Vikipediya Heftenin Yaxsi Meqalesi Fevral 2020 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Makemake — Günəş sistemində yerləşən cırtdan planet. Koyper qurşağında yerləşən məlum olan ikinci ən böyük kosmik cisimdir və ölçüsü Plutonun 2/3-nə bərabərdir. Makemakenin S/2015 (136472) 1 adlandırılan bir məlum təbii peyki vardır. Makemakenin orta səth temperaturunun −230 °C göstərici ilə çox aşağı olması, səthin Metan, Etan və ehtimal ki, Azot buzları ilə örtülü olmasını bildirir.
Makemake Mayk Braunun rəhbərlik etdiyi komanda tərəfindən 31 mart 2005-ci ildə kəşf olundu. Buna baxmayaraq, cırtdan planetin kəşfi ictimaiyyətə 29 iyul 2005-ci ildə açıqlandı. Əvvəlcə 2005 FY9 olaraq adlandırılsa da, daha sonra 136472 kiçik planet kodu ilə təsnif olundu. Beynəlxalq Astronomiya İttifaqı tərəfindən kəşfin cırtdan planet olaraq qəbul olunması ehtimalına görə, ona Pasxa adasında yaşayan rapanui xalqının yaradıcı tanrısı hesab olunan Makemakenin adı verildi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Suxumi iğtişaşları — Sovet İttifaqı dövründə, 1989-cu ilin iyulunda Gürcüstan SSR-nin tərkibində olan Abxaziya MSSR-nin Suxumi bölgəsində abxaz və gürcü icmaları arasında artan etniklər arası gərginliyin səbəb olduğu və sonrasında Suxumidə və bütün Abxaziyada bir neçə gün davam edən küçə döyüşləri və sivil çaxnaşmalar.
İğtişaşlar Suxumidə Tbilisi Dövlət Universitetinin filialının açılmasına abxaz etirazı olaraq başladı və 16 iyul 1989-cu ildə yeni universitetin yerləşməsi gözlənilən gürcü məktəbinin talan edilməsi ilə başa çatdı. Meydana gələn zorakılıq tez bir zamanda geniş millətlərarası qarşıdurma miqyası aldı. Sovet ordusu vəziyyəti müvəqqəti nəzarətə götürdükdə, iğtişaşlar, əsasən aralarında gürcülərin olduğu 18 nəfərin ölümünə və 448 nəfərin yaralanmasına səbəb olmuşdu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Qızıl payız-69 — 23–29 oktyabr 1969-cu il tarixlərində Bakının Əl oyunları sarayında estrada, muğam və caz janrları üzrə keçirilən musiqi həftəsi. Festival BK LKSM və Bakı Şəhər İcraiyyə Komitəsinin mədəniyyət şöbəsi tərəfindən keçirilmişdir. 1960-cı illərin sonları, 1970-ci illərin əvvəllərində Bakıda müxtəlif mahnı və rok müsabiqələri keçirilirdi.
"Qızıl payız-69" keçirilən "Qızıl payız" festivallarının birincisi idi və özündən əvvəlki Bakı musiqi festivallarını özündə birləşdirirdi. Bu, həm tamaşaçı sayına, həm də ifaçıların peşəkarlıq səviyyəsinə görə özündən əvvəlkilərdən daha uğurlu hesab olunurdu. Belə ki, festivalda 400-dən artıq bədii özfəaliyyət dərnək üzvləri iştirak edirdi ki onların əksəriyyəti peşəkar musiqiçilər idi. Tamaşaçıların sayı on minlərlə idi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Mustafa Kamalın Samsuna gəlişi — 1919-cu ilin 19 May tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir.
Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə