Vikipediya Heftenin Yaxsi Meqalesi 51 Hefte 2018 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/51._Həftə_2018 - Haqqında Məlumat
Paraqvay müharibəsi — Paraqvayın müttəfiq Braziliya, Uruqvay və Argentinaya qarşı müharibəsi. 13 dekabr 1864-cü il tarixində başlanmış və 1 mart 1870-ci ilə qədər qədər davam etmişdi. Bu müharibə Uruqvay və Argentinada Üçlər birliyinə qarşı müharibə (isp. Guerra la Triple), Braziliyada Paraqvay müharibəsi (port. Guerra do Paraguai), Paraqvayda isə Böyük müharibə (isp. Guerra Grande) adlanır. Müharibə 1864-ci ilin 13 dekabırında Braziliya ilə Paraqvay arasında başlansa da, sonradan – 1865-ci ildə, Uruqvay və Argentina da ona qoşulmuşlar. Müharibə ümumilikdə 400 min insan itkisi ilə nəticələniş, Paraqvay isə ərazisinin yarıdan çoxunu və kişi vətəndaşlarının 90%–ni itirmişdi.
Ölkə əlalisinin sayı müharibədən öncə 1 337 437 nəfər olduğu halda, 1871-ci il siyahıya almasına görə 221 709 nəfərə qədər azaldı (həddi-bulluğa çatmış cəmi 28 746 kişi qalmış, yerdə qalanlardan 106 254-ü qadın və 86 079-ü uşaq idi). Üçlər birliyinin Paraqvayın əsas qüvvələri üzərində qələbə əldə etməsindən sonra müharibə artıq Partizan müharibəsi xarakteri aldı. Bunun nəticəsində mülki əhali arasında itkilər daha da çoxaldı. Torpaq itkisi (demək olar ki, ərazisinin yarıya qədəri), əhalisinin böyük qisminin məhvi və ölkə təsərüffatının dağılması Paraqvayı Latın Amerikasının ən geri qalmış ölkəsinə çevirdi. (Davamı...) |