Vikipediya Heftenin Yaxsi Meqalesi 48 Hefte 2023 - Wikipedia
Həbib Sahir — azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tədqiqatçısı. İranda Azərbaycan türkcəsində sərbəst şeirin banisi.
Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazıb. Mətbuatda "Aydın", "Ülkər", "Ağ" kimi imzalarla yazılar yazıb. Fəaliyyətinə görə dəfələrlə sürgün olunub. İran İslam İnqilabından sonra özünü asaraq intihar edib. Mir Həbib Qəvami 1903-cü ildə Təbrizin Sırxab məhəlləsində anadan olub. Əvvəlcə "Sərdabə üstü" molla məktəbində ərəb dilində yazıb-oxumağı öyrənib. İbtidai təhsilini bitirdikdən sonra "Mədrəseyi Mübarək-e Məhəmmədiyyə" liseyinə daxil olub. Və burada Məhəmmədhüseyn Şəhriyarla sinif yoldaşı olub. Liseydə təhsil aldığı illərdə fransız dili və ədəbiyyatı müəllimi olan Mirzə Tağıxan Rafət Təbrizi onun müəllimi olub. Mirzə Tağıxanın təsiri ilə Həbib Sahirdə Qərb ədəbiyyatına maraq oyanır. Türkiyədə nəşr olunan "Rəsmli ay" və "Sərvəti-fünun" nəşrləri ilə tanış olur. |