Vikipediya Heftenin Yaxsi Meqalesi Fevral 2018 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
[[Şəkil:|left|150px]] Luvr Əbu-Dabi Muzeyi — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən, layihəsi fransız memarı Jan Nuvel tərəfindən hazırlanmış sənət muzeyi. Fransa hökuməti ilə Əbu-Dabi şəhəri arasında imzalanan və 30 il qüvvədə olacaq müqavilə ilə inşa edilən Luvr Əbu-Dabi Muzeyi Saadiyat adası kompleksi üzərinə – təxminən 24.000 kvadratmetrlik bir sahəyə inşa edilmişdir. Muzeyin xərcinin 83-108 milyon avro arasında olduğu güman edilir. Muzey rəsmi olaraq 2017-ci il 8 noyabr tarixində açıldı.
Əbu-Dabi Muzeyində dünyanın hər yerindən gələn sənət əsərləri nümayiş olunur. Muzeyin əsas məqsədi Şərq sənəti ilə Qərb sənəti arasında körpü yaratmaqdır. Bütün bunlara baxmayaraq, Parisdəki Luvr Muzeyinin bu işdə hansı marağının olması məqamı sənət dünyasında olduqca qızğın müzakirələrə səbəb oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Assassin's Creed Origins — "Ubisoft Montreal" tərəfindən hazırlanan, "Ubisoft" şirkəti tərəfindən yayımlanan və döyüş-macəra janrında olan video oyun. "Assassin's Creed" oyun seriyasındakı 10-cu əsas epizoddur (ümumilikdə 17) və 2015-ci ildə satışa çıxarılan "Assassin's Creed Syndicate" video oyununun davamıdır. Oyun 27 oktyabr 2017-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır.
Oyun Qədim Misirin Ptolemeylər dövrünün sonuna yaxın bir vaxtda (e.ə 49–47), Kleopatranın hakimiyyətində keçir və tarixi hadisələri uydurma versiyaları ilə yenidən qurur. Oyunun hekayəsi azadlığı dəstəkləməklə sülh üçün vuruşan "Gizli Olanlar" (ing. The Hidden Ones) — "Assasin Qardaşlığı"nın (ing. Assasin Brotherhood) sələfi və məcburi şəkildə qayda-qanunun təmin olunmasıyla sülh arzulayan "Qədimlər Ordeni" (ing. Order of Ancients) — "Tampliyer Ordeni"nin (ing. Templar Order) sələfi arasında olan və əsrlərdir davam edən münaqişənin mənşəyini öyrənir. Oyunun baş qəhrəmanı Bayek mecaydır — xalqı qorumağa and içmiş ali vəzifə. Oyunçular Qədim Misirin açıq dünyasını at, dəvə və ya qayıqla gəzə bilərlər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Yaxşı terrorçu — 1985-ci ildə ingilis yazıçısı Doris Lessinq tərəfindən yazılmış siyasi roman. Kitab ilk dəfə həmin il İngiltərədə Conatan Keyp və ABŞ-da Alfred Knopf tərəfindən nəşr edilmişdir. Kitabın baş qəhrəmanı Londonda radikal bir qrupa qoşularaq terrorist fəaliyyətlərinə cəlb edilən və sadə və səfil həyat tərzi keçirən Alisadir.
Lessinqi bu əsəri yazmağa 1983-cü ildə İrlandiyanın Respublika Ordusunun Londondakı Harrods mağazasının bombalanması təşviq etdi. O, Britaniya Kommunist Partiyasının üzvü olub, lakin 1956-cı ildə Macarıstanda baş verən üsyandan sonra oradan ayrılıb. Bəzi tənqidçilər romanı satirik üslubda yazılmış roman adlandırdılar, lakin Lessinq onu heyrətləndirici və yumoristik hesab edirdi. Əsərin adı Alisanın ikitərəfli təbiətini təsvir (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
İkinci dünya müharibəsində Sakit okean cəbhəsi — Sakit okean cəbhəsi (bəzən Asiya-Sakit okean cəbhəsi adlandırılır), İkinci dünya müharibəsi illərində Sakit okeanda və Şərqi Asiyada baş vermişdir. Sakit okean və adaları, Sakit okeanın cənub-qərbi, Cənub-Şərqi Asiya və Çin kimi əraziləri əhatə etmişdir (1945-ci il Sovet-yapon münaqişəsi daxil olmaqla).
Əsasən, Sakit okean cəbhəsində hərbi əməliyyatlar, 1941-ci il 7-8 dekabr tarixində Yaponiyanın Tailandı işğalı və Britaniya müstəmləkələri olan Malayya, Sinqapur və Honq Konqa, eləcə də ABŞ-ın Havay adasında dislokasiya edilmiş Pörl Harbor hərbi bazasına, Ueyk adası, Quam və Filippinə hücumu ilə başlanmışdır. Bəzi tarixçilər, Asiyada münaqişəni 1937-ci il 7 iyul tarixində Yaponiya imperiyası və Çin Respublikası arasında baş vermiş İkinci çin–yapon müharibəsinin başlanğıcından və ya 1931-ci ilin 19 sentyabrında Mancuriyanın Yaponiya tərəfindən işğalı tarixindən götürürlər. Əsas etibarilə, Sakit okean cəbhəsində hərbi əməliyyatlar 1941-ci ilin dekabr ayının əvvəllərində başlamışdır (İkinci çin–yapon müharibəsi daxil olmaqla). (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə