Vikipediya Heftenin Yaxsi Meqalesi Iyul 2020 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 27. Həftə
Çörək muzeyi — Azərbaycanın Ağdam şəhərində çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey. 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat var idi. Muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeyə bitişik ərazidə təndirxanası olan "Sünbül" kafesi ziyarətçilərə xidmət göstərirdi. Kompleksə karvansara da daxil idi.
Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü.Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək olmadı və nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Uran əməliyyatı — İkinci dünya müharibəsi ərzində 19-23 noyabr tarixləri aralığında Sovet qoşunlarının 6-cı alman ordusu və 4-cü tank ordusu, həmçinin 3-cü və 4-cü rumın ordularına qarşı hücuma keçdiyi strateji əhəmiyyətli əməliyyat. Əməliyyat beş ay davam edən Stalinqrad döyüşünün ortasından etibarən başlanmışdır və məqsədi Stalinqradın içərisində və ətrafında yerləşən alman qoşunlarını məhv etməkdən ibarət idi.
Əməliyyatla əlaqədar planlar 1942-ci ilin sentyabr ayında hazırlanmağa başlanmışdır. Əsas olaraq Qafqazdakı alman qüvvələrini və Stalinqrada hücuma hazır vəziyyətdə olan B Ordular Qrupunu eyni vaxtda mühasirəyə almaq və məhv etmək planlanmışdı. Qırmızı Ordu alman qüvvələrini Stalinqrad daxilində güclü döyüşlərə cəlb etməyi bacarmışdı ki, bu da qarşı tərəfin gücünü zəiflətmiş və onu psixoloji olaraq sarsıtmışdı. Digər tərəfdən də müttəfiq qoşunların cinahlarının müdafiəsi zəif təchizatlı və çox geniş əraziyə yayılmış macar, rumın və italyan qoşunları tərəfindən qorunurdu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
İvan Urqant — (rus. Иван Ургант) — rusiyalı aktyor, şoumen, teleradio aparıcısı, müğənni, musiqiçi, prodüser. Hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biridir. Əvvəllər "Superradio", "Rus radiosu", "Hit-FM" radiostansiyalarında və "Rossiya" və "MTV" telekanallarında işləyib. Dəfələrlə "TEFİ" mükafatının laureatı olub. 2008-ci və 2011-ci illərdəki sorğuların nəticələrinə görə, Rusiyanın ən populyar televiziya aparıcısı seçilib.
İvan Urqant 1996-cı ildən günümüzədək müxtəlif filmlərdə aktyor kimi çəkilib. Onun filmoqrafiyasında — "Yolkalar" və "Vısotski. Sağ ol ki, yaşayırsan" kimi filmlər var. Ümumilikdə aktyorun filmoqrafiyasında 25-dən çox film var. Urqant bədii filmlərlə yanaşı, sənədli filmlərdə də çəkilib. O, Vladimir Poznerlə birlikdə müxtəlif ölkələrdən bəhs edən çox seriyalı 7 sənədli filmdə aparıcı kimi çıxış edib. Urqant Alsu ilə birlikdə Moskvada keçirilmiş 2009 Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsinin aparıcısı olub. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
Harri Potter və Fəlsəfə Daşı — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ilk romandır. Romanda gənc Harrinin sehrkar olmasını öyrənməsi, Sehrkarlıq və Sehr Məktəbi Hoqvartsda dostlar tapması və ilk ildəcə düşmənlərlə qarşılaşmasından bəhs edilir. Dostlarının köməyi ilə Harri, onun valideynlərini öldürmüş, lakin zəifləmiş Lord Voldemortun geri qayıtmaq planının qarşısını alır.
Roluinqin debüt kitabı olan bu roman ilk dəfə 26 iyun 1997-ci ildə “Bloomsbury” nəşriyyatı tərəfindən Londonda nəşr edilmişdir. 1998-ci ildə “Scholastic Corporation” nəşriyyatı “Harri Potter və Sehrbaz Daşı” (Harry Potter and the Sorcerer's Stone) adı ilə romanın ABŞ versiyasını nəşr etdi. Kitab BK və ABŞ-da bir çox mükafatlara layiq görülmüşdür. 1999-cu ilin avqustunda kitab “The New York Times”ın ən çox satılan fentezi romanları siyahısında birinci yerə yüksəlmiş, 1999-2000-ci illər ərzində bu mövqeyə yaxın yerlərdə qərarlaşmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə