Vikipediya Heftenin Yaxsi Meqalesi 7 Hefte 2020 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/7._Həftə_2020 - Haqqında Məlumat
Suxumi iğtişaşları — Sovet İttifaqı dövründə, 1989-cu ilin iyulunda Gürcüstan SSR-nin tərkibində olan Abxaziya MSSR-nin Suxumi bölgəsində abxaz və gürcü icmaları arasında artan etniklər arası gərginliyin səbəb olduğu və sonrasında Suxumidə və bütün Abxaziyada bir neçə gün davam edən küçə döyüşləri və sivil çaxnaşmalar.
İğtişaşlar Suxumidə Tbilisi Dövlət Universitetinin filialının açılmasına abxaz etirazı olaraq başladı və 16 iyul 1989-cu ildə yeni universitetin yerləşməsi gözlənilən gürcü məktəbinin talan edilməsi ilə başa çatdı. Meydana gələn zorakılıq tez bir zamanda geniş millətlərarası qarşıdurma miqyası aldı. Sovet ordusu vəziyyəti müvəqqəti nəzarətə götürdükdə, iğtişaşlar, əsasən aralarında gürcülərin olduğu 18 nəfərin ölümünə və 448 nəfərin yaralanmasına səbəb olmuşdu. |