Vikipediya Heftenin Yaxsi Meqalesi Fevral 2021 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Çarli Uayt — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Çarli Uayt, Meril Devis ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Uayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub.
Meril Devis və Çarli Uayt cütlüyü, həmdə 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009–2010, 2010–2011, 2011–2012, 2012–2013 və 2013–2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Leyli və Məcnun (opera) — Üzeyir Hacıbəyov tərəfindən 1907-ci ildə yazılmış ilk milli Azərbaycan operası. Opera, Məhəmməd Füzuli tərəfindən XIV əsrdə yazılmış “Leyli və Məcnun” faciəsinin motivləri əsasında yazılmışdır. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün İslam dünyasında ilk operadır.
“Leyli və Məcnun” operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoymuşdur. Zəngin folklor materialı (əsasən muğamlar və lirik mahnılar) əsasında qurulmuş bu opera, əsrlər boyunca toplanmış musiqi ənənələrinin beynəlxalq qəbul edilmiş musiqi incəsənəti formaları ilə ümumiləşdirilməsinə ilk cəhddir. Bu yolla da, not yazısı və solo vokal improvizasiyanı (muğam) birləşdirən muğam-opera janrı yaradılmışdır. Operanın ilk səhnələşdirilməsi 12 (25) yanvar 1908-ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında baş tutmuşdur. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan klassik sevgi əfsanəsi əsasında yaradılmış bu əsər Azərbaycan mədəniyyətinin mirvarilərindən biri hesab edilir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Xudavəng monastırı — Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş prof. G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir.
Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Qaraçaylıların deportasiyası — "Qağayı əməliyyatı" adı ilə tanınan və Şimali Qafqazdan qaraçaylıların Sovet hökuməti tərəfindən güc tətbiq etməklə bütünlüklə Orta Asiyaya köçürülməsini nəzərdə tutulur. Deportasiya II Dünya müharibəsi zamanı, 1943-cü ilin noyabr ayında baş vermişdir. Deportasiya Sovet dövlətinin rəhbəri İosif Stalin tərəfindən təstiqləndikdən sonra NKVD-nin rəhbəri Lavrenti Beriyanın əmri ilə həyata keçirilmişdir.
Təxminən 70.000 Qafqaz qaraçaylısı öz doğma torpaqlarından deportasiya edilmişdir. Bu cinayət 1930-1950-ci illəri əhatə edən, Sovet dövlətinin milyonlarla qeyri-rus əhaliyə təsir edən siyasətinin bir parçası olmuşdur. Proses zamanı milyonlarla insan məcburi köçürülmələrə və başqa yerdə məskunlaşdırmaya məruz qalmışdır. Rəsmi olaraq deportasiya qaraçaylıların işğalçı alman qüvvələri ilə əməkdaşlığına cavab idi. Əvvəlcə II Dünya müharibəsi dövründə üsyan etmiş şəxslərin ailə üzvləri ilə məhdudlaşan deportasiya sonradan genişləndirilərək bütün Qaraçay etnik qrupunu əhatə etdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə