Vikipediya Heftenin Yaxsi Meqalesi Aprel 2021 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
14. Həftə
Yad Kennedi — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var. Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 15. Həftə
İstanbul Universiteti — İstanbul şəhərində yerləşən, Türkiyənin ən qədim və köklü tədqiqat universiteti.
Əsası 30 may 1453-cü ildə Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmed tərəfindən qoyulmuş, 1846-cı ildə isə Avropa təcrübəsinə əsaslanaraq yenidən formalaşdırılmışdır. 1933-cu ildən bugünkü adı ilə fəaliyyət göstərən qurum müasir Türkiyənin ilk ali təhsil ocağıdır. Hazırda, fakültə, institut, kollec və peşə məktəbləri olmaqla, ümumən 33 akademik vahiddə və irili-xırdalı 10 kampusda bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 68.300 tələbəsi vardır. İstanbul Universiteti Koimbra qrupunun üzvüdür. Eyni zamanda, universitetin Biznes və İdarəetmə Fakültəsi "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Türkiyədən üzv olan yeganə dövlət universitetidir. Nəqliyyat və loqistika fakültəsi isə, BMT nəzdnində fəaliyyət göstərən Beynəlxalq Yol və Nəqliyyat İttifaqı (IRU) tərəfindən akkreditasiya olunmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 16. Həftə
[[Şəkil:|left|150px]] Şükür Həmidov — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini; Vətən müharibəsinin şəhidi.
Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı fərqlənmişdir, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 17. Həftə
İdeal (kitab) — İsa Muğannanın bədii-fəlsəfi romanı.
Əsər yazıldığı ilk dövrlərdə müəllifə qarşı kəskin tənqid kampaniyası başlayır və İsa Hüseynov təqib və təzyiqlərə məruz qalır. Sonralar İsa Muğanna əsasən sovet dövründə yazdığı bir sıra əsərlərlə yanaşı "İdeal" əsərinin ilkin variantı hesab olunan "Yanar ürək"dən də imtina etmişdir. İ. Muğannanın həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə Azərbaycan ədəbiyyatının inkişafı üçün çox gərəkli hesab olunur. Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirib. |
bax – müzakirə et – redaktə et – tarixçə