Vikipediya Heftenin Yaxsi Meqalesi Fevral 2024 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Səttar xan — Məhəmmədəli şah diktaturasına qarşı Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri və xalq qəhrəmanı
Gənc yaşlarında şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətdiklərinə görə qardaşı İsmayıl ilə birlikdə həbs olunur. Özü üç aylıq həbs olunsa da qardaşı edam edilir. 1888-ci ildə yenidən həbs olunaraq Ərdəbildə yerləşən Narın qalaya yerləşdirilir. İki il həbsdə olduqdan sonra orda tanış olduğu şəxsin köməkliyi ilə həbsdən qaçır və bir müddət şahsevən tayfaları ilə birgə yaşayır. 1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Təbrizi də ələ keçirməyə çalışırlar. Təbrizdəki bütün məhəllələr ağ bayraq qaldırıb təslim olsalar da Səttar xanln əlində olan Əmirəqız məhəlləsi təslim olmur. Nəticədə güc yenidən məşrutəçilərin əlinə keçir və bütün məhəllələr şah qüvvələrindən təmizlənir. Bu qalibiyyətindən sonra Səttar xana Azərbaycanın əyalət əncüməni tərəfindən "Sərdari-milli" ləqəbi verilir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
İkinci Dünya müharibəsində Sakit okean cəbhəsi — Sakit okean cəbhəsi (bəzən Asiya-Sakit okean cəbhəsi adlandırılır), İkinci Dünya müharibəsi illərində Sakit okeanda və Şərqi Asiyada baş vermişdir. Sakit okean və adaları, Sakit okeanın cənub-qərbi, Cənub-Şərqi Asiya və Çin kimi əraziləri əhatə etmişdir (1945-ci il Sovet-yapon münaqişəsi daxil olmaqla).
Əsasən, Sakit okean cəbhəsində hərbi əməliyyatlar, 1941-ci il 7-8 dekabr tarixində Yaponiyanın Tailandı işğalı və Britaniya müstəmləkələri olan Malayya, Sinqapur və Honkonqa, eləcə də ABŞ-nin Havay adasında dislokasiya edilmiş Pörl-Harbor hərbi bazasına, Ueyk adası, Quam və Filippinə hücumu ilə başlanmışdır. Bəzi tarixçilər, Asiyada münaqişəni 1937-ci il 7 iyul tarixində Yaponiya imperiyası və Çin Respublikası arasında baş vermiş İkinci çin–yapon müharibəsinin başlanğıcından və ya 1931-ci ilin 19 sentyabrında Mancuriyanın Yaponiya tərəfindən işğalı tarixindən götürürlər. Əsas etibarilə, Sakit okean cəbhəsində hərbi əməliyyatlar 1941-ci ilin dekabr ayının əvvəllərində başlamışdır (İkinci çin–yapon müharibəsi daxil olmaqla). |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Azərbaycan aysorları — aysor diasporunun bir hissəsi, Azərbaycanda yaşayan etnik qrup.
Aysorların Cənubi Qafqaza ilk köçləri xristianlığın yayılması ilə əlaqədardır və VI əsrə aid Keşikçidağ məbədinin On üç aysor ataya aid edilir. Onların əsas köçü Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiya imperiyası tərəfindən kurasiya edilmişdir. Birinci Dünya müharibəsində Osmanlı imperiyası tərəfindən həyata keçirilən "səyfo" nəticəsində Azərbaycana daha çox aysor köçmüşdür. Onlardan bəri XX əsrin ortalarında SSRİ hakimiyyəti tərəfindən sürgün edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı çox sayda aysor ksenofobiya səbəbilə Azərbaycanı tərk edərək Rusiyaya, həmçinin Ermənistana və tanınmamış Dağlıq Qarabağ Respublikası ərazisinə köç etmişdir. Əksəriyyəti xristian olan Azərbaycan aysorları Azərbaycan adət-ənənələrini mənimsəmiş və islamdan təsirlənmişdir, həmçinin Azərbaycan dilini bilirlər. Onlar asoru şəxs adlarından istifadə edirlər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Mirəli türbəsi — Füzuli rayonunun Kürdlər və Aşağı Veysəlli kəndlərinin arasındakı orta əsrlərə aid nekropol yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Abidənin kimin xatirəsinə ithaf edilməsi, memarın və sifarişçinin kim olması, eyni zamanda dəqiq inşa tarixi haqqında heç bir məlumat yoxdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Mirəli türbəsi konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir. Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir. Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə