Vikipediya Heftenin Yaxsi Meqalesi Iyul 2015 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 27. Həftə
Özgə ömür (film, 1987) — 1987-ci ildə yazıçı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, rejissor Rasim Ocaqov tərəfindən C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Aleksandr Kalyagin, Fəxrəddin Manafov, İrina Kupçenko və başqaları ifa edirlər. Film institut rektorunun ikili həyat yaşamasından bəhs edir. Çəkilişlər Bakıda və Moskvada aparılmışdır. 1987-ci ildə aktrisa İrina Kupçenko ən yaxşı epizodik rola görə SSRİ Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Nika" prizinə layiq görülmüşdür.
Film rus dilində çəkilmişdir. Azərbaycan dilində dublyaj edilmiş və səsləndirilmişdir. Azərbaycan variantında titrlər azərbaycan dilində və kiril əlifbasındadır. Lakin filmdə dialoqlar rus dilində aparılır. Bunun da səbəbi baş rolun və bir neçə köməkçi rolların ifaçılarının rus aktyorları olmasıdır. 1987-ci ildə film Moskvada ilin ən yaxşı filmləri siyahısına daxil edilmişdir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Peloponnes müharibəsi — (E.ə. 431 - E.ə. 404) — Qədim Yunanıstanda bir tərəfdən Afinanın başçılıq etdiyi Delos İttifaqının, digər tərəfdən isə, Spartanın başçılıq etdiyi Peloponnes İttifaqının iştirak etdiyi hərbi münaqişə.
Afina ilə Sparta arasında uzun zamandan bəri münaqişə mövcud idi. Bunun əsas səbəblərindən biri onların fərqli dövlət quruluşlarına malik olmasında idi. Afinada demokratiya, Spartada isə oliqarxiya üsul-idarəsi bərqərar idi. Hər iki tərəf onlara müttəfiq olan polislərdə eyni idarə üsulunu hakim etməyə çalışırdı. Bunlardan əlavə münaqişənin səbəblərindən biri də bu şəhərlərin əhalisinin fərqli xalqlara mənsub olmasında idi, belə ki, afinalılar (və onların müttəfiqlərinin böyük hissəsi) ioniyalı, öz növbəsində spartalılar və onun müttəfiqləri dorilər idi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
Pol Sezan — fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi. Belə demək mümkündürsə, Pol Sezan impressionizm ilə kubizm arasında körpü rolu oynamışdır. O, öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirir. Sezanın əsərlərində rəng üslubu təkrarolunmazdır. Pol Sezan 1839-cu il 19 yanvar Fransada yerləşən Eks-an-Provansda anadan olub. Onun soyadı Şimali İtaliyanın Pyemont əyalətində yerləşən Çezena şəhərindən götürülmüşdür. Bunun əsasında bir sıra mütəxəssislər onun italyan əsilli olduğu fikrini irəli sürmüşlər. Rəssamın atası Lui-Ogüst Sezan şlyapa taciri olmuş, daha sonra isə bankirliklə məşğul omuşdur.
Eksdə Burbon Kollecində sonradan yaxın dostu olacaq Emil Zolya ilə birlikdə eyni kollecdə təhsil almışdır. Emil Zolya ilə aralarında olan bu dostluq uzun müddət davam etmişdir. Az yaşlarından etibarən sənətə maraq göstərmiş, lakin oğlunun rəssam olmasını istəməyən atasının təkidi ilə hüquqşümas peşəsinə yiyələnmişdir. 1858-ci ildə təhsilini bitirdikdən sonra bankir olan atasının kontorunda işləmiş və eyni vaxtda Bələdiyyə rəssamlıq məktəbinə getmişdir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
[[Şəkil:|left|150px]] Gülüstan-Bayatı-Şiraz — Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğamdır. Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamdan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 31. Həftə
Avropa 51 (film, 1952) — 1952-ci ildə İtalyan rejissoru Roberto Rossellini tərəfindən İtaliyada çəkilən ağır psixoloji dramatik janrında olan filmdir. Bu film digər xarici ölkələrdə müxtəlif adlarla tanınır.
İtalyan neorealizmi kino axınının başladıcısı və ən əhəmiyyətli xarakterlərdən biri olan Roberto Rossellininin idarə etdiyi filmin ssenarisini də yenə Rosselini öz hekayəsindən bir neçə insanla birlikdə uyğunlaşdırıb yazmışdır. Film heyətlərinin 10-nun içində Federiko Fellini də vardır. Rosselini ayrıca Karlo Ponti və Dino de Laurentislə birlikdə filmin prodüserliyini də öz öhdəliyinə götürmüşdür. Filmdə çəkilən İnqrid Berqman, Aleksander Noks, Ettore Cannini, Cülyetta Mazina (Federiko Fellininin arvadı) və Tereza Pellatininin oynadıqları ağ-qara filmin görünüşlərini məşhur italyan rejissoru Aldo Tonti çəkmişdir. Filmin xüsusi musiqisi isə bəstəkar, eyni zamanda rejissorun qardaşı olan Renzo Rosselliniyə aiddir (Roberto Rossellininin oğlunun adı da qardaşınınkı kimi Renzodur və kinoda prodüser olaraq çalışır). Filmin çəkilişi zamanı İnqrid Berqman və Roberto Rossellini evli idilər. Hər ikisi də öz başlarına kino dünyasının bir nəhəng sənətçisi olmalarına baxmayaraq birlikdə etdikləri filmlər tamaşaçı tərəfindən çox aydın olmadı və maraqsızlıqla qarşılandı. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə