Vikipediya Heftenin Yaxsi Meqalesi Avqust 2019 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 31. Həftə
Edge — "Mobigame" tərəfindən iOS qurğuları üçün hazırlanan və nəşr olunan pazl video oyunu. Oyunçuya verilən tapşırıq diyirlənən bir kubu labirintəbənzər səviyyələrdən keçirmək və hədəfə çatmaqdır. İlkin olaraq, 2008-ci ilin dekabr ayında "App Store" virtual mağazasında satışa çıxarılan oyun bir neçə dəfə oradan silinib və ora yenidən yerləşdirilib. Buna səbəb "Edge Games" studiyasının qurucusu Tim Lanqdellin oyunun başlığının "Edge" olması barədə müəllif hüququları pozuntusu üzrə olan şikayətləridir.
Bu oyunun qısa bir müddət "Edge by Mobigame" və "Edgy", daha sonra 2010-cu ilin yanvar ayında "App Store" virtual mağazasına orijinal adıyla qayıtmasına gətirib-çıxarmışdır. Oyun sonralar müxtəlif platformalarda buraxılmışdır – mobil telefonlar, PlayStation Portable, Windows, Mac OS X, Linux, Android, Wii U və Nintendo 3DS. Edge tənqidçilərdən müsbət rəylər almışdır. Onlar oyunun minimalist səviyyə dizaynını və çiptyun saundrekini tərifləmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 32. Həftə
Kato Svanidze — İosif Cuqaşvilinin (Stalin) ilk həyat yoldaşı, onun böyük oğlu Yakovun anası, dərzi. Gürcüstanın qərbində yerləşən Raça regionunda anadan olan Svanidze daha sonra iki bacısı və bir qardaşı ilə Tiflis şəhərinə köçmüş, orada kuturye kimi işləmişdir. Onun qardaşı Aleksandr o vaxtlar İosif Cuqaşvili kimi tanınan Stalinin yaxın dostu idi və 1905-ci ildə onu Svanidze ilə tanış etmişdi. Onlar 1906-cı ildə evlənmiş, bir neçə ay sonra isə onların Yakov adlı bir oğulları olmuşdur.
Svanidze həyat yoldaşı ilə həbsdən yayınmaq üçün Bakıya köçmüşdü, lakin Svanidze orada ağır xəstəliyə yoluxduğundan 1907-ci ildə onlar Tiflisə geri qayıtmalı olmuşdular. O, Tiflisə qayıtdıqdan az müddət sonra vəfat etmişdir. Ehtimal olunur ki, Svanidze ya səpmə yatalaq, ya da vərəmə yoluxmuşdu. Onun ölümü Stalinə çox təsir göstərmişdir, çünki o, Svanidzeyə çox dəyər verirdi. O, Yakovu Svanidze ailəsinin himayəsinə buraxdı və onu görməyə nadir hallarda gedirdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 33. Həftə
Qədim Gəncə qalası — Qədim Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə səddləri. Şəhər ərazisi əvvəlcə daxili, daha sonra ikinci, sonradan isə üçüncü qat divarlarla əhatə edilmişdir. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1063-cü ildə isə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanmışdır. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. XVII əsrdə şəhər ərazisi I Şah Abbas tərəfindən köçürülənə kimi Gəncə qalası əhali ilə məskunlaşmışdır.
Qala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir. Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu. Divarlar bir-birindən aralıda yerləşən bastionlarla möhkəmləndirilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 34. Həftə
Füzuli kantatası — Cahangir Cahangirov tərəfindən 1959-cu ildə yazılmış və elə həmin il Azərbaycan Dövlət Opera və Balet Teatrında premyerası baş tutmuş kantata. Kantatada klassik Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərindən və Rəsul Rzanın Füzuliyə həsr edilmiş şerindən istifadə edilmişdir.
Bütövlükdə üç hissədən ibarət olan kantata girişlə başlayır. Burada Füzuli dövrünün ab-havası və lirik fəlsəfi ideyası yüksək emosional tonda təcəssümünü tapmışdır. Bunun üçün bəstəkar “Rahab” muğamından bacarıqla istifadə etmişdi. Ümumiyyətlə kantatada Füzuli qəzəllərinin ruhu musiqi təcəssümünü tapır. Eyni zamanda bəstəkar müxtəlif emosional vəziyyətlərin qarşılaşdırılması ilə dramatik inkişafa nail olur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 35. Həftə
O olmasın, bu olsun — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-ci ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta). Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir. Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur.
İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır. Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir. |
bax – müzakirə et – redaktə et – tarixçə