun inzibati mərkəzidir. Qlazqo Böyük Britaniyanın şimal-qərb hissəsində yerləşir və Klayd çayının qərb sahilləri boyu uzanır.
VI əsrin ortalarında qurulan Qlazqo, orta əsrlərdə Şotlandiyanın ən əhəmiyyətli dini və təhsil mərkəzlərindən biri hesab edilirdi. XVIII əsrin sənaye inqilabı Qlazqonu Böyük Britaniyada ən böyük sənaye mərkəzlərindən (xüsusilə gəmiqayırma sahəsində) birinə çevirdi, və növbəti əsrdə şəhərin çiçəklənən iqtisadiyyatı Qlazqonu İmperiyanın ikinci şəhərinə çevirmişdi. Çoxlu sayda parkları, xiyabanları, saray və qədim kilsələri bu şəhərə xüsusi gözəllik verir. Qlazqo, tarixi abidələri və heyrətamiz memarlıq inciləri ilə Avropanın mədəniyyət paytaxtı titulunu daşıyır. |
bax – müzakirə et – redaktə et – tarixçə