Vikipediya Heftenin Yaxsi Meqalesi 7 Hefte 2023 - Wikipedia
Adana ili — Türkiyənin cənubunda, Aralıq dənizi regionunda, Aralıq dənizi sahilində yerləşən il. İnzibati mərkəzi Adana şəhəridir. Şimaldan Kayseri, şimal-şərqdən Qəhrəmanmaraş, şərqdə Osmaniyə, cənub-şərqdə Hatay, cənubda Aralıq dənizi, cənub-qərbdə Mersin, qərbdə Niğdə illəri ilə əhatələnmişdir. Ölkənin ən sıx əhalinin yaşadığı altıncı ildir. Adana ili ümumilikdə 15 ilçədən, 16 bələdiyyədən, 508 kənddən ibarətdir.
Adana il mərkəzi Mersin, Adana, Osmaniyə, Hatay illərini əhatə edən Çukurova coğrafi bölgəsində yerləşir. Bu bölgə tarixən Luvilərin, Arzavaların, Xetlərin, Assuriyalıların, Farsların, Yunanların, Selevkilərin, Kilikiyalıların, Romalıların, Bizanslıların, Abbasilərin, Səlcuqluların, Məmlüklərin, Ramazanoğullarının və Osmanlıların hakimiyyəti altında olmuşdur. 1922-ci il tarixində Fransızların bölgədən çəkilməsi ilə bölgə Türkiyə Cümhuriyyətinin torpaqlarına qatılmışdır. 1986-cı ildə qəbul edilən 3306 saylı qanunla Adana şəhər inzibati ərazi dairəsi (ŞİƏD) statusu verildi. İlk əvvəl Seyhan və Yüreğir ilçələri Adana bələdiyyəsi tabeçiliyinə verildi. 2004-cü ildə qəbul edilən 5216 saylı qanuna uyğun olaraq Adana şəhər inzibati ərazi dairəsi sərhədləri genişləndirildi və yeni sərhədlər daxilində qalan 5 ilçə şəhər ilçə bələdiyyələri kimi təsis edildi. |