Vikipediya Heftenin Yaxsi Meqalesi Fevral 2019 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Madriddə 3 may 1808 — ispan rəssam Qoyyanın 1814-cü ildə tamamladığı rəsm əsəri. Hazırda bu əsər Madriddə yerləşən Prado muzeyində sərgilənməkdədir. Qoyya bu işini 1808-ci ildə Fransanın İspaniyanı işğal etdiyi zaman fransızlara müqavimət göstərməyə çalışan ispanlara həsr etmişdir. Bu müqavimət həm də Yarımada müharibəsinin xəbərçisi idi. İspan rəssamın həmin dövrdəki eyni ölçülü bənzər işi "Madriddə 2 may 1808" (Məmlüklərin hücumu) də bu rəsm əsəri kimi İspaniyanın müvəqqəti höküməti tərəfindən sifariş edilmişdir.
Əsərin tərkibi, təqdimatı və emosional gücü onu müharibənin qorxuncluğu haqqında cığır açan və ilk nümunə olaraq olaraq dəyərləndirilən simvol halına gətirmişdir. Yaradıldığı dövrün məşhur incəsənətinin bütün imkanlarında yararlanan "Madriddə 3 may 1808" böyük şöhrət qazanmışdır. Xristian incəsənətinin və ənənəvi müharibə motivlərindən uzaqlaşması əsəri bənzərsiz etmiş və müasir sahədə ilk nümunələrdən biri olmuşdur. İncəsənət tarixçisi Kennet Klarka görə rəsm əsəri tərz, mövzu, niyyət olaraq sözün əsil mənasında inqilab yaradan ilk rəsm əsəri idi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Qəhrəmanlar güclərini birləşdirir — The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi krossoverlərdən ikincisi. Krossover hadisəsinə 1 dekabr 2015-ci ildə “Fleş” teleserialının “Bu günün əfsanələri” adlı seriyası ilə başlanılmış və növbəti gün “Ox” teleserialının “Dünənin əfsanələri” adlı seriyası ilə davam etdirilmişdir. Hər iki seriyada DC-nin spin-off kimi inkişaf etdirdiyi yeni layihə olan “Sabahın əfsanələri” teleserialının personajları da iştirak etmişdir. Krossoverdə Barri Allen / Fleş və Oliver Kuin / Ox, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyaları olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmaq üçün güclərini birləşdirirlər.
“Fleş Oxa qarşı” adlı birinci krossoverin müsbət qarşılanmasından sonra, The CW prezidenti Mark Pedoviç, Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını elan edir, 2015-ci ilin yanvarında isə ikinci krossover hadisəsinin baş tutacağı bildirirlir. Həmin ilin sentyabrına kimi hər iki seriya üçün ssenari yazılır, həmin il sentyabrın sonları və oktyabr ayı ərzində isə çəkilişlər həyata keçirilir. Krossoverdə hər iki serialın əsas aktyor heyətinə daxil olan aktyorlar öz rollarını təkrarlayırlar. Hər iki seriya ümumilikdə müsbət qəbul edilsə də, “Sabahın əfsanələri”nin təqdimatı qarışıq rəylərlə qarşılanmışdır. Reytinqlər birinci krossoverin reytinqlərindən daha zəif olsa da, bütün mövsümün ən yüksək nəticələri əldə edilmişdir. Növbəti il, Ox Kainatının “İşğal!” adlı üçüncü krossoveri təqdim edilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Polygon — xəbərlər, gözdən keçirmələr və videolar paylaşan video oyunlar üzrə ixtisaslaşmış ABŞ saytı. 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlayan "Polygon" oyunlar haqda yox, oyunları hazırlayanlar haqda məqalələr paylaşaraq rəqiblərindən fərqlənməyə çalışırdı. Onlar həmçinin içərisində video məzmunu olan lonqrid jurnalabənzər bədii məqalələr hazırlayırdılar və oyun yeniləndikcə rəylərini dəyişdirirdilər.
Saytın istehsal prosesi 10 ay davam etmişdir və onun 16 nəfərli işçi heyətində "Joystiq", "Kotaku" və "The Escapist" saytlarının baş redaktorlarını da ehtiva edirdi. Saytın dizaynı HTML5 adaptiv standartlarla hazırlanmışdı və çəhrayı rəng çertyojuna malik idi. Saytın reklamları müəyyən məzmunlu qurumların birbaşa sponsorluqlarına əsaslanırdı. "Vox Media" şirkəti saytın hazırlanması barədə bir sənədli film seriyası istehsal etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Mustafa Kamalın Samsuna gəlişi — 1919-cu ilin 19 May tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir.
Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə