Vikipediya Heftenin Yaxsi Meqalesi Dekabr 2018 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 49. Həftə
Mikayıl Müşfiq — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru.
Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
Çörək muzeyi — Azərbaycanın Ağdam şəhərində çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey. 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat var idi. Muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeyə bitişik ərazidə təndirxanası olan "Sünbül" kafesi ziyarətçilərə xidmət göstərirdi. Kompleksə karvansara da daxil idi.
Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü.Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək olmadı və nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Paraqvay müharibəsi — Paraqvayın müttəfiq Braziliya, Uruqvay və Argentinaya qarşı müharibəsi. 13 dekabr 1864-cü il tarixində başlanmış və 1 mart 1870-ci ilə qədər qədər davam etmişdi. Bu müharibə Uruqvay və Argentinada Üçlər birliyinə qarşı müharibə (isp. Guerra la Triple), Braziliyada Paraqvay müharibəsi (port. Guerra do Paraguai), Paraqvayda isə Böyük müharibə (isp. Guerra Grande) adlanır. Müharibə 1864-ci ilin 13 dekabırında Braziliya ilə Paraqvay arasında başlansa da, sonradan – 1865-ci ildə, Uruqvay və Argentina da ona qoşulmuşlar. Müharibə ümumilikdə 400 min insan itkisi ilə nəticələniş, Paraqvay isə ərazisinin yarıdan çoxunu və kişi vətəndaşlarının 90%–ni itirmişdi.
Ölkə əlalisinin sayı müharibədən öncə 1 337 437 nəfər olduğu halda, 1871-ci il siyahıya almasına görə 221 709 nəfərə qədər azaldı (həddi-bulluğa çatmış cəmi 28 746 kişi qalmış, yerdə qalanlardan 106 254-ü qadın və 86 079-ü uşaq idi). Üçlər birliyinin Paraqvayın əsas qüvvələri üzərində qələbə əldə etməsindən sonra müharibə artıq Partizan müharibəsi xarakteri aldı. Bunun nəticəsində mülki əhali arasında itkilər daha da çoxaldı. Torpaq itkisi (demək olar ki, ərazisinin yarıya qədəri), əhalisinin böyük qisminin məhvi və ölkə təsərüffatının dağılması Paraqvayı Latın Amerikasının ən geri qalmış ölkəsinə çevirdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
Əlaəddin Məhəmməd Xarəzmşah — Xarzəmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük olmuşdur.
Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər, işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur. Mənbələrdə şəhzadəlik dövrü haqqında məlumat demək olarki yoxdur. 1197-ci ildə vəliəhd qardaşı Nəsrəddin Məlikşahın ölümündən sonra vəliəhd seçilərək onun yerinə 1200-cü ilə qədər Xorasana hakimlik etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə