Vikipediya Heftenin Yaxsi Meqalesi Dekabr 2023 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 49. Həftə
[[Şəkil:|left|150px]] Alxanlı hücumu (2017) — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür.
Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür. Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
Litvada vətəndaş müharibəsi (1389–1392) — əmi oğlanları: Polşa kralı və Böyük Litva knyazlığı hersoqu Yaqaylo və hersoq Vitovt arasında hakimiyyət uğrunda gedən ikinci müharibədir. Onların ilk qarşıdurması barışıqla nəticələnsə də, əsas ziddiyyətlər aradan qaldırılmadı. Yadviqa ilə nikahından sonra Yaqaylo 1386-cı ildə II Vladislav adı ilə Polşa taxtına çıxdı və yerinə qardaşı Skirqaylonu hersoqluğun qubernatoru təyin etdi. Skirqaylonun əhali arasında populyar olmamasından istifadə edən, Vitovt Litva taxtı uğrunda mübarizəni davam etdirmək qərarına gəldi.
Böyük Vilnüs hersoqluğunun paytaxtını ələ keçirmək üçün uğursuz cəhddən sonra Vitovt Tevton ordeninin cəngavərləri ilə ittifaqa girdi. Orden Litvanın yeganə düşməni idi, lakin öz maraqlarına görə bir çox Litva knyazları, xüsusən də, Vitovt və Yaqaylo onunla müttəfiqlik münasibətləri qurmağa can atırdılar. Qarşıdurmada qalib müəyyən edilmədiyindən, bu da tərəfləri güzəştə getməyə vadar etdi. 1392-ci ildə bağlanmış Ostrov müqaviləsinin şərtlərinə görə Vitovt Yaqaylonu Litvanın ali hökmdarı kimi tanıdı və özü də Böyük Litva knyazlığının hersoqu oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Səma buğası — Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası, Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir.
"Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir. Səma buğası Buğa bürcü ilə əlaqələndirilir və mütəxəssislər düşünülər ki, öldürülmə mifinin qədim mesopotamiyalılar üçün astronomik əhəmiyyəti ola bilər. Bu dastanın xüsusiyyətləri qədim Yaxın Şərq hekayələri, o cümlədən Uqarit əfsanələri, "Yaradılış kitabı"ndakı Yusifin hekayəsi, həmçinin qədim yunan dastanlarının "İliada" və "Odisseya" fraqmentləri ilə oxşarlıqlar daşıyır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
Qar dənəsi — yetərli bir ölçüyə çatmış, Yerin atmosferinə qar şəklində düşən tək bir buz kristalı. Hər bir dənə həddindən artıq soyuq olan bulud su damcılarını cəlb edərək, həddindən artıq doymuş hava kütlələrindəki bir toz hissəciyinin ətrafında damcıya dönür və donaraq kristal şəklində toplanır. Qar dənəsi atmosferdə müxtəlif temperatur və rütubət zonalarında hərəkət etdikcə mürəkkəb formalarda meydana çıxır ki, nəticədə hər bir qar dənələri bir-birindən öz detalları ilə fərqlənir. Onlar səkkiz geniş təsnifat və ən azı 80 fərdi variantlar üzrə təsnif edilə bilər. Buz kristalları üçün birləşmələrin meydana çıxa biləcəyi əsas formalar - iynəvari, sütunvari, lövhəvari və çubuqvari formalardır. Qar şəffaf buzdan əmələ gəlməsinə baxmayaraq ağ rəngdə görünür. Bu, qar dənələrinin kiçik kristallik küncləri tərəfindən bütün işıq spektrinin diffuzion əks olunması ilə əlaqədardır. |
bax – müzakirə et – redaktə et – tarixçə