Vikipediya Heftenin Yaxsi Meqalesi Dekabr 2020 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 49. Həftə
Susuzluq günü — 724-cü ildə, Mavəraünnəhrdən keçən Sırdərya çayının sahillərində, indiki Tacikistan ərazisində, Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş döyüşə verilən ənənəvi ad.
Müslüm ibn Səid əl-Kilabi öndərliyindəki Əməvi ordusu türgişlərin yürüşlərindən xəbərdar olanda Fərqanə vadisinə hücum təşkil edir. Türgiş atlıları tərəfindən qovulan ərəblər tələsik şəkildə Sırdərya çayına doğru qaçır. Nəhayət, 11 gün davam edən qaçışdan sonra Əməvi ordusu Sırdərya sahilinə çatır, ancaq onlar türgiş və yerli Mavəraünnəhr hakimlərinin qoşunları ilə əhatə olunur. Hər halda, ərəblər bu mühasirəni qırıb, çayı keçərək Xücənd şəhərinə çatırlar. Əməvilərin məğlubiyyətə uğraması müsəlmanların regiondakı nəzarətini darmadağın edir. Mavəraünnəhr təqribən 740-cı ilə kimi ərəblər ilə türgişlər arasında mübahisəli ərazi olaraq qalır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
Tatyana Totmyanina — Rusiyanı təmsil edən fiqurçu. Tatyana Totmyanina Marinin ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub.
Totmyanina və Marinin cütlüyü həm də 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub. Totmyanina və Marinin cütlüyü ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Məhəmməd xan Ustaclı — XVI əsrdə yaşamış türkmən Ustaclı tayfasından olan Səfəvi məmuru, diplomatı və hərbi rəhbəri. O, 1568-ci ildən 1575-ci ilə qədər İrəvan və ya digər adı ilə Çuxursəəd bəylərbəyliyinin hakimi kimi xidmət etmişdir. Daha sonra, o, Osmanlı imperiyasına göndərilən nümayəndə heyətinə rəhbərlik etmişdir. Geri qayıtdıqdan sonra, o, bəzi hüquqi proseslərdə iştirak etmiş və 1578-ci ildə yenidən Çuxursəəd əyalətinə bəylərbəyi təyin edilmişdir. Səfəvi-Osmanlı müharibəsi (1578-1590) zamanı baş vermiş Çıldır döyüşündə o, əsas komandan kimi çıxış etmiş və məğlub olmuşdur. Bir neçə il sonra - 1583-cü ildə Məhəmməd xan Toxmağın bəylərbəyliyi əyalətin Osmanlı dövləti tərəfindən işğal edildiyinə görə sona çatmışdır. Bu əyalət 1604-cü ilə qədər Osmanlı dövlətinin tabeliyində qalmışdır.
Boyu balaca olduğuna görə "Toxmaq" ayaması ilə tanınmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
1966 Neftyanik mövsümü — 1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi. 1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur. Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu. Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur. Lakin bu mövsüm yalnız çempionatda qalib olan komanda və kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı. Klub ev oyunlarını Lenin stadionunda keçirirdi. |
bax – müzakirə et – redaktə et – tarixçə