Vikipediya Heftenin Yaxsi Meqalesi Aprel 2017 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 14. Həftə
Qdansk ratuşası — Polşanın şimalındakı Pomeraniya voyevodalığının paytaxtı olan keçmiş alman şəhəri Dansiqin (indiki Qdansk şəhərinin) mərkəzində yerləşən qədim ratuşa binasıdır. Bina şəhərin Qluvne Myasto (pol. Główne Miasto) rayonunun mərkəzində yerləşir və bir qədər şimaldakı Köhnə şəhərdən daha qədim ərazi hesab edilir. Şəhərin ən gözəl əraziləridən biri hesab edilən Dluqa küçəsində yerləşən ratuşa binası həmçinin yaxınlıqdakı uzun bazar meydanında və şəhərin ümumi mənzərəsində hakim mövqeyə malikdir.
Turist axını nəticəsində uzun bazar meydanının olduqca izdihamlı əraziyə çevrilməsi səbəbindən, şəhər idarəetmə orqanın başqa yerə köçürülməsi, köhnə ratuşa binasında isə Qdansk Tarix Muzeyinin təsis edilməsi barəsində qərar qəbul edilmişdir. Qdansk Əsas Şəhər ratuşa binası şəhərin mərkəzi hissəsindəki Dluqa küçəsinin və uzun bazar meydanının (pol. Długi Targ) kəsişməsində yerləşir; ölkə əhəmiyyətli qədim abidələrin böyük qismi şəhər mərkəzinin bu hissəsində cəmləşdirilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 15. Həftə
Harri Potter və Fəlsəfə Daşı — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ilk romandır. Romanda gənc Harrinin sehrkar olmasını öyrənməsi, Sehrkarlıq və Sehr Məktəbi Hoqvartsda dostlar tapması və ilk ildəcə düşmənlərlə qarşılaşmasından bəhs edilir. Dostlarının köməyi ilə Harri, onun valideynlərini öldürmüş, lakin zəifləmiş Lord Voldemortun geri qayıtmaq planının qarşısını alır.
Roluinqin debüt kitabı olan bu roman ilk dəfə 26 iyun 1997-ci ildə “Bloomsbury” nəşriyyatı tərəfindən Londonda nəşr edilmişdir. 1998-ci ildə “Scholastic Corporation” nəşriyyatı “Harri Potter və Sehrbaz Daşı” (Harry Potter and the Sorcerer's Stone) adı ilə romanın ABŞ versiyasını nəşr etdi. Kitab BK və ABŞ-da bir çox mükafatlara layiq görülmüşdür. 1999-cu ilin avqustunda kitab “The New York Times”ın ən çox satılan fentezi romanları siyahısında birinci yerə yüksəlmiş, 1999-2000-ci illər ərzində bu mövqeyə yaxın yerlərdə qərarlaşmışdır. Dünyanın müxtəlif dillərinə tərcümə olunmuş roman 2011-ci ildə “Qanun” nəşriyyatı tərəfindən nəşr edilmişdir. Roman əsasında 2001-ci ildə eyni adlı film çəkilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 16. Həftə
İrəvan qalasının işğalı — 13 oktyabr (1 oktyabr Yuli təqvimi) 1827-ci ildə Rusiya imperiyası ordusunun İrəvan xanlığının paytaxtı olan İrəvan qala-şəhərini ələ keçirməsi. İrəvan xanlığı cənubdan Maku xanlığı, cənub-şərqdən Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, şimal-şərqdən Gəncə xanlığı, şimaldan Kartli-Kaxeti çarlığı və qərbdən Osmanlı İmperiyası ilə həmsərhəd idi. İrəvan qalasının işğal planı Sankt-Peterburqda cızılmışdı. Ancaq ilkin plan əvvəlcə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Aleksey Yermolovun (1816-1827) etirazlarına görə, sonra isə baş qərargah rəisi İvan Dibiç-Zabalkanskiy tərəfindən dəyişdirilmişdi.
1827-ci ilin mayında general Aleksandr Benkendorf İrəvan ətrafına gəldi, ancaq şəhəri mühasirəyə almadı. Benkendorfun niyyəti Abbas Mirzənin düşərgəsinə hücum etmək idi. Qacarlarla döyüş itkilərə səbəb oldu. Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Paskeviç (1827-1831) Benkendorfun öncü birliyini general-leytenant Afanasiy Krasovskinin əsgərləri ilə əvəz etdi. İrəvan mühasirəsi zamanı quraqlıqdan əziyyət çəkən Krasovski mühasirədən vaz keçməyə məcbur edildi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 17. Həftə
2001 UEFA Superkuboku — 24 avqust 2001-ci ildə Monakodakı II Lui stadionunda keçirilmiş sayca 26-cı UEFA Superkuboku matçı. Superkubok uğrunda 2000/01-ci il mövsümündə Çempionlar Liqasının qalibi olmuş Almaniyanın "Bayern Münhen" klubu ilə 2000/01-ci il mövsümündə UEFA Kubokunun sahibi olmuş İngiltərənin "Liverpul" klubu üz-üzə gəlib. "Bayern" Superkubok uğrunda matçda üçüncü dəfə iştirak edirdi, Münhen təmsilçisi buna qədər 1975-ci və 1976-cı illərdə iki dəfə məğlubiyyətlə üzləşmişdi. "Liverpul" Superkubokda dördüncü dəfə iştirak edirdi, komanda 1977-ci ildə kuboku qazanmış, 1978-ci və 1984-cü illərdə isə məğlub olmuşdu.
Klublar Avropanın iki mövsümi turnirlərində qalib gələrək yarışda çıxış etmək hüququ qazanıblar. Superkubokun hər iki iştirakçısı öz yarışlarının finalında İspaniya komandalarına qalib gəliblər. "Bayern" Çempionlar Liqasının finalında "Valensiya"nı penaltilər seriyasında məğlub edərək qalib olub. "Liverpul" isə UEFA Kubokunun finalında "Deportivo Alaves"i əlavə vaxtda məğlub edərək qələbə qazanıb. Superkubok uğrunda görüş Monakoda yerləşən və 18.523 tamaşaçı tutumuna malik olan II Lui stadionunda oynanılıb. Görüşü stadiondan canlı olaraq, 13.824 tamaşaçı izləyib. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə