Vikipediya Heftenin Yaxsi Meqalesi 47 Hefte 2024 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/47._Həftə_2024 - Haqqında Məlumat
SoloTürk — Türkiyə Hərbi Hava Qüvvələrinin təktəyyarəli aerobatika komandası. İlk çıxış xarakterli uçuş 2010-cu ilin sentyabrında həyata keçirilmiş və qrupun ilk ictimai uçuşu 15 aprel 2011-ci ildə baş tutmuşdur. O vaxtdan bəri "SoloTürk" bir neçə milli və beynəlxalq səviyyəli hava şousunda iştirak etmişdir. Çıxış xarakterli uçuşlarda istifadə olunan manevrlərinin əksəriyyəti komandanın özünə xasdır. Komanda xüsusi olaraq rənglənmiş "General Dynamics F-16C Block 30TM" təyyarəsindən istifadə edir. Təyyarələr aviaşoularla yanaşı real döyüş əməliyyatlarında da iştirak edə biləcək vəziyyətdədir. Üç pilot da daxil olmaqla ümumilikdə 13 heyət üzvü var və nəqliyyat təyyarəsi kimi "CASA CN-235M-100" istifadə olunur. "SoloTürk" çıxış xarakterli uçuşlarına görə bir çox mükafata layiq görülmüşdür. |