Vikipediya Heftenin Yaxsi Meqalesi Avqust 2023 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 31. Həftə
İvan Kotlyarevski — Ukrayna şairi, tərcüməçisi, pedaqoqu və dramaturqu.
Kotlyarevski Ukrayna ədəbiyyatının qabaqcıllarından biri hesab olunur. O, ukrayn dilində yazılmış və ilk dəfə 1798-ci ildə nəşr olunmuş "Eneida" poemasının müəllifidir. Bundan başqa, rus dilində də əsərləri var. Kotlyarevski ştabs-kapitan rütbəsi ilə 1806–1812-ci illər Rusiya-Osmanlı müharibəsində iştirak etmiş, müharibənin sonunda "1806-cı il Türkiyə müharibəsində rus qoşunlarının ilk hərəkətləri haqqında qeydlər" əsərini nəşr etdirmişdir. Kotlyarevskinin təsiri təkcə onun Qriqori Kvitka-Osnovyanenko, Taras Şevçenko, Yakov Kuxarenko, Stepan Pisarevski və başqaları kimi yaxın davamçılarının əsərlərində deyil, həm də XIX əsrin ikinci yarısının etnoqrafik pyeslərində, rusdilli müəlliflər Nikolay Qoqolun və Vasili Narejninin əsərlərində və Belarus ədəbiyyatında müşahidə olunmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 32. Həftə
Səid Mətinpur — Azərbaycanlı milli mədəni fəal, jurnalist, bloger və vicdan məhbusu. Zəncanda türkcə və farsca çap olunan "Omid-e Zəncan", "Peyk-e Azer", "Moc-e Bidari", "Bahar-e Zəncan" həftəlik qəzet və jurnalların redaksiyalarında çalışıb.
2009-cu ildə Tehran İnqilab Məhkəməsinin qərarı ilə 8 il həbsə məhkum edilib. Həbsdə olduğu müddətdə Beynəlxalq Amnistiya Təşkilatı, Sərhədsiz Reportyorlar və Jurnalistlərin Müdafiəsi Komitəsi jurnalist Səid Mətinpuru vicdan məhbusu adlandırıb və onun şərtsiz azadlığını tələb ediblər. 2015-ci ilin avqust ayının 26-da azadlığa çıxıb. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 33. Həftə
Rəbi-Rəşidi kompleksi — Elxani hökmdarı Qazan xanın hakimiyyəti illərində vəziri Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilən və daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzlərinin olduğu yaşayış kompleksi.Təbrizin şimal-şərqində yerləşən Rəb-i Rəşididə 30 min ev vardı.
Bəzi mənbələrə görə burada 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və 4500 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi. Hamamlar, kağız istehsal edən karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və xəttatların fəaliyyət göstərdiyi emalatxanalar Rəşidiyyənin çoxfunksiyalı şəhərcik olduğuna dəlalət edirdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 34. Həftə
Vorren qədəhi — B.e.-nın 5-15-ci illərinə aid olan gümüş qədəhdir. Qədəh üzərində iki eynicinsli əlaqə səhnəsi təsvir edilmişdir. Qədəhin Yəhudi müharibəsi dövrünə aid olan və Fələstin ərazisindən aşkarlanmış dəfinədən əldə edilməsi güman olunur. Qədəh 1999-cu ildə Britaniya muzeyi tərəfindən 1.8 milyon funt-sterlinqə alınmışdır ki, bu da o zaman üçün muzeyin ən bahalı birdəfəlik alışıdır. Qədəh adətən Yuililər-Klavdilər sülaləsi dövrünə (b.e. I əsri) aid edilsə də, bu tarixləndirməyə şübhəylə yanşanlar da vardır.
Qədəh ilk müasir sahibi olan Edvard Perri Vorrenin adı ilə adlandırılmışdır. Vorren öz sənət kolleksiyası ilə məşhur olmuş, onun kolleksiyasına Rodenin "Öpüş" və Kranaxın "Adəm və Həvva" əsərləri də daxil olmuşdur. Vorren qədəhi Romada art-dilerdən 1911-ci ildə, £2,000 qiymətinə almışdır. Qədəh Romaya Yerusəlimdən gətirilmiş, orada isə Battir şəhəri ərazisindən (qədim Bethther) imperator Klavdinin sikkələri ilə birlikdə aşkarlandığı və ehtimal ki, Yəhudi müharibəsi dövründə basdırıldığı deyilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 35. Həftə
Abxaziyada müharibə — 1992-1993-cü illərdə Gürcüstan hökumət qüvvələri ilə Abxaziya separatçı qüvvələri, Rusiya hökumət silahlı qüvvələri və Şimali Qafqaz silahlıları arasında olan hərbi münaqişə. Müharibə zamanı Abxaziyada yaşayan etnik gürcülər əsasən Gürcüstan hökumət qüvvələrinin tərəfində çıxış etmişdilər. Abxazlar, erməni və ruslar isə müharibədə Abxaz separatçıları tərəfdə döyüşmüşdülər. Müharibə zamanı separatçılar minlərlə Şimali Qafqaz və Kazak yaraqlılarından və Abxaziya sərhədində yerləşən Rusiya Federasiyası hərbi qüvvələrindən dəstək almışdılar.
Bu münaqişənin alovlanması Gürcüstanda vətəndaş müharibəsi (devrilmiş Gürcüstan prezidenti Zviad Qamsaxurdiya tərəfdarları arasında - 1991-1992-ci illərdə və dövlət çevrilişindən sonra Eduard Şevardnadzenin rəhbərliyi ilə) gedişində baş verdi və Abxaziyada gürcülərin vəziyyətini daha da ağırlaşdırdi. Hələ üstəlik 1989-cu ildən bəri Cənubi Osetiya münaqişəsi də davam edirdi. |
bax – müzakirə et – redaktə et – tarixçə