Vikipediya Heftenin Yaxsi Meqalesi Iyul 2021 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 27. Həftə
Biologiya — həyatı və canlı orqanizmi onların fiziki quruluşu, kimyəvi prosesləri, molekulyar qarşılıqlı təsirləri, fizioloji mexanizmləri, inkişafı və təkamülü də daxil olmaqla öyrənən təbiət elmi.
Bu elmin kompleksliyinə baxmayaraq, onu vahid və tutarlı bir sahəyə birləşdirən konseptlər vardır. Biologiya hüceyrəni həyatın əsas vahidi kimi, genləri irsiyyətin əsas vahidi kimi və təkamülü növlərin yaranmasının və nəslinin kəsilməsini sürətləndirən mühərrik kimi qəbul edir. Canlı orqanizmlər homeostaz olaraq adlandırılan stabil və həyati vəziyyəti saxlamaq üçün enerjini çevirərək və lokal entropiyalarını azaldaraq sağ qalan açıq sistemlərdir. Biologiyanın alt sahələri tətbiq olunan tədqiqat metodları və öyrənilən sistem növü ilə müəyyən edilir: nəzəri biologiya kəmiyyət modellərini formalaşdırmaq üçün riyazi metodlardan istifadə edir. Eksperimental biologiya irəli sürülən nəzəriyyələrin doğruluğunu yoxlamaq və həyatın əsas mexanizmlərini və onun sistemin mürəkkəbliyinin tədricən artması yolu ilə təxminən 4 milyard il bundan əvvəl canlı olmayan maddədən necə meydana gəldiyini və necə təkamül etdiyini anlamaq üçün empirik təcrübələr həyata keçirir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Rodosun fəthi — 1248–1250-ci illərdə Rodos şəhərinin və eyniadlı adanın Genuya Respublikasının nəzarətində olduğu dövr. Səlibçilərə dəstək olmaq üçün Misirə yola çıxan genuyalılar Nikeya imperiyasından asılı olan şəhər və adanı 1248-ci ildə gözlənilməz bir hücum nəticəsində fəth edir. Buna baxmayaraq, nikeyalılar adaya ekspedisiya qüvvəsi göndərir və genuyalıları mühasirəyə alır. Bu müddətdə Axeya knyazlığından dəstək alan genuyalılar 1250-ci ildə təslim olur və adanı tərk edir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
[[Şəkil:|left|150px]] Camal İsmayılov — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri və Qrup Komandiri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Hadrut döyüşləri zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulmuşdur və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin eləmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
Əzimcan Əskərov — polis zorakılığını araşdırmaq üçün 2002-ci ildə "Vozdux" qrupunun əsasını qoymuş özbək əsilli qırğızıstanlı siyasi fəal. Əsasən milliyətcə özbək olan əhaliyə yönəlmiş 2010-cu il Cənubi Qırğızıstan etnik toqquşmalarında Əskərov vəhşiliyi sənədləşdirməyə çalışmışdır.
O, bunun ardınca həbs edildi və kütləvi narahatlıq yaratma, etnik nifrətə təhrik etmə və qətldə iştirak etmə maddələri ilə ittiham edildi. Beynəlxalq insan hüquqları qruplarının qanunsuzluqlar — iddiaya görə işkəncə vermə və məhkəmə zalında şahidlərə polis tərəfindən hədə-qorxu gəlinməsi səbəbindən məhkəmə prosesinə etiraz etməsindən sonra Əskərova ömürlük həbz cəzası verildi. 2010-cu ilin noyabrında həbsi nəticəsində Əskərovun səhhətinin sürətli şəkildə pisləşdiyi bildirildi. "Human Rights Watch", "Reporters Without Borders", "People In Need", "Committee to Protect Journalists" və "Amnesty International" daxil olmaqla, çox sayda təşkilat onu müdafiə etdi və "Amnesty International "onun vicdan məhbusu olduğunu bildirdi. |
bax – müzakirə et – redaktə et – tarixçə