Vikipediya Heftenin Yaxsi Meqalesi Iyun 2016 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 23. Həftə
Adana ili — Türkiyənin cənubunda, Aralıq dənizi regionunda, Aralıq dənizi sahilində yerləşən il. İnzibati mərkəzi Adana şəhəridir. Şimaldan Kayseri, şimal-şərqdən Qəhrəmanmaraş, şərqdə Osmaniyə, cənub-şərqdə Hatay, cənubda Aralıq dənizi, cənub-qərbdə Mersin, qərbdə Niğdə illəri ilə əhatələnmişdir. Ölkənin ən sıx əhalinin yaşadığı altıncı ildir. Adana ili ümumilikdə 15 ilçədən, 16 bələdiyyədən, 508 kənddən ibarətdir.
Adana il mərkəzi Mersin, Adana, Osmaniyə, Hatay illərini əhatə edən Çukurova coğrafi bölgəsində yerləşir. Bu bölgə tarixən Luvilərin, Arzavaların, Xetlərin, Assuriyalıların, Farsların, Yunanların, Selevkilərin, Kilikiyalıların, Romalıların, Bizanslıların, Abbasilərin, Səlcuqluların, Məmlüklərin, Ramazanoğullarının və Osmanlıların hakimiyyəti altında olmuşdur. 1922-ci il tarixində Fransızların bölgədən çəkilməsi ilə bölgə Türkiyə Cümhuriyyətinin torpaqlarına qatılmışdır. 1986-cı ildə qəbul edilən 3306 saylı qanunla Adana şəhər inzibati ərazi dairəsi (ŞİƏD) statusu verildi. İlk əvvəl Seyhan və Yüreğir ilçələri Adana bələdiyyəsi tabeçiliyinə verildi. 2004-cü ildə qəbul edilən 5216 saylı qanuna uyğun olaraq Adana şəhər inzibati ərazi dairəsi sərhədləri genişləndirildi və yeni sərhədlər daxilində qalan 5 ilçə şəhər ilçə bələdiyyələri kimi təsis edildi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Pikaçu — Nintendo və Game Freak-ə məxsus olan oyun seriyası, manqa və anime olan "Pokemon"da yer alan personaj. Uydurma kainatın xüsusi pokemon canlılarından biri olan Pikaçu oyun dizayneri Suqimori Ken və Game Freak yaradıcılıq komandası tərəfindən yaradılmışdır və ilk dəfə "Pokémon Red və Blue" video oyunlarında ortaya çıxmışdır və daha sonra sonrakı oyunlarında iştirak etmişdir. Pikaçu ən çox tanınan və məşhur pokemonlardan biridir, o franşizin rəsmi talismanı kimi son illərdə isə Yapon pop mədəniyyətinin ikonasına dönmüşdür.
Pikaçu Piçu pokemonundan yaranıb və təkamül nəticəsində Rayçu pokemonuna çevrilə bilər. Uydurma pokemon dünyasında Pikaçu adətən evlərdə, meşələrdə, dərələrdə, bəzi zamanlar dağlarda və adalarda, həm də elektrik stansiyalarda yayılmışdır. Elektrik növü pokemon olaraq, Pikaçu yanaqlarında elektrik saxlayır və lazımlı hallarda onun köməyi ilə hücum edə bilir. Game Freak tərəfindən yaradılmış və Nintendo tərəfindən buraxılmış "Pokemon" seriyası Yaponiyada 1996-cı ildən yayımlanmağa başlamışdı. Seriyanın personajları — pokemonlar digər məşqçilər tərəfindən tutula bilir, öyrədilir, oyun dünyasında onlarla səyahət edir və digər məşqçilərə qarşı mübarizə aparır. Pikaçu Game Freak-in Pokemon yaradıcılıq komandası tərəfindən yaradılmışdır və rəssam Ken Suqimori tərəfindən tamamlanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Konstantinopolun süqutu — 6 aprel - 29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi.
Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi. Mühasirə vaxtında Macarıstan krallığı indiki Bolqarıstan ərazisinə hücum etdi və mühasirə başa çatdı. Növbəti il mühasirə yenidən başladı və bu dəfə dəniz bağının qarşısını kəsmək üçün Anadolu Hasarı inşa edildi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Seylor Yupiter — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto?) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.
Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur. Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir. Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür. Bir çox video oyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır. Makoto Kino personajı baş tutmayan "Codename: Sailor V" animesində yer alması üçün təklif edilmişdir, lakin onun üçün ilk öncə Mamoru Çino adı təklif olunmuşdur. Yaradıcı Naoko Takeuçi sonda personaja Makoto Kino adını vermişdir və onun üçün konsepsiya hazırlamışdır. Lakin personajın ilkin konsepsiyası ilə personajın indiki şəxsiyyəti tamamilə fərqlənir. Naoko personajı əvvəlcə dələduz, siqarətçəkən və sukeban kimi təsvir etmişdi. Seriyanın davamında peyda olan Mamoru Çiba personajı üçün ad seçilərkən Makoto Kinonun adından ilham alınmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə