Vikipediya Heftenin Yaxsi Meqalesi 39 Hefte 2024 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/39._Həftə_2024 - Haqqında Məlumat
Anadolu bəylikləri — XI–XVI əsrlərdə Anadoluda bəy tərəfindən idarə olunan feodal dövlətlər. Türkman tayfalarının Anadoluya kütləvi köçü nəticəsində baş tutmuş Malazgird döyüşündən (1071) sonra Rum sultanlığı ilə birlikdə Şərqi Anadoluda ilk bəylik qrupu meydana gəlmişdir. Bəyliklərin ikinci qrupu Rum sultanlığının ucları kimi meydana çıxmışdır. Onlar monqollardan qaçaraq Mərkəzi Asiyadan Anadoluya gəlmiş tayfalar tərəfindən qurulmuşdur. Kösedağ döyüşündən (1243) sonra səlcuq sultanları Elxanilər dövlətinə tabe olmuşdurlar. Təxminən 1300–1308-ci illərdə Anadoluda yaranan vəziyyətə görə daxili münaqişələr nəticəsində süquta uğrayan Rum sultanlığı öz uc bəylərini nəzarətdə saxlamaq gücünə malik deyildi. Buna baxmayaraq, həmin bəylər Elxanilərə xərac ödəyirdi və bu dövrdə hələ müstəqillik əldə etməmişdilər. 1335-ci ildə elxan Əbu Səidin vəfatından sonra uc bəylərinin əksəriyyəti müstəqil hökmdar – bəy olmuşdurlar. Osmanlı bəyliyinin (sonradan Osmanlı imperiyası) hökmdarları dövlətləri genişlədikcə qonşu bəylikləri də işğal etmişdilər. 1608-ci ildə onlar sonuncu bəylik olan Ramazanoğulları bəyliyi osmanlılar tərəfindən ihlaq edilmişdir. |