Vikipediya Heftenin Yaxsi Meqalesi Aprel 2023 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
14. Həftə
Qdansk ratuşası — Polşanın şimalındakı Pomeraniya voyevodalığının paytaxtı olan keçmiş alman şəhəri Dansiqin (indiki Qdansk şəhərinin) mərkəzində yerləşən qədim ratuşa binasıdır. Bina şəhərin Qluvne Myasto (pol. Główne Miasto) rayonunun mərkəzində yerləşir və bir qədər şimaldakı Köhnə şəhərdən daha qədim ərazi hesab edilir. Şəhərin ən gözəl əraziləridən biri hesab edilən Dluqa küçəsində yerləşən ratuşa binası həmçinin yaxınlıqdakı uzun bazar meydanında və şəhərin ümumi mənzərəsində hakim mövqeyə malikdir.
Turist axını nəticəsində uzun bazar meydanının olduqca izdihamlı əraziyə çevrilməsi səbəbindən, şəhər idarəetmə orqanın başqa yerə köçürülməsi, köhnə ratuşa binasında isə Qdansk Tarix Muzeyinin təsis edilməsi barəsində qərar qəbul edilmişdir. Qdansk Əsas Şəhər ratuşa binası şəhərin mərkəzi hissəsindəki Dluqa küçəsinin və uzun bazar meydanının (pol. Długi Targ) kəsişməsində yerləşir; ölkə əhəmiyyətli qədim abidələrin böyük qismi şəhər mərkəzinin bu hissəsində cəmləşdirilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 15. Həftə
Paz Vizsla — "Ulduz müharibələri" franşizasında, "Disney+" teleserialları olan "Mandalorlu" və "Boba Fettin kitabı"nda nümayiş edilən personaj. O, teleserialın eyniadlı protaqonisti ilə birlikdə mandalorlu döyüşçü tayfasının üzvüdür. Paz əvvəlcə onunla toqquşur, lakin sonra Mandalorlunun "uşaq"ı Qalaktik imperiyanın qalıqlarından xilas etməkdə kömək olur. O, əcdadı Tarr Vizsla tərəfindən düzəldilmiş əfsanəvi işıq qılıncı tünd qılınca sahib olduğu üçün yenidən Mandalorlu ilə dalaşır.
Fiziki cəhətdən güclü və vüqarlı olan Paz iri miniqanabənzər blaster və reaktiv kürək çantası olan ağır piyada döyüşçüsüdür. Paz Vizsla "Mandalorlu" teleserialının yaradıcısı və şoumeni Con Favro tərəfindən səsləndirilmişdir. Favro həmçinin, "Ulduz müharibələri: Klon müharibələri" animasiya teleserialında eynisoyadlı Pre Vizslanı səsləndirmişdir. Vizsla "Ulduz müharibələri" kainatında ən böyük Mandalor klanlarından birinin adıdır. Paz Vizslanın canlı dublyoru kaskadyor və keçmiş qarışıq döyüş sənətçisi Teyt Fletçer olmuşdur. O, "Mandalorlu" teleserialının birinci mövsümündə fərqli bir obrazı da canlandırmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 16. Həftə
Lorenso Sotomayor — 2013–2021-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2016-cı il XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı, 2015-ci il I Avropa Oyunlarının qalibi.
2013-cü ildə Azərbaycan yığmasınn heyətinə cəlb edilən Kuba əsilli Lorenso Sotomayor, qısa müddət ərzində ciddi uğurlara imza atdı. 2015-ci ildə Azərbaycanda baş tutan I Avropa Oyunlarının final görüşündə İtaliya nümayəndəsi Vinçenzo Manciaçapre üzərində qələbə qazanaraq (3:0), birinci ciddi nailiyyətinə imza atan Lorenso Sotomayor, Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 19-da Rio-de-Janeyro Olimpiadasının yarım-final mərhələsində Almaniya nümayəndəsi Artyom Arutyunyan üzərində qələbə qazanaraq (3:0) final görüşünə vəsiqə qazanan Lorenso Sotomayor, bu idman növü üzrə Olimpiadaların finalında rinqə çıxacaq birinci idmançı oldu. Avqustun 21-də baş tutan həlledici görüşdə isə Sotomayor, Fazliddin Qaibnəzərova məğlub olaraq (1:2) turnirin gümüş medalına sahib oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 17. Həftə
Azərbaycan 2008 Yay Paralimpiya Oyunlarında — 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XIII Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 6-18 sentyabr tarixlərində baş tutan XIII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə 4 idman növündə təmsil olundu.
Azərbaycan Milli Paralimpiya Komandası XIII Yay Paralimpiya Oyunlarını 10 medalla (2 qızıl, 3 gümüş və 5 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular İlham Zəkiyev (qızıl), Tofiq Məmmədov (gümüş), Kərim Sərdarov (gümüş) və Ramin İbrahimov (bürünc), yüngül atletlər Oloxan Musayev (qızıl), Zeynəddin Bilalov (gümüş), Vladimir Zayets (bürünc), Oleq Panyutin (bürünc), Rza Osmanov (bürünc) və Vüqar Mehdiyev (bürünc) medala sahib oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə