Vikipediya Heftenin Yaxsi Meqalesi Dekabr 2015 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 49. Həftə
Bitlcus — amerikalı rejissor Tim Börton tərəfindən komediyalı qorxulu film janrında çəkilən ABŞ filmidir. Maykl Makdauel filmin ssenarisini öz hekayəsinin mötivləri əsasında yazmışdır. Filmdə əsas rollarda Alek Bolduin, Cina Devis, Maykl Kiton, Vaynona Rayder, Ceffri Cons və Ketrin O'Hara çəkilmişlər. "Bitlcus" Tim Börtonun ən yaxşı filmi olmasa da, onun kinosunun xarakteristika təməl xüsusiyyətlərini saxlayan bir prototip film olaraq xatırlanmaqdadır. Filmin adı qırmızı nəhəng ulduz olan Ovçu və ya Orion ulduzu kimi tanınan "Bitlcus"dan götürülmüşdü.
Filmin hekayəsində bir dünya ilə digər dünyanın münasibəti göstərilir. Bir yol qəzası keçirən gənc evli cütlüyün evlərinə döndüklərində əslində ölmüş olduqlarını və "digər dünyaya" qəbul edilənə qədər öz evlərində bir qarabasma olaraq qalmaları lazım olduğunu anlamaları uzun sürməz. Amma evlərini əmlakçıdan satın alan modabaz şəhərli ailə evə yerləşincə dinclikləri qaçır və yeni işğalçıları rədd etmək üçün "Bitlcus" adlı dəli bir ingilis lordu bir xortdandan kömək istəmək məcburiyyətində qalırlar. Amma xortanı bu dünyaya çağırarkən yeni problemlərlə qarşılaşırlar. Bu səbbədən onlar Bitlcusu gəldiyi yerə göndərdikdən sonra evlərinə köçmüş yeni ailə ilə barışmalı olurlar. Bu fantastik komediya filminin xüsusi efektleri çevrildiyi il üçün fövqəladə idi, məhz filmn götürdüyü mükafatlar bu sahədə oldu. "Bitlcus" filminə 1989-cu ildə "Ən Yaxşı Makiyaj"a görə mükafat verildi.Yenə makiyaj və xüsusi efektlərə görə bir neçə dəfə BAFTA mükafatına namizəd göstərildi (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
Paraqvay müharibəsi — Paraqvayın müttəfiq Braziliya, Uruqvay və Argentinaya qarşı müharibəsi. 13 dekabr 1864-cü il tarixində başlanmış və 1 mart 1870-ci ilə qədər qədər davam etmişdi. Bu müharibə Uruqvay və Argentinada Üçlər birliyinə qarşı müharibə (isp. Guerra la Triple), Braziliyada Paraqvay müharibəsi (port. Guerra do Paraguai), Paraqvayda isə Böyük müharibə (isp. Guerra Grande) adlanır. Müharibə 1864-ci ilin 13 dekabırında Braziliya ilə Paraqvay arasında başlansa da, sonradan – 1865-ci ildə, Uruqvay və Argentina da ona qoşulmuşlar. Müharibə ümumilikdə 400 min insan itkisi ilə nəticələniş, Paraqvay isə ərazisinin yarıdan çoxunu və kişi vətəndaşlarının 90%–ni itirmişdi.
Ölkə əlalisinin sayı müharibədən öncə 1 337 437 nəfər olduğu halda, 1871-ci il siyahıya almasına görə 221 709 nəfərə qədər azaldı (həddi-bulluğa çatmış cəmi 28 746 kişi qalmış, yerdə qalanlardan 106 254-ü qadın və 86 079-ü uşaq idi). Üçlər birliyinin Paraqvayın əsas qüvvələri üzərində qələbə əldə etməsindən sonra müharibə artıq Partizan müharibəsi xarakteri aldı. Bunun nəticəsində mülki əhali arasında itkilər daha da çoxaldı. Torpaq itkisi (demək olar ki, ərazisinin yarıya qədəri), əhalisinin böyük qisminin məhvi və ölkə təsərüffatının dağılması Paraqvayı Latın Amerikasının ən geri qalmış ölkəsinə çevirdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Harri Potter və Azkaban Məhbusu — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan üçüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda üçüncü ili təsvir olunur. Dostları Ron Uizli və Hermiona Qreyncer ilə birlikdə Harri, Azkabandan qaçmış və Lord Voldemortun köməkçisi olduğuna inandığı Sirius Blekin kimliyini araşdırır.
Kitab Birləşmiş Krallıqda 8 iyul 1999-cu ildə “Bloomsbury” nəşriyyatı, ABŞ-da isə 8 sentyabr 1999-cu ildə “Scholastic Inc.” Nəşriyyatı tərəfindən, Azərbaycanda isə 2014-cü ildə nəşr edilmişdir. Roulinq kitabın yazılmasının öhdəsindən çox rahatlıqla gəlmiş və cəmi bir il içində tamamlamışdır. Birləşmiş Krallıqda üç gün ərzində 68,000 nüsxə ilə satılan kitab, ümumilikdə ölkə ərazisində 3 milyon nüsxədən çox satılmışdır. 1999-cu ildə Kosta Kitab Mükafatı, Brem Stoker Mükafatı, 2000-ci ildə Lokus Ən Yaxşı Fentezi Romanı Mükafatına layiq görülən roman, Hüqo mükafatı da daxil olmaqla bir çox nüfuzlu ədəbiyyat mükafatlarının qısa siyahısına salınmışdır. Romanın 2004-cü ildə çıxarılmış film adaptasiyası $796 milyon gəlir əldə etmiş və tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. “Harri Potter və Azkaban Məhbusu” romanı əsasında müxtəlif platformalar üçün nəzərdə tutulmuş oyunlar da hazırlanmışdır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
Xanım sincab ilə — Leonardo da Vinçinin portretlərindən biri. Tədqiqatçıların çoxunun fikrincə bu portretdə Sisilya Hallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sforsun sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır. Bu rəsm əsəri “Mona Liza”, “Cinevra de Bençinin portreti” və “Gözəl Ferronyera” ilə yanaşı Leonardoya məxsus dörd qadın portretindən biridir.
Ənənəvi olaraq hesab edilir ki, portretin modeli Milan hersoqunun məşuqəsi Sisilya Halleranidir. Əvvəllər belə bir ehtimal mövcud idi ki, həmin qadın Leonardonun başqa bir portretində - “Gözəl Ferronyera” əsərində də təsvir olunmuşdur. Lakin hazırda, “Gözəl Ferronyera”dakı modelin, uzun müddət hersoqun məşuqəsi olmuş Lukresiya Krivelli olduğu güman edilir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 53. Həftə
Xanım sincab ilə — Leonardo da Vinçinin portretlərindən biri. Tədqiqatçıların çoxunun fikrincə bu portretdə Sisilya Hallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sforsun sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır. Bu rəsm əsəri “Mona Liza”, “Cinevra de Bençinin portreti” və “Gözəl Ferronyera” ilə yanaşı Leonardoya məxsus dörd qadın portretindən biridir.
Ənənəvi olaraq hesab edilir ki, portretin modeli Milan hersoqunun məşuqəsi Sisilya Halleranidir. Əvvəllər belə bir ehtimal mövcud idi ki, həmin qadın Leonardonun başqa bir portretində - “Gözəl Ferronyera” əsərində də təsvir olunmuşdur. Lakin hazırda, “Gözəl Ferronyera”dakı modelin, uzun müddət hersoqun məşuqəsi olmuş Lukresiya Krivelli olduğu güman edilir. |
bax – müzakirə et – redaktə et – tarixçə